Elnur Əliyev (hüquqşünas)

Elnur Əliyev Aydın oğlu (4 iyun 1983, Kirovabad) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini (2022-ci ildən)[1], iqtisadiyyat nazirinin müavini (2020–2022)[2], vergilər nazirinin müşaviri (2017–2020-ci illər)[3].

Elnur Əliyev
Vəzifədədir
10 fevral 2022-ci ildən
NazirMikayıl Cabbarov
13 may 2020 – 10 fevral 2022
NazirMikayıl Cabbarov
Şəxsi məlumatlar
Doğum tarixi 4 iyun 1983(1983-06-04) (41 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi

Elnur Əliyev 1983-cü il iyunun 4-də Gəncə şəhərində anadan olub.

Evlidir, 2 övladı var.

1998–2002-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb, hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

2002–2006-cı illər – Bakı Dövlət Universitetində cinayət hüququ, cinayət prosesi və kriminalistika ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.

2008–2009-cu illər – Azərbaycan Respublikası Prezidentinin "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində beynəlxalq biznes hüququ üzrə magistr təhsili alıb.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2005–2009-cu illər – İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, sektor müdiri vəzifələrində çalışıb.

2010–2013-cü illər – Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi vəzifəsində çalışıb.

2013–2017-ci illər – Təhsil Nazirliyində nazir köməkçisi, şöbə müdirinin müavini, şöbə müdiri, aparat rəhbəri vəzifələrində çalışıb.

2017 – 2020-ci illər – Vergilər nazirinin müşaviri vəzifəsində çalışıb.

13 may 2020-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.[2][4]

17 mart 2021-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvü təyin edilib.[5]

30 mart 2021-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilib.[6]

30 mart 2021-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilib.[7]

30 mart 2021-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvü təyin edilib.[8]

23 iyul 2021-ci il – Azərbaycan Respublilkası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri təyin edilib.[9]

10 fevral 2022-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İqtisadiyyat nazirinin birinci müavini vəzifəsinə təyin edilib.[10]

11 iyul 2020-ci il – Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının sədri təyin edilib.

30 dekabr 2020-ci il – İqtisadiyyat Nazirliyinin Apelyasiya Şurasının sədri təyin edilib.[11]

  1. "Elnur Əliyev iqtisadiyyat nazirinin birinci müavini təyin edilib". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-09.
  2. 1 2 "İqtisadiyyat Nazirliyində kadr təyinatları aparılıb". 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-09.
  3. "Vergilər Nazirliyində 2 müşavir təyinatı oldu". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-09.
  4. "E. A. Əliyevin Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini təyin edilməsi haqqında". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-09.
  5. "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi və "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-09.
  6. ""Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-09.
  7. ""BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-09.
  8. ""Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-09.
  9. ""Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 yanvar tarixli 684 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-09.
  10. "E.A.Əliyevin Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-09.
  11. "İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-09.