Davud Axundov

Davud Ağa oğlu Axundov (14 fevral 1918, Bakı19 noyabr 2003, Bakı) — Azərbaycan memarı və tarixçisi, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1991), Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü.

Davud Axundov
Şəxsi məlumatlar
Doğum tarixi 14 fevral 1918(1918-02-14)
Doğum yeri
Vəfat tarixi 19 noyabr 2003(2003-11-19) (85 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Atası Ağa Axundov
İşləri və nailiyyətləri
Mükafatları "Şöhrət" ordeni — 2002
Azərbaycan Respublikasının Dövlət mükafatı — 1991

Davud Ağa oğlu 1918-ci il fevral ayının 14-də Bakı şəhərində anadan olub. 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib.1968-ci ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Dövlət mükafatı laureatı, Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü olan Davud Axundov tarixi abidələrin bərpası istiqamətində böyük işlər görüb. 1942-ci ildən layihəçi-memar kimi əmək fəaliyyətinə başlamış, Bakıda, Sumqayıtda, Ağdamda, Mingəçevirdə və digər şəhərlərdə bir sıra yaşayış binalarının müəllifi olmuşdur. 1949–1963-cü illərdə onun layihələri əsasında Bakı, Krasnovodsk, Mahaçqala, Həştərxan və s. şəhərlərdə 100-dən artıq çoxmərtəbəli yaşayış evləri, yataqxana, klub, sənaye binaları tikilmişdir. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunda çalışmış, 1968-ci ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1970–2003-cü illərdə Memarlıq konstruksiyaları kafedrasının müəllimi olmuş Axundov qədim Azərbaycan memarlığının nəzəri məsələlərinə dair bir çox elmi əsərin müəllifidir. Qafqaz Albaniyasının bütpərəstlik və xristianlıq dövrü memarlığının ilk tədqiqatçısı olan Axundov memarlıqda bu istiqamətin əsasını qoymuşdur. Onun "Qədim və orta əsrlər Azərbaycan memarlığı" (1986, rus dilində) adlı monoqrafiyasında Qafqaz Albaniyası dövründə Azərbaycan memarlığının inkişaf mərhələləri araşdırılmışdır. Azərbaycan memarlığının inkişafındakı xidmətlərinə görə 1990-cı ildə Dövlət mükafatı laureatı olmuş, 2002-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmiş, elə həmin ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur. Davud Ağa oğlu Axundov 2003-cü il noyabr ayının 19-da vəfat etmişdir.[1]

Uzun illər alimlər Qız qalasının nə məqsədlə tikildiyini və onun tarixi barədə mübahisələr aparır. Belə bir müəyyən etmə var ki, qala müdafiə və gözətçi funksiyasını yerinə yetirirdi, tikilmə vaxtı isə V-Xll əsrə aid olunur. Alim-arxitektor, professor Davud Axundov yeni sensasiyaya səbəb olan nəzəriyyə irəli sürüb. Onun nəzəriyyəsinə görə Bakının simvolu olan – Qız qalası — əslində zərdüştlük məbədi və qədim rəsədxanadır. Bu fikir əvvəl qəbul olunmuş, qalanın tikilmə məqsədi təsəvvürlərinin tam əksi idi.

2018-ci ildə buraxılmış Azərbaycan poçt markası

Qədim Qafqaz Albaniyasının mədəniyətinə və incəsənətinə aid olan çoxlu sayda elmi işlərin müəllifi, professor Davud Axundov kompüter texnoloqiyalarının köməyi ilə qalanın tarixi barədə yeni baxışa nail olub. Diqqətlə qalanın konstruksiyasını öyrənməklə, Axundov elə nəticəyə gəldi ki, bu tikili gözətçi funksiyasını yerinə yetirə bilməzdi və ələlxüsus müdafiə məqsədləri üçün də yararsız idi. Qalanın ön tərəfində yerləşən pəncərələri tədqiq edərkən, professor maraqlı bir faktla üzləşib. Belə ki əqər qala mudafiə funksiyasını yetirirdisə o zaman onun pəncərəli dörd tərəfə baxmalı idi. Bu pəncərələr isə yalnız bir tərəfə yönəlib, üstəlik aşağıya yonəlmək əvəzinə — hücumları dəf etmək üçün – yuxariya baxırlar. Bir maraqlı fakt daha – pəncərələrdən acılan mənzərə və onun kiçik ölçüləri hücumlardan mudafiə olunmaq üçün imkan vermir. Bu faktlara əsasən söyləmək olar ki, qaladan müdafiə olunmaq üçün istifadə edilməsi inandırıcı deyil.

Analojı qədim məbədlərə nəzər yetirməklə, professor tikilinin yeddi planet tanrılarının məbədi olduğuna qənaətinə qəlib. Araştırmalara əsasən, qala 8 mərtəbəli konstruksiyadan ibarətdir. Məbədin birinci mərtəbəsi qiriş, qalan 7-si isə müqədəs mərtəbələr sayılırdı.

Qaz kəməri ilə birləşən mərtəbələrdə quraştırılan ocaqlar, qalanın yuxarı meydançasında yeddigünbəzli tac təşkil edir. Məbədin yeddi yarusu sönməz od işıqı ilə təmin edilmişdir, bu da zərdüşlərə baş səcdəgahları, simvolu od olan, Ormuza səcdə etməyə şərait yaradırdı.

  • Babası Məmməd bəy Əhməd bəy oğlu Əhmədbəyov — Çar Rusiyası ordusunun polkovniki. Məmməd bəy Əhməd bəy oğlu 1864-cü ildə Şuşa qəzasının Cavanşir sahəsinin Xanməmmədsərkarlı obasında dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhər məktəbində oxumuşdu. Tiflisdə Hərbi Məktəbdə təhsilini davam etdirmişdi. Məktəbi bitirəndən sonra çar ordusunda hərbi xidmətə başlamışdı. İlk hərbi qulluğunu Xankəndində etmişdi. Sonra 77-ci Tengiz alayına dəyişilmişdi. Bir müddət sonra 4-cü Qrenadyor alayında xidmət etmişdi. Məmməd bəy polkovnik rütbəsi ilə istefaya çıxmışdı. Məmməd bəy mayor Abbas bəy Ağayevin qızı Böyükxanım xanımla ailə qurmuşdu. Yusif bəy adlı oğlu, Sona xanım, Məryəm xanım, Raziyə xanım, Ayna xanım, Tamara xanım və Nisə xanım adlı qızları vardı.
  • Atası Ağa Əbdülxalıq oğlu Axundov — Azərbaycan mühəndisi, energetik.
  • Anası Tamara Məmməd bəy qızı Axundova — Tamara xanım Məmməd bəy qızı 1891-ci ildə Qarabağın Xankəndi şəhərində andan olub. Uşaqlıq illəri Tiflisdə keçmiş, təhsilini Hacı Zeynalabdin Tağıyevin ilk rus-müsəlman qız məktəbində almışdı. 1910-cu ildə Bakıda yaradılmış III rus-tatar şəhər qız məktəbinin ilk müəllimələrindən biri olmuşdur. 1920-ci ilədək bu təhsil ocağında qızlara təlim-tərbiyə vermişdi. Tamara xanım 1980-ci ildə vəfat edib. Tamara xanım Ağa Axundovla evlənmişdi. Davud adlı oğlu, Elmira xanım adlı qızı vardı.
  • Bacısı Elmira Axundova — azərbaycanlı müğənni, Azərbaycan SSR Əməkdar artisti (1958).