Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Elmira Axundova.
| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Axundova Elmira Ağa qızı (1911, Bakı – 1988, Bakı) — azərbaycanlı müğənni, Azərbaycan SSR Əməkdar artisti (1958).
Elmira Axundova |
Doğum tarixi |
1911 |
Doğum yeri |
|
Vəfat tarixi |
1988 |
Vəfat yeri |
|
Atası |
Ağa Axundov |
Fəaliyyəti |
müğənni |
Səs tembri |
lirik-koloratur soprano |
Elmira Ağa qızı 1934–1959-cu illərdə AOBT-nda, 1938-ci ildən həm də Azərbaycan Musiqili Komediya Teatrında çıxış etmişdir. "Arşın mal alan" musiqili komediyasında Gülçöhrə və Asya, "Koroğlu" operasında Nigar partiyalarını ifa etmişdir.
- Babası Məmməd bəy Əhməd bəy oğlu Əhmədbəyov — Çar Rusiyası ordusunun polkovniki. Məmməd bəy Əhməd bəy oğlu 1864-cü ildə Şuşa qəzasının Cavanşir sahəsinin Xanməmmədsərkarlı obasında dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhər məktəbində oxumuşdu. Tiflisdə Hərbi Məktəbdə təhsilini davam etdirmişdi. Məktəbi bitirəndən sonra çar ordusunda hərbi xidmətə başlamışdı. İlk hərbi qulluğunu Xankəndində etmişdi. Sonra 77-ci Tengiz alayına dəyişilmişdi. Bir müddət sonra 4-cü Qrenadyor alayında xidmət etmişdi. Məmməd bəy polkovnik rütbəsi ilə istefaya çıxmışdı. Məmməd bəy mayor Abbas bəy Ağayevin qızı Böyükxanım xanımla ailə qurmuşdu. Yusif bəy adlı oğlu, Sona xanım, Məryəm xanım, Raziyə xanım, Ayna xanım, Tamara xanım və Nisə xanım adlı qızları vardı.
- Atası Ağa Əbdülxalıq oğlu Axundov — Azərbaycan mühəndisi, energetik.
- Anası Tamara Məmməd bəy qızı Axundova — Tamara xanım Məmməd bəy qızı 1891-ci ildə Qarabağın Xankəndi şəhərində andan olub. Uşaqlıq illəri Tiflisdə keçmiş, təhsilini Hacı Zeynalabdin Tağıyevin ilk rus-müsəlman qız məktəbində almışdı. 1910-cu ildə Bakıda yaradılmış III rus-tatar şəhər qız məktəbinin ilk müəllimələrindən biri olmuşdur. 1920-ci ilədək bu təhsil ocağında qızlara təlim-tərbiyə vermişdi. Tamara xanım 1980-ci ildə vəfat edib. Tamara xanım Ağa Axundovla evlənmişdi. Davud adlı oğlu, Elmira xanım adlı qızı vardı.
- Qardaşı Davud Axundov — Azərbaycan-sovet memarı və tarixşünası, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü.