FİDE Sürətli Şahmat üzrə Komanda Dünya Çempionatı

FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı sürətli şahmat üzrə komandalar arasında keçirilən beynəlxalq yarışdır. Çempionat Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən WR Logistics GmbH ilə dəstəyi ilə 26-28 avqust 2023-cü il tarixlərində Almaniyanın Düsseldorf şəhərində keçirilib[1].

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı İsveçrə yarış sistemi üzrə keçirilib və 12 turdan ibarət olub. Turnirin qaydalarına görə, hər komandada ən azı bir qadın oyunçu olmalı idi. Eyni zamanda, hər komandanın ən az bir oyunçusu (yarışda qeydiyyat tarixi etibarilə) FİDE standart, rapid və ya blitz reytinqlərində heç vaxt 2000 Elo xalı əldə etməmiş olmalı idi. Bununla, çempionatda inklüzivlik, müxtəliflik və ədalətli təmsilçilik təmin edilib[2] .

İştirakçılar

[redaktə | mənbəni redaktə et]

Çempionatın iştirakçıları arasında Vişvanatan Anand, Vladimir Kramnik, Hou Yifan, Mariya Muzyçuk və Aleksandra Kosteniuk kimi keçmiş dünya çempionları ilə yanaşı, dünya çempionatı gümüş medalçıları, Dünya Kuboku qalibləri, sürətli və blitz şahmat üzrə keçmiş dünya çempionları da yer alıblar[3].

Ümumilikdə, dünyanın dörd bir yanından olan təqribən 300 iştirakçı, o cümlədən 15-dən çox Olimpiya çempionu yarışmaq üçün 36 komanda formalaşdırıblar[4].

Ən yüksək reytinqli iştirakçılar
Nailiyyət Oyunçu Komanda Reytinq, Rapid
(1 avqust 2023 tarixinə)[5]
Klassik şahmat üzrə keçmiş dünya çempionları[6] Vişvanatan Anand Freedom 2751
Vladimir Kramnik Chess pensioners 2739
Hou İfan WR Chess 2537
Aleksandra Kostenyuk WR Chess 2523
Mariya Muzıçuk Ashdod Elit Chess Club 2470
Dünya Çempionatı ikinciləri[6] Yan Nepomnyaşşiy WR Chess 2762
Fabiano Karuana Kompetenzakademie Allstars 2763
Boris Gelfand Rishon LeZion Chess Club 2619
Dünya Kuboku qalibləri[7] Levon Aronyan Kompetenzakademie Allstars 2763
Pyotr Svidler Chess pensioners 2737
Yan-Krjiştof Duda WR Chess 2760
Blitz Şahmat üzrə Qadınlar arasında 2022-ci il dünya şempionu[8] Bibisara Assaubayeva Uzbekistan 2432
Rapid Şahmat üzrə sabiq dünya çempionları[9] Nodirbek Abdusattorov WR Chess 2724
Daniil Dubov Freedom 2723
Blitz Şahmat üzrə sabiq dünya çempionları[8] Maksim Vaşye-Laqrav ASV AlphaEchecs LINZ 2762
Aleksandr Qrişuk ASV AlphaEchecs LINZ 2724
Lener Dominqes Chess pensioners 2705
Katerina Laqno ASV AlphaEchecs LINZ 2483

Favoritlər və seçilənlər

[redaktə | mənbəni redaktə et]

Hələ yarışdan əvvəl, heyətin təcrübəsi və orta komanda reytinqini nəzərə alaraq, FİDE aşağıdakı komandaları ən güclü və açıq favoritlər kimi göstərmişdi[10].

Format və qaydalar

[redaktə | mənbəni redaktə et]

FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatında komandalar üzrə İsveçrə yarış sistemi tətbiq edilirdi. Komandalarda 6-9 oyunçu olmaqla, hər gedişə 10 saniyə əlavə olunan 15 dəqiqəlik oyunlarda bir-biri ilə rəqabət aparırdılar. Hər turda komandalar qalibiyyətə görə 2 xal, heç-heçəyə görə isə 1 xal qazanırdılar. Məğlubiyyətə görə xal qazanılmırdı. Turnirin sonunda ən çox xalı olan komanda Rapid Şahmat üzrə Komanda Dünya Çempiou titulunu qazanıb[2].

Çempionatın mükafat fondu ümumilikdə 250.000 avro təşkil edib. Yekunda liderlərin xalları bərabər olsaydı, pul mükafatı onların arasında bərabər bölünəcəkdi[10][11][12].

Mükafat cədvəli
Yer Komanda mükafatı
1 €100.000
2 €60.000
3 €40.000
4 €25.000
5 €12.500
1-ci "2400 altı" €12.500
Cəmi € 250.000

Çempionat üç günü əhatə edib[5].

Tarix Tədbir Başlanğıc saatı

(Almaniya vaxtı ilə)

26 avqust Texniki görüş 10:30
Açılış mərasimi 13:00
I tur 13:30
II tur 15:30
III tur 17:30
IV tur 19:30
27 avqust V tur 13:30
VI tur 15:30
VII tur 17:30
VIII tur 19:30
28 avqust IX tur 13:30
X tur 15:30
XI tur 17:30
XII tur 19:30
Qapanış mərasimi 21:00

İlk FİDE Dünya Sürətli Komanda Çempionu adına 12 matçdan 2 heç-heçə və 10 qalibiyyət ilə ümumilikdə 22 xal toplamış "WR Chess" komandası layiq olub. İkinci yerdə “Freedom” komandası 20, "MGD1" komandası isə 18 xalla üçüncü pillədə qərarlaşıb. Dinamik heyətə malik "Columbus Energy KingsOfChess Kraków" komandası 2400-dən aşağı reytinq kateqoriyasında birinci olub. Bundan əlavə, Hessendən olan on bir yaşlı vunderkind Christian Glöckler ən yaxşı gənc oyunçu kimi xüsusi mükafata layiq görülüb[4][13].

Team WR Chess
Uesli So, Yan-Krjiştof Duda, R.Praqnanandha, Aleksandra Kostenyuk, Yan Qustafsson, Vadim Rozenştayn, Vinsent Keymer, Hou İfan, Nodirbek Abdusattorov, Yan Nepomnyaşşiy


Yarışın dönüm nöqtəsi 5-ci turda "WR Chess" komandasının açıq favorit “Freedom” komandasını 5:1 hesablı ilə darmadağın etməsi olub. Bu turda Yan-Krjiştof Duda, R.Praqnanandha, Hou İfan və Vadim Rozenştayn oyunlarında qalib gələrkən, Uesli So və Yan Nepomnyaşşiy müvafiq olaraq Vişi Anand və Daniil Dubovla heç-heçəyə razılaşıblar[4][13].

Yer Komanda Oyun Xal Tay-breyk 1 Tay-breyk 2
1 WR Chess 12 22 702 51
2 Freedom 12 20 582.5 46.5
3 Team MGD1 12 18 628.5 47.5
4 Armenia 12 17 544.5 44
5 Germany and Friends 12 15 533 39.5
6 ASV AlphaEchecs Linz 12 14 549 45
7 Columbus Energy KingsOfChess Kraków 12 14 482 41.5
8 Berlin Chess Federation 12 14 449.5 37.5
9 Six-pack 12 13 497 39.5
10 Chess Pensioners 12 13 485.5 37.5
11 KompetenzakademieAllstars 12 13 473 41
12 Chessbrah OFM 12 13 465.5 43
13 Ashdod Elit Chess Club 12 13 448 37.5
14 FIDE Management Board 12 13 425 38.5
15 Düsseldorfer Schachklub 1914/25 e.V. 12 13 414 39.5
16 Team Chessemy.com 12 13 356 35
17 Rishon LeZion Chess Club 12 12 451 40.5
18 Schachverein Hemer 12 12 364 34.5
19 Doppelbauer Kiel 12 12 353.5 37
20 The Sharks 12 12 353 36
21 Kenya Commercial Bank Chess Club 12 12 284 37
22 Chess Wizzards 12 12 268 37
23 Mitropa Chess Association 12 12 249.5 36.5
24 Blerickse Schaakvereniging 12 12 230.5 35
25 Deutsche Schachjugend 1 12 11 336.5 31
26 Ukrainian Amators 12 11 302.5 29.5
27 Wensing & Pöbel 12 11 286 31
28 Aachener Schachverein von 1856 12 11 274 33.5
29 PhileKhoob Chess Club 12 11 257.5 36
30 Africa 12 10 338.5 33.5
31 Heilbronn Hustlers 12 10 289.5 33.5
32 École Polytechnique Française de Lausanne 12 8 244 34
33 Neustadt Weinstraße 12 6 190 27.5
34 MagdeBurg and Friends 12 6 141.5 22
35 Deutsche Schachjugend 2 12 2 58 10
36 Unischach Bayreuth 12 1 148.5 17


  1. International Chess Federation (FIDE), 2023. Inaugural World Rapid Team Championship: Registration open for all. Available at: https://www.fide.com/news/2354 Arxivləşdirilib 2023-08-05 at the Wayback Machine]
  2. 1 2 International Chess Federation (FIDE), n.d. Regulations for the FIDE World Rapid Team Championship 2023. Available at: https://handbook.fide.com/files/handbook/WRTC2023Regulations.pdf Arxivləşdirilib 2023-08-19 at the Wayback Machine [Accessed on August 05, 2023]
  3. ChessBase, 2023. Star-studded World Team Rapid Chess Championship. Available at: https://en.chessbase.com/post/star-studded-world-team-rapid-chess-championship Arxivləşdirilib 2023-08-05 at the Wayback Machine
  4. 1 2 3 4 5 6 7 Chess-Results.com, n.d. 2023 World Rapid Team Championship. Available at: https://chess-results.com/tnr802387.aspx Arxivləşdirilib 2023-08-22 at the Wayback Machine [Accessed on August 16, 2023]
  5. 1 2 International Chess Federation (FIDE), n.d. Top chess players. Available at: https://ratings.fide.com/ Arxivləşdirilib 2022-09-24 at the Wayback Machine [Accessed on August 1, 2023].
  6. 1 2 Green, N., 2023. All The World Chess Champions. Available at: https://www.chess.com/article/view/world-chess-champions Arxivləşdirilib 2022-10-04 at the Wayback Machine
  7. McGourty, C., 2021. Jan-Krzysztof Duda wins the FIDE World Cup. Available at: https://chess24.com/en/read/news/jan-krzysztof-duda-wins-the-fide-world-cup Arxivləşdirilib 2023-08-05 at the Wayback Machine
  8. 1 2 Harding, T., 2016. A Brief History of Fast Chess. Available at: https://web.archive.org/web/20170103172317/https://worldchess.com/2016/12/25/a-brief-history-of-fast-chess/
  9. International Chess Federation (FIDE), 2016. The winners of FIDE World Rapid & Blitz Championships. Available at: https://old.fide.com/component/content/article/1-fide-news/9975-the-winners-of-fide-world-rapid-a-blitz-championships.html Arxivləşdirilib 2022-11-02 at the Wayback Machine
  10. 1 2 International Chess Federation (FIDE), 2023. Düsseldorf hosts the inaugural World Team Rapid Championship. [Online] Available at: https://www.fide.com/news/2548 Arxivləşdirilib 2023-08-16 at the Wayback Machine
  11. Schach in Deutschland, 2023. FIDE World Rapid Team Championship in Düsseldorf: Freiwillige gesucht! - Deutscher Schachbund. Available at: https://www.schachbund.de/news/fide-world-rapid-team-championship-in-duesseldorf-freiwillige-gesucht.html Arxivləşdirilib 2023-08-19 at the Wayback Machine [Accessed on August 16, 2023]
  12. English Chess Federation, 2023. World Rapid Team Championship. Available at: https://www.englishchess.org.uk/new-world-rapid-team-championship Arxivləşdirilib 2023-08-19 at the Wayback Machine [Accessed on August 16, 2023]
  13. 1 2 International Chess Federation (FIDE), 2023. WR Chess triumphs as inaugural FIDE World Rapid Team Champions. Available at: https://www.fide.com/news/2616 Arxivləşdirilib 2023-08-29 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]