Kəmalə Hüseynova (tam adı: Kəmalə Müzəffər qızı Hüseynova; 29 may 1967, Nuxa) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2011).
Kəmalə Hüseynova | |
---|---|
Kəmalə Müzəffər qızı Hüseynova | |
Digər adları |
Kəmalə Abdullayeva Kəmalə Müzəffər |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Uşağı | Banuçiçək Hüseynova[1] |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1987-ci ildən |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu |
Mükafatları |
|
IMDb | ID2928014 |
Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1986-1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində ali təhsil almışdır. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. Artıq dördüncü kursda Kəmalə Hüseynova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdur. O zaman birbaşa baş rolda, Əli Əmirlinin "Ərizə" tamaşasındakı Reyhan rolunda çıxış etmişdir.[2] 1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür.
30 aprel 2014-cü ildə,[3] 6 may 2015-ci ildə [4], 6 may 2016-cı ildə[5], 1 may 2017-ci ildə[6], 9 may 2018-ci ildə[7], 7 may 2020-ci ildə[8], 7 may 2021-ci ildə[9] və 10 may 2022-ci ildə[10] Prezident Mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci il tarixində Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[11]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |