Eulabeia indica

Dağ qazı (lat. Anser indicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü.

Dağ qazı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Dəstəüstü:
Dəstə:
Yarımdəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Triba:
Cins:
Növ:
Dağ qazı
Beynəlxalq elmi adı

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çox vaxt onu ayrıca Eulabeia cinsinə aid edirlər. Bədən quruluşu qəşəngdir Uzunluğu 70–76 sm, kütləsi 1,9–3,2 kq olur. Boynu uzun və nazik, dimdiyi kiçikdir. Lələkləri qonurumtul-bozdur; açıq rəngli bədəninin yanlarında tünd zolaqlar var; başı, boynunun yanları, qarıncığı, quy ruğunun altı və üstü ağdır; təpəsində və peysərində eninə qonurumtul-qara zolaqlar var. Dimdiyi sarı, burunüstü sümüyü və burun dəlikləri qara, ayaqları narıncıdır. Orta və Mərkəzi Asiya dağla rın da, Cənub-Şərqi Altaydan Qərbi Mancuriyaya qədər, cənuba doğru Pamirə, Ladakx və Tibetə qədər məskunlaşmışdır. Dağ göllərinin sahillərində və onlara yaxın, 1000 m-dən 5000 m-ədək yüksəklikdə yerləşən çay vadilərində, həmçinin sarların və çalağanların yuvalarını tuta raq qayalarda, yaxud ağaclarda koloniyalarla yuvalayır. Hindistanın şimalında, BanqladeşdəMyanmada qışlayır; Himalay dağları üzərindən, 9000 m-ədək yüksəklikdə uçub keçirlər. Bərk qaçır, yaxşı üzür və suya baş vurur. Əsasən quruda və suda tapdığı bitki mənşəli yemlə qidalanır. Monoqamdır. 3–5 (bəzən 7–8) yumurta qoyur; dişi fərd 28–30 gün kürt yatır. Balaları hər iki valideyn gəzdirir. Ət cəbalalar təqribən 2 aylığında uçmağı öyrənirlər. Dağ qazı asan əhliləşir və yaxşı çoxalır. BTMİ-nin "Qırmızı kitab"ına daxil edilmişdir.[3]

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 206. ISBN 978-9952-441-11-6.