Ermənistanda antisemitizm

Ermənistanda antisemitizmErmənistanda yəhudilərə qarşı nifrət. Müxtəlif mənbələrə görə Ermənistanda 1,000-ə yaxın yəhudi yaşayır.[1][2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Zəmin[redaktə | mənbəni redaktə et]

Ermənistanda antisemitizmin əsas mənbəyi İsrailin Azərbaycanla güclü əlaqələri və ona silah satmasıdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Arayik Arutyunyan İsraili ermənilərə qarşı "soyqırım"da iştirak etməkdə ittiham etmişdir.[3] Livandakı ermənilər həmin müharibə zamanı etiraz aksiyasında Türkiyə və Azərbaycan bayraqları ilə birlikdə İsrail bayrağını da yandırmışdılar.[4]

İfadələr[redaktə | mənbəni redaktə et]

Ermənistanda antisemitizm mövzusundan istifadə edən çox sayda siyasətçilər var. 1998-ci ilin aprelində məşhur erməni politoloq və iqtisadçı İqor Muradyan Ermənistanın aparıcı "Ermənistanın səsi" nəşrində antisemit məqalə dərc etmişdir. Muradyan iddia etmişdir ki, erməni-yəhudi münasibətlərinin tarixi "arilər semitlərə qarşı" münaqişəsinin təzahürləri ilə dolu olmuşdur. O, yəhudiləri etnik münaqişələri, o cümlədən Dağlıq Qarabağla bağlı mübahisələri qızışdırmaqda ittiham etmiş və İsrailin Türkiyə ilə yaxşı münasibətləri fonunda Ermənistanın təhlükəsizliyindən narahat olduğunu bildirmişdir.[5]

2004-cü ildə prezidentliyə namizəd Tiqran Karapetyan Erməni soyqırımının təşkilində bilavasitə yəhudilərin iştirakını əlaqələndirmişdir. Onun müsahibi, ultramilliyətçi Ermənistan-Ari Nizamı Partiyasının lideri Armen Avetisyan bildirmişdir ki, "erməni ariləri yəhudi-mason təcavüzünə qarşı mübarizə aparmaq niyyətindədirlər və öz yuvalarında şərri yatırmaq üçün əlindən gələni edəcəklər". Ermənistanın yəhudi icması haqqında danışan Avetisyan qeyd etmişdir ki, bu, "700 nəfəri özünü yəhudi kimi tanıdanlardan və ölkəni yəhudi şərindən təmizləyərkən üzə çıxarılacaq 50,000 nəfər aridən" ibarətdir. Ermənistanın Yəhudi Şurası öz narahatlığını hökumətə və müxtəlif insan haqları təşkilatlarına ünvanlamış, etnik nifrətin təbliğatını dayandırmağı və ALM-ni qadağan etməyi tələb etmişdir, lakin bu tələblərə əsasən məhəl qoyulmamışdır.[6]

23 oktyabr 2004-cü ildə Etnik və Dini Azlıqların Problemləri üzrə Departamentin rəhbəri Hranuş Xaratyan Ermənistanda "qondarma yəhudi ksenofobiyası"nı açıq şəkildə şərh etmişdir. O, bildirmişdir ki, "niyə biz yəhudilərin cümə yığıncaqlarında bütün qeyri-yəhudilərə qarşı nifrət, onları mal-qara ilə müqayisə etmək və onlara tüpürməyi təbliğ etməkdə davam etməsinə cavab vermirik"?[6] Xaratyan həmçinin, yerli yəhudiləri "antixristian hərəkətlərə" çağırmaqda ittiham etmişdir.[7] 2006-cı ilin sentyabrında Ermənistanın ətraf mühit naziri Vardan Ayvazyan ABŞ-nin "Global Gold" korporasiyasını tənqid edərkən mətbuat konfransı zamanı demişdi: "Bilirsiniz kimi müdafiə edirsiniz? Siz kaykları müdafiə edirsiniz! Bu şirkətin arxasındadırlar və əgər icazə versək bura gələrlər"![8][9]

Holokostun inkarı[redaktə | mənbəni redaktə et]

2002-ci ildə Romen Yepiskoposyan tərəfindən ermənirus dillərində yazılmış "Milli sistem" adlı kitab çap edilmişdir. Kitab Ermənistan Yazıçılar İttifaqında təqdim olunmuşdur. Həmin kitabda yəhudilər türklərlə birlikdə ermənilərin bir nömrəli düşmənləri kimi təqdim edilmiş, "məhv və parçalanma missiyası daşıyan milləti məhv edən" icma kimi təsvir edilir. Kitabda "XX əsrin ən böyük saxtakarlığı" başlıqlı fəsil Holokostu inkar edir və bunun sionistlərin "ariləri" gözdən salmaq üçün yaratdığı mif olduğunu iddia edir. Kitabda yazılmışdır ki, "bəşər tarixindəki ən böyük saxtakarlıq Holokost mifidir ... heç kim qaz kameralarında öldürülməmişdi. Qaz kameraları yox idi".[10]

Oxşar ittihamları Armen Avetisyan 11 fevral 2002-ci ildə səsləndirmişdi. O, İsrailin Erməni soyqırımına Holokostla bərabər status verməkdən imtina etməsindən sonra İsrail səfiri Rivka Koenin Ermənistanda "persona non grata" elan edilməsini tələb etmişdir. Bundan əlavə, Avetisyan Holokost qurbanlarının sayının həddindən artıq çox göstərildiyini iddia etmişdir.[11] 2004-cü ildə Armen Avetisyan Ermənistan-Ari Nizamı Partiyasının nəşri olan "Armeno-Aryan" qəzetinin bir neçə sayında, eləcə də bir sıra görüşlər və mətbuat konfransları zamanı yəhudilərə qarşı ekstremist ifadələr səsləndirilmişdir. Nəticədə onun partiyası Erməni Millətçi Cəbhəsindən çıxarılmışdır.[6] Ermənistanın Yəhudi Şurası prezident Robert Köçəryana açıq məktub göndərərək o dövrdə antisemitizmin artması ilə bağlı dərin narahatlığını ifadə etmişdir. Armen Avetisyan buna cavab olaraq "İravunq" qəzetində daha bir antisemit məqalə dərc edərək bildirmişdir ki, "yəhudi azlığı olan istənilən ölkə sabitlik baxımından böyük təhlükə altındadır". Daha sonra Ermənistan Milli Assambleyasının sədri Artur Bağdasaryanla görüşən Ermənistan Yəhudi Şurasının rəhbəri Rima Varjapetyan hökumətin antisemitizmin növbəti hərəkətlərinin qarşısını almaq üçün addımlar atmalı olduğunda israr etmişdir.[12] 2005-ci ilin yanvarında ermənilər və yəhudilər arasında etnik ədavəti qızışdırmaq cəhdlərinə görə Armen Avetisyan həbs edilmiş və üç il şərti cəza almışdır.[13][14] Ermənistan Yazıçılar İttifaqının rəhbəri Levon Ananyan və bəstəkar Ruben Haqverdiyan kimi bir sıra akademiklər Avetisiyanı dəstəkləmiş və hakimiyyəti onu azad etməyə çağırmışdılar.[12] Onun azad edilməsi tələblərinə müxalifət deputatları və ombudsman Larisa Alaverdyan da qoşulmuşdur.[15]

Hücumlar[redaktə | mənbəni redaktə et]

Ermənistanın yəhudi icması və müxtəlif ölkələrdən olan erməni diasporları[16] tərəfindən inşa edilmiş İrəvanda Holokost Memorialı 1999-cu ildə təsis edildiyi vaxtdan[17] dəfələrlə vandalizmə məruz qalmışdır.[18] 23 dekabr 2007-ci ildə memorial naməlum şəxslər tərəfindən vandalizmə məruz qalmışdır. Sadə daşın üzərinə nasist svastika simvolu cızılmış və qara boya səpilmişdir. Ölkənin kiçik yəhudi icmasının baş ravvini vəzifəsində çalışan Çabad emissarı ravvin Gerşon Burşteyn yerli polisi xəbərdar etmişdir.[19] 12 fevral 2021-ci ildə memorial növbəti dəfə vandalizmə məruz qalmışdır.[20]

3 oktyabr 2023-cü ildə gecə saatlarında İrəvanda fəaliyyət göstərən yeganə sinaqoq "Mordexay ha-Navi"yə hücum edilmişdir. Naməlum şəxslər binaya molotov kokteyli atmış, pəncərələri sındırmış və binanın divarlarına boya tökmüşdülər. Hücuma görə məsuliyyəti "Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu" və “Ermənistanın Gənc Azadlıq Mübarizəçiləri” adlı erməni təşkilatları öz üzərinə götürərək İsraili Azərbaycana dəstək verməkdə ittiham etmişdilər.[21]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Armenia — The Jewish community". 2010-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-04.
  2. "На сегодняшний день в Армении проживает семь тысяч ассирийцев". 2015-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-12.
  3. "Armenian leader accuses Israel of aiding 'genocide' against his people". The Times of Israel. 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-09.
  4. "Armenians burn Israeli, Azerbaijani and Turkish flags - VIDEO". 27 October 2020. 16 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2023.
  5. Union of Council for Soviet Jews: Antisemitism in Georgia, Azerbaijan, and Armenia Arxivləşdirilib 8 iyul 2008 at the Wayback Machine
  6. 1 2 3 Antisemitism in Armenia Arxivləşdirilib 21 oktyabr 2007 at the Wayback Machine by Rimma Varzhapetian. The Euro-Asian Jewish Congress (retrieved 6 September 2006)
  7. "Armenian Official Says Jews "Anti-Christian"". Archived from the original on 4 October 2011. İstifadə tarixi: 4 October 2011.. Union of Councils for Soviet Jews. 21 October 2004. Retrieved 27 November 2006.
  8. Jews of Armenia Outraged by Nature Protection Minister's Statements Arxivləşdirilib 25 fevral 2011 at the Wayback Machine.
  9. Armenian Jewish Community Leader Criticizes Environment Minister for Antisemitic Comment Arxivləşdirilib 2023-03-15 at the Wayback Machine. today.az. (30 September 2006)
  10. "Antisemitic Book Presented in Armenia; Jewish Leader Heckled". Archived from the original on 4 October 2011. İstifadə tarixi: 4 October 2011.. Union of Councils for Soviet Jews. 20 February 2002. Retrieved 27 November 2006.
  11. ""Armenian Aryan Party" Criticizes Israeli Ambassador". Archived from the original on 4 October 2011. İstifadə tarixi: 4 October 2011.. Union of Councils for Soviet Jews. 21 February 2002. Retrieved 27 November 2006.
  12. 1 2 Intelligentsia Demands from Prosecutor Arxivləşdirilib 27 sentyabr 2011 at the Wayback Machine (in Russian). A+ News. 18 February 2005. Retrieved 27 November 2006
  13. "Антисемитизм в Армении 2004—2005". 2006-09-23 tarixində arxivləşdirilib.
  14. "Ереванский суд приговорил Армена Аветисяна к трем годам условно". 2005-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-12.
  15. "Armenian Parliament Deputies, Ombudsman Demand Release of Detained Anti-Semite". Archived from the original on 4 October 2011. İstifadə tarixi: 4 October 2011.. Union of Councils for Soviet Jews. 1 February 2005. Retrieved 27 November 2006.
  16. "Митинг, посвященный Дню Катастрофы". 2017-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-12.
  17. Vandals Deface Holocaust Memorial in Armenia. The Jerusalem Post. 23 декабря 2007
  18. "News.am. Осквернен памятник жертвам Холокоста в Ереване". 2010-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-12.
  19. The Jerusalem Post, 23 December 2007 Arxivləşdirilib 16 sentyabr 2011 at the Wayback Machine. Fr.jpost.com. Retrieved 1 June 2012.
  20. "Holocaust memorial in Yerevan, Armenia vandalized". 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-09.
  21. "Две армянские организации разделили ответственность за нападение на синагогу в Ереване". 2023-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-09.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Римма Варжапетян. Еврейская община Армении (400 nüs.). Ереван: Издательский дом Лусабац. 2012. ISBN 978-9939-69-005-6.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]