Elxan Rzayev

Elxan Rza (29 iyun 1979, Sumqayıt) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının Əməkdar Artisti (2018).

Elxan Rza
Doğum tarixi (45 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti aktyor
Təhsili
Mükafatları "Fəxri mədəniyyət işçisi" döş nişanı — 2014
"Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2018

Elxan Rzayev 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1996-cı ildə Sumqayıt şəhər 23 nömrəli orta məktəbi bitirmişdir.

Həvəskar aktyor kimi ilk dəfə Sumqayıtda fəaliyyət göstərən "Cavid" teatrında səhnəyə çıxmışdır.

1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. Tələbəlik illərində Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük", Cəfər Cabbarlının "Solğun çiçəklər", Anton Çexovun "Təklif" əsərlərində Ələsgər, Əşrəf bəy, Rəhman və Stepan Stepanoviç rollarını ifa etmişdir. Cəfər Cabbarlının "Solmaz yarpaq" ədəbi–musiqili kompozisiyasında Cəfər Cabbarlı obrazını məharətlə yaratmışdır.

Tələbə ikən Azərbaycan Milli Dram Teatrında çalışmış, kütləvi səhnələrdə aktyor kimi çıxış etmişdir. Bu illər ərzində teatrın aparıcı artisti, baş rolların mahir ifaçısı kimi teatr ictimaiyyətinin diqqətini özünə çəkmişdir. 2000-ci ildən Bakı Bələdiyyə Teatrının aktyorudur. Cəfər Cabbarlının "Dönüş"ündə Ötgün Zamanbəyli, Cəlil Məmmədquluzadənin "Ölülər"ində İsgəndər, Nazim Hikmətin "Damokl qılıncı"nda Abe, Nəriman Nərimanovun "Nadir şah"ında Rzaqulu obrazlarının ifaçısı kimi yüzlərlə tamaşaçının məhəbbətini qazanıb. Hüseyn Cavidin "İblis"ində Vasif, Arif, Sofoklun "Elektra"sında Arest rollarını oynayıb. İ. Kərimovun "Xəyanətin müsibəti"ndə İmam Hüseyn, Ə. Pəhləvaninin "İnsan və İblis"ində İblis, A. Babayevin "Oğul" tamaşasında II şəhid, A. Məmmədovun "Dəli Domrul"unda Dondar, R. İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" tamaşasında Rüstəm, Ə. Əliyevin "Unutqanlıq qorxunc bəladır"ında II kişi, A. Qurbaninin "Türk sancağı"nda Lütfəli bəy və repertuarında olan onlarca tamaşada baş rollarda çıxış edib.

  • APARICI OLDUĞU VERİLİŞLƏR
  1. Lider televiziyasında X+X verilişi
  2. İctimai televiziyada X+X verilişi
  • Film və serialların dublyajında çalışdiğı televiziyalar^

AzTV, İctimai TV, Lider TV, Xəzər TV, ANS TV.

  1. Yeni həyat (Bədii televiziya filmi 2005) — Redaktor
  2. Cavid ömrü (film, 2007) — Orxan
  3. SSRİ-də doğulma (2008) — Prezident köməkçisi
  4. Seçilən (film, 2008) — Məmmədov
  5. Tahirənin intiqami (serial,2009) — Rasim
  6. Qağayı (serial, 2012) — Murad Rəsulov
  7. Sonun başlanğıcı (serial,2013) — Ağasəməd
  8. Sevginin göz yaşları (serial,2013) — Fərid
  9. Toy Gecəsi (serial, 2013–2014) — Toğrul
  10. Boyunbağı (serial, 2014–2015) — Malik
  11. Ömür payı. Səməndər Rzayev (film, 2015) — Səməndər
  12. Sən olmasaydın (serial, 2016–2017) — Şamil

Cavid teatrında oynadığı rol

[redaktə | mənbəni redaktə et]

Milli Dram Teatırında oynadiği rollar

[redaktə | mənbəni redaktə et]

Baki Bələdiyyə Teatrında oynadiği rollar

[redaktə | mənbəni redaktə et]

Təltif olunduğu mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • 1996-cı ildə Səməd Vurğunun 90 illiyi ilə əlaqədar olaraq Respublika üzrə keçirilən şer müsabiqəsinin qalibidir.
  • 2006-cı ildə Gənclər və İdman Naziri Azad Rəhimov tərəfindən ən yaxşı aktyor Nominatsiyasına layiq görülüb.
  • 2013-cü ildə Müdafiə Naziri Zakir Həsənov tərəfindən Hərbi hissələrdəki çıxışlarına görə Fəxri Fərmanla təltif olunmuşdur.
  • 2014-cü ildə Mədəniyyət və Turizim Naziri Əbülfəz Qarayev tərəfindən Respublikanın Fəxri Mədəniyyət İşçisi döş nişanı ilə təltif olunmuşdur.
  • 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]
  • 2022-ci ildə Azərbaycan Teatr xadimləri ittifaqının Diplomu və Mədəniyyət nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.
  1. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.