Ermənistan–Serbiya münasibətləri

Serbiya—Ermənistan münasibətləriSerbiyaErmənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Yuqoslaviya Federativ Respublikası arasında diplomatik münasibətlər 14 yanvar 1993-cü ildə qurulmuşdur. Hər iki ölkə Yunanıstanın Afinadakı səfirlikləri vasitəsi ilə təmsil olunur və hər iki ölkə arasında yeganə diplomatik nümayəndə kimi fəaliyyət göstərən fəxri konsulluqlar qurmuşdur.

Serbiya—Ermənistan münasibətləri
Serbiya və Ermənistan
 Serbiya  Ermənistan

Ermənistanın Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı Azərbaycanla münaqişəsi var, Serbiyada ATƏT-in Minsk qrupunu çərçivəsində münaqişənin sülh yolu ilə siyasi həll axtarışını dəstəkləyir. Serbiya Kosovanı öz ərazisi hesab edir. Ermənistanda bu məsələdə Kosovonun müstəqilliyini tanımır. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, NATO Sülh Tərəfdaşlığının, Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının üzvüdür.

Qondarma erməni soyqırımı

[redaktə | mənbəni redaktə et]

Həm serblər, həm də ermənilər xristian olduqları üçün, erməni soyqırımı serblər arasında geniş tanınır. Serbiya hökuməti, Türkiyənin ölkənin inkişafına yatırdığı sərmayələrdən asılı olduğu üçün hələ soyqırımı tanımamııdıe. Bu səbəbdən praqmatik bir yanaşmaya sadiq qalaraq tanınma qanununu rədd edir[1].

Serbiya hələ Qondarma erməni soyqırımını tanımamasına baxmayaraq, Serbiya hökumətinin bir çox üzvü soyqırım qurbanlarına hörmət göstərir. Serbiya Prezidenti Tomislav Nikoliç ölkəni soyqırımı tanımağa çağırmışdır[2]. Qeyri-rəsmi olaraq erməni soyqırımının tanınmasına ekzotik qardaşlıq deyir, çünki serblər erməniləri öz qardaşları və bacıları hesab edirlər[3].

Hərbi əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Serbiyanın “Zastava Arms” şirkəti tərəfindən istehsal edilən 20×110 mm çaplı 3 lüləli M55A4B1 zenit pulemyotu, 250 ədəd M93 “Black Arrow” snayper tüfəngi Ermənistan ordusunun istifadəsinə verilmişdir. Ermənistan Müdafiə Nazirliyi “Kruşik” Korporasiyasından 150 ədəd 60 mm minaatan, 50 ədəd 81/82 mm minaatan, 10 ədəd 120 mm minaatan,1000 ədəd reaktiv “Aircraft Rocet Br-1-57”, 1200 ədəd “Aircraft Rocek Br-20-57”, 500 ədəd “yer-hava” tipli “UNITED AVIATION ROCKETS” 80 mm S-8, minatanlar üçün 5000 ədəd UT M88P1 and UTU M93NN tipli mərmi, 14000 ədəd UT M68P1 tipli mərmi, sınaq üçün 200 ədəd PGR-200 “yer-yer” tipli raket, 50 ədəd “yer-hava” tipli TİP-A və 20 ədəd TİP-B “yer-hava” tipli raketlər üçün atıçı qurğu, 700 ədəd TİP-A raketi, 300 ədəd TİP-B raketi, 200 ədəd tank əlehinə Mis 9M14P1 “Malyutka” reaktiv qurğusu və 1000 ədəd 9M14P1 tipli “Malyutka” qurğusu üçün reaktiv mərmi, 20000 ədəd M-75 əl qumbarası, 10000 ədəd M-84 əl qumbarası, 3000 ədəd tank əlehinə AAM 4 (TMA-4) minaları və digər silah-sursat nümunələri aldığını bildirmişdir[4].

Diplomatik əlaqələr

[redaktə | mənbəni redaktə et]

Ermənistan və Serbiya arasında diplomatik münasibətlər 14 yanvar 1993-cü ildə qurulmuşdur. Ölkələrin heç birinin digərində daimi səfiri yoxdur. 2014-cü ildə Ermənistan Xarici İşlər Naziri Edvard Nalbandyan və Serbiyanın Xarici İşlər Naziri İvitsa Daçiç Serbiyanın İrəvanda səfirliK açacağını açıqladılar. Ermənistan və Serbiyanın Yunanıstanın Afinadakı səfirlikləri iki ölkə arasındakı münasibətlərdən məsuldur. Ermənistan səfirliyinə 17 fevral 2011-ci ildə Prezident Boris Tadiçə etimadnaməsini təqdim edən QaQik Qalaçyan, Serbiya səfirliyinə isə 27 iyul 2009-cu il tarixində Ermənistan Prezidenti Serj Sarkisyana etimadnaməsini təqdim edən DraQan Çupanjevac rəhbərlik edir. 25 yanvar 2007-ci ildə Serbiya Babken Simonyanı Ermənistandakı fəxri konsulu olaraq adlandırdı və Ermənistan PredraQ Tomiçi Serbiyadakı fəxri konsulu təyin etdi.

  1. "Arxivlənmiş surət". 2019-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.
  2. "Arxivlənmiş surət". 2019-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.
  3. "Arxivlənmiş surət" (PDF). 2020-10-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-10-18.
  4. "Ermənistana minaatanları və digər hərbi sursatı Serbiyanın "Kruşik" Hərbi Holdinq Korporasiyası satıb". 2020-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.