Əli Nağıyev (dövlət xadimi)

Əli Nağıyev (tam adı: Əli Teymur oğlu Nağıyev; 15 mart 1954[1], Naxçıvan) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.

Əli Nağıyev
bayraq
Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
bayraq2
15 may 2006 – 20 aprel 2011
5 noyabr 1996 – 7 fevral 2006
24 noyabr 1995 – 5 noyabr 1996
Seçki dairəsi1995 — Proporsional siyahı
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıMurtuz Ələsgərov
199? – 199?
SədrFəraməz Maqsudov
Şəxsi məlumatlar
Doğum tarixi 15 mart 1954(1954-03-15)[1] (70 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı

Əli Nağıyev 1954-cü il martın 15-də Naxçıvan şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində tətbiqi riyaziyyat üzrə ali təhsil alıb. Professordur. Rus dilini bilir.

Əli Nağıyev ailəlidir, 2 övladı var.

Yeni Azərbaycan Partiyasının qurucu üzvü və sədr müavini olub.

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində Yeni Azərbaycan Partiyasının siyahısı üzrə 4-cü sırada olan Əli Nağıyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Əli Nağıyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının üzvü, Azərbaycan—Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.[2][3]

Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 15 may 2006-cı il tarixli 1454 nömrəli Sərəncamı ilə Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edildi. 5 il sonra isə o, İlham Əliyevin 20 aprel 2011-ci il tarixli 1148 nömrəli Sərəncamı ilə Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən azad edildi.

  1. 1 2 Ali NAGIYEV // https://pace.coe.int/en/members/6221.
  2. "I çağırış Azərbaycan Milli Məclisinin Sosial Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  3. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.