Erkin Love

Erkin Osmanlı (18 fevral 1989, Bakı) — Erkin Love[1] səhnə ləqəbi ilə də tanınan Azərbaycan müğənnisi, bəstəkar-şairi, yazıçısı və aktyoru.

Erkin Osmanlı
türk. Erkin Osmanlı
Ümumi məlumatlar
Doğum tarixi 18 fevral 1989(1989-02-18) (34 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti aktyor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, müğənni fəaliyyətinə 17 yaşı olarkən 2006-ci ildə başlamış və Lider TV-də yayımlanan Akademiya musiqili realiti şousunun və Eurovision Mahnı Müsabiqəsinin milli seçim turlarının finalçısı kimi məşhurdur.[2]

Akademiya Realiti Şousu və İlk Məşhurluq[redaktə | mənbəni redaktə et]

2006-ci ilin Sentyabr ayında Erkin uğurla Brilliant Dadaşovanın[3] Akademiya realiti şousunun hər üç seçim mərhələlərini adlayaraq yarışmanın final mərhələlərinə vəsiqə qazanmışdır. Baxmayaraq ki, Erkin Azərbaycanda olduqca az sayda sevilən rok musiqisini təmsil edirdi və qeyri-adi avropasayağı görünüşünə görə ilk öncədən autsayder kimi qələmə verilən Erkin sonradan yarışmanın ən populyar iştirakçısına çevirildi və yalnız finala bir həftə qalmış yarışmanı 5-ci yerdə bitirərək tərk etdi.

Onun çıxışları qısa zamanda böyük səs-küyə səbəb olmuşdur və yarışmadan sonra İzzət BağırovRöya kimi sənətçilər rok janrında mahnılar yazdırmışdılar.

Akademiya-dan sonrakı illər və Eurovision Milli Seçim Turları[redaktə | mənbəni redaktə et]

Akademiya şousundan sonra öz yaradıcılığına gedən Erkin özü haqda yenidən 2008 Eurovision Mahnı Müsabiqəsinin[4] ilk milli seçim turlarında bildirmişdir. Seçim turlarını ilk beşlikdə bitirən Erkin, sonradan birdə 2011-ci ildə və 2014-cü ildə milli seçim turlarında iştirak etmişdir. 2014-cü ildə o Ukraynanın paytaxtı Kiyevdə keçirilən Böyük Səhnə yarışmasının finalçısı olmuşdur.[5]

2012-ci ildə Erkin Moskvada yaşayan Azərbaycanlı-Yəhudi müğənni və bəstəkar-şair Safaellə birgə Baku Jazz Center-də konsert verərək ilk dəfə öz mahnılarını kütlə qarşısında ifa etmişdir.[6]

Digər fəaliyyətləri[redaktə | mənbəni redaktə et]

Musiqi və yazıçılıqdan başqa Erkin bir ara reklam sahəsində Bakının öndəgedən şirkətləri ilə çalışmışdır və müxtəlif brendlər üçün adlar, sloqanlar və TV çarxlar yaratmışdır.[7]

2014-cü ildə o, Dilarə Kazımova və onun həyat yoldaşının çəkildiyi və Erkinin eyni adlı şerinin əsasında çəkilən I Found You adlı qısa filmini təqdim etmişdir.[8]

Yazdığı Mahnılar[redaktə | mənbəni redaktə et]

Mahnı İl İfaçı Albom Töhvəsi
"Earthquake On the Dancefloor"[9] 2011 ALIGEE feat. Azerilife Inc Söz
"Yay" [10] 2012 Miri Yusif Nirvana Söz, musiqi
"Feels So Right" [11] 2015 Elnur Məmmədov Söz, musiqi, bek-vokal

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2020-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.
  2. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.
  3. "Arxivlənmiş surət". 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.
  4. "Arxivlənmiş surət". 2015-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.
  5. "Arxivlənmiş surət". 2014-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.
  6. "Arxivlənmiş surət". 2015-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.
  7. "Arxivlənmiş surət". 2015-11-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.
  8. "Arxivlənmiş surət". 2016-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.
  9. "Arxivlənmiş surət". 2016-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.
  10. "Arxivlənmiş surət". 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.
  11. "Arxivlənmiş surət". 2016-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]