Etik qaydaları

Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir.

Etika – [yun. ethika, ethos – adət, xasiyyət]

  1. İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası.
  2. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.

Etika və ondan yaranan fənlər (hüqüq, dövlətsosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar. Nəzəri fəlsəfəyə məntiq, qavrama nəzəriyyəsimetafizika daxildir.

Fəlsəfə fənninə ilk dəfə olaraq Aristotel Etika adı verilmişdir. Bununla o adətlərin, ənənələrin elmi yaranmasını nəzərdə tuturdu. Ancaq ona qədər artıq etika fəlsəfi düşünmənin tərkib hissinə çevrilmişdir. Bunun arxasında Sofisitlərin insan idrakının arxasında onların adət və ənənələri durması idi. Aristotel fikirləşirdi ki, insan praktikası əsaslı və nəzəri cəhətdən mövcud olan əksetdirməyə yol tapa bilər. Bu baximdan etika insanın materiya ilə davranışı, bu materiyanın fəlsəfi üsullarla işləyən normativlər əsasında qiymətləndirilmıəsi və bunun əsasında əldə edilən biliklər əsasında praktikada tətbiqini fadə edir.

Etikanın fəlsəfi sualı

[redaktə | mənbəni redaktə et]

Fəlsəfə fənni olan etika belə bir suala cavab axtarır ki, "Mən bu situasiyada necə davranmalıyam?" Bu sualın klassik ifadəsini Kant vermişdir: "Mən nə etməliyəm?".

Onun nəticəsi tətbiqi xarakterli etik normalardan ibarətdir. Bu normalar əsasən müəyyən şərtlərə, müəyyən hərəkətlərə ya icazə verir, ya qadağan edir, ya da təklif edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]