Ermənistan–Tacikistan münasibətləri

Tacikistan—Ermənistan münasibətləriTacikistanErmənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyinin üzvüdür. İki tərəfli münasibətlər 12 oktyabr 1992-ci ildə qurulmuşdur. Hər iki ölkə əvvəllər Sovet ittifaqının müttəfiq respublikalarından olmuşdur. İki ölkənin heç birinin digəri ərazisində rezident səfirləri yoxdur. Tacikistan Rusiyanın Moskvadakı səfirliyi vasitəsilə Ermənistanda təmsil olunur. Ermənistan Respublikasının Türkmənistandakı səfirliyi həmdə Tacikistanda akreditə olunmuşdur.

Tacikistan—Ermənistan münasibətləri
Tacikistan və Ermənistan
 Tacikistan  Ermənistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Göstəricilər[redaktə | mənbəni redaktə et]

Tacikistan gerbi Tacikistan Ermənistan gerbi Ermənistan
Beynəlxalq təşkilatlarda iştirakı BMT, ATƏT, KTMT, AİB, MDB, ŞƏT BMT, ATƏT, KTMT, AİB, MDB, ÜTT, Avropa Şurası, Aİ ŞT, ŞƏT (dialoq ortağı)
Əhali 8 439 700 3 017 100
Ərazi 143 000 km² 29 743 km²
Əhali sıxlığı 57,2 nəf./km² 101,4 nəf./km²
Paytaxt Düşənbə İrəvan
İri şəhərlər Düşənbə, Xücənd, Kulab, Baxtər, İstərövşən, Kanibadam, Pəncikənd, Xoroq İrəvan, Gümrü, Vanadzor
İdarəetmə formaları Prezident Respublikası Parlament Respublikası
Dövlət dili Tacik dili Erməni dili
Din İslam Xristianlıq
ÜDM, 2019[1][2] 33,35 mlrd ABŞ dolları (3 590 $ adam başına) 32,91 mlrd ABŞ dolları (11 080 $ adam başına)
ÜMM, 2019[3][4] 8,15 mlrd ABŞ dolları (877 $4 adam başına) 13,44 mlrd ABŞ dolları (4530 $ adam başına)
Valyuta Somoni Dram

Tarix[redaktə | mənbəni redaktə et]

Respublika başçılarının görüşləri ölkələr arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Ermənistanın ikinci Prezidenti Robert Köçəryan 2002-ci ilin aprelində Tacikistana rəsmi səfər edir[5]. Tacikistan lideri Emoməli Rəhmonun rəsmi səfərləri 2003 və 2005-ci illərdə baş tutur[6][7]. Bu səfərlər zamanı Tacikistan Respublikası ilə Ermənistan Respublikası arasında Dostluq və Əməkdaşlıq Müqaviləsi də daxil olmaqla bir çox sənəd imzalandır. Ermənistan Respublikasının üçüncü Prezidenti Serj Sarkisyan 2011-ci ilin avqust ayında və 2015-ci ilin sentyabrında rəsmi və işgüzar səfərlərlə Tacikistana gedir[8][9].

Münasibətlərin hüquqi bazası ölkələr arasında iqtisadiyyat, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət, elm məsələlərində geniş qarşılıqlı əlaqəni əhatə edən 26 sənəddən ibarətdir.

2009-cu ilin dekabrından Vladimir Badalyan Ermənistan Respublikasının Türkmənistan və Tacikistandakı fövqəladə və səlahiyyətli səfiridir[10].

İqtisadi əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

Ölkələr hər iki tərəfin biznesləri arasında fəal şəkildə əlaqələr qurur və genişləndirirlər. Tərəflər bir-birlərinə texniki məhsullar və xammal tədarük edirlər. Ticarət və iqtisadi əməkdaşlıq üzrə Tacikistan-Ermənistan hökumətlərarası komissiyasının fəaliyyəti Ermənistan və Tacikistan arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə kömək edir. 1994-cü ildə xarici ticarət dövriyyəsinin həcmi 239,4 min ABŞ dollarına bərabər olmuşdur. 2000-ci ildə yalnız min dollar təşkil edir. 2014-cü ildə ölkələr arasındakı ticarət həcmi təxminən 1 milyon ABŞ dollarına qədər artır[10].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "https://www.imf.org/external/datamapper/PPPGDP@WEO/OEMDC/ADVEC/WEOWORLD". www.imf.org. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
  2. "https://www.imf.org/external/datamapper/PPPPC@WEO/OEMDC/ADVEC/WEOWORLD". www.imf.org. 2019-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
  3. "https://www.imf.org/external/datamapper/NGDPD@WEO/OEMDC/ADVEC/WEOWORLD". www.imf.org. 2017-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
  4. "https://www.imf.org/external/datamapper/NGDPDPC@WEO/OEMDC/ADVEC/WEOWORLD". www.imf.org. 2020-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
  5. "В Душанбе прибыл президент Республики Армения". Кавказский Узел. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-11.
  6. "В Ереван с официальным визитом прибывает Президент Таджикистана". Panarmenian.net. 24 ноября 2003 года. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-11.
  7. "Президент РТ Э. Рахмонов посетил сегодня с кратким визитом Армению". ИА «Азия-Плюс». 15 ноября 2005 года. 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-11.
  8. "Серж Саргсян в Душанбе принял участие в юбилейном саммите, посвященном 20-летию создания СНГ". Официальный сайт Президента Республики Армения. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-11.
  9. "Рабочий визит Президента Сержа Саргсяна в Таджикистан". Официальный сайт Президента Республики Армения. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-11.
  10. 10,0 10,1 "Таджикистан". Официальный сайт Министерства иностранных дел Республики Армения. 2011-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-11.