Fərəməz Maqsudov

Maqsudov Fəraməz Qəzənfər oğlu (20 mart 1930, Naxçıvan30 iyul 2000[1][2], Bakı) — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Elmlər Akademiyasının (AEA) prezidenti (1997–2000).

Fəraməz Maqsudov
Şəxsi məlumatlar
Doğum tarixi 20 mart 1930(1930-03-20)
Doğum yeri
Vəfat tarixi 30 iyul 2000(2000-07-30)[1][2] (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti riyaziyyatçı
Elmi fəaliyyəti
Elm sahəsi Tətbiqi riyaziyyat, mexanika, riyaziyyat
Elmi dərəcəsi
Elmi adı

Təltifləri "İstiqlal" ordeni — 2000 "Xalqlar dostluğu" ordeni — 1986

Fəraməz Maqsudov 1930-cu il martın 20-də Azərbaycan Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. Maqsud xanın nəslindəndir. Fəraməz Maqsudov 1948-ci ildə Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi qızıl medalla bitirmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika–riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1976-cı ildə professor elmi adını almış, 1976-cı ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1954–2000-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda əyani aspirant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmışdır.[3] AEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1980–1997), AEA prezidenti (1997–2000), 1994–2000-ci illərdə Dövlət Ali Ekspert Komissiyasının sədri, Milli Məclisin üzvü olmuşdur.[4][5][6]

F.Maqsudov 2000-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.[7][8]

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

F.Maqsudovun əsas elmi tədqiqatları funksional analiz, differensial tənliklər və funksiyalar nəzəriyyəsi sahəsinə aiddir. Kəsilməz spektrə malik geniş sinif operator dəstələrinin spektral nəzəriyyəsinin əsasını qoymuşdur. Azalan potensiallı Şredinger operatorunun müsbət məxsusi ədədlərinin olmaması haqqında yeni meyar vermişdir. Eksponensial azalan kompleksqiymətli potensiallar halında yarımoxda sərhəd şərtinə parametr daxil olduqda Şturm-Liuvill operatorunun tam spektral analizini vermişdir. Bir ölçülü Dirak sistemi üçün həqiqi əmsallar halında tərs məsələni – səpilmə matrisinə görə operatorun bərpası məsələsini həll etmişdir. Öz-özünə qoşma olmayan operator-funksiyanın rezolventinin kəsilməz spektrdən analitik davam oluna bilməsini göstərmiş, məxsusi ədədlərin, spektral məxsusiyyətlərin və kvazistasionar vəziyyətlərin ətrafında rezolventanın baş hissəsi üçün aşkar düstur tapmışdır.

Bütöv mühit mexanikasının riyazi problemlərinə həsr olunmuş tədqiqatlarında özlü-elastikiyyət nəzəriyyəsinin dinamik məsələlərini həll etmək üçün effektiv üsullar işləyib hazırlamışdır. Neftin yeraltı laylardan sıxışdırılıb çıxarılması prosesini riyazi şəkildə modelləşdirən qeyri-xətti inteqro-diferensial tənliklər sisteminin həlli üçün üsul təklif etmişdir. Onun təşəbbüsü ilə Elmlər Akademiyasının və Dövlət Neft Şirkətinin Birləşmiş Elmi-Texniki Şurası yaradılmışdır.

Elmi Tədqiqatları

[redaktə | mənbəni redaktə et]

F.Maqsudov 300-dən artıq elmi işin və 11 monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında 100-dən artıq fəlsəfə doktoru və elmlər doktoru yetişmişdir.[9]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • 1983-cü və 1990-cı illərdə SSRİ Nazirlər Sovetinin mükafatı,
  • 1986-cı ildə yüksək ixtisaslı kadrlar hazırladığına və elmdə böyük nailiyyətlərinə görə "Xalqlar dostluğu" ordeni,
  • 1990-cı ildə Əlincə Xeyriyyə Cəmiyyətinin sədri,
  • 1990-cı ildə Əməkdar elm xadimi,Yeni Azərbaycan Partiyasının yaranması və formalaşmasında böyük xidmətləri olmuşdur.
  • 1994-cü ildə H.Z.Tağıyev adına mükafatın laureatı (medal) Fəraməz Maqsudovun çoxillik və çoxcəhətli fəaliyyətinin qanunauyğun nəticəsinə görə,
  • 1997-ci ildə İslam Akademiyasının həqiqi üzvü seçilmişdir.
  • 2000-ci ildə səmərəli və samballı xidmətlərinə görə dövlətimiz tərəfindən Azərbaycan respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə "İstiqlal" ordeni ilə təltif edilmişdir.[10][11]
  • 1990-cı ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
  • Muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda mühafizə olunan digər zəngin materiallarla yanaşı görkəmli akademik Fərəməz Maqsudov kolleksiyaları mühafizə edilir. Bu materiallar 20 iyul 2004-cü ildə Görkəmli akademik Fərəməz Qəzənfər oğlu Maqsudovun qızı Tamilla Maqsudova tərəfindən Muzeyə hədiyyə olunmuşdur[12].
  1. 1 2 Faramaz Gazanfar ogly Maksudov // NUKAT. 2002.
  2. 1 2 Faramaz Gazanfar Maksudov // CONOR.BG.
  3. "Maqsudov Fəraməz Qəzənfər oğlu". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-24.
  4. "Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin tarixi". 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-24.
  5. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2018-02-13 at the Wayback Machine  (az.)
  6. "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1994-cü il tarixli, 212 nömrəli Fərmanı. e-qanun.az Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine  (az.)
  7. "Azərbaycan Elmlər Akademiyasının prezidenti akademik Fəraməz Maqsudovun dəfninin təşkili üzrə Dövlət komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2000-ci il tarixli, 496 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine  (az.)
  8. "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Elmlər Akademiyasının Prezidenti, Milli Məclisin deputatı, akademik Fəraməz Qəzənfər oğlu Maqsudov ilə vidalaşma mərasimində çıxışı — 31 iyul 2000-ci il". 2020-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-24.
  9. "Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə qaldıran alim". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-24.
  10. * "F. Q. Maqsudovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 mart 2000-ci il tarixli, 303 nömrəli Fərmanı. e-qanun.az Arxivləşdirilib 2019-03-24 at the Wayback Machine  (az.)
  11. "Xoşbəxt Yusifzadə. Ömrümün illəri və izləri. Bakı, 2010. səh. 220" (PDF). 2022-03-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-03-24.
  12. Nüşabə Əsədova. Görkəmli akademik Fərəməz Maqsudov (Muzey materialları əsasında) S. 109–114 Arxivləşdirilib 2019-04-03 at the Wayback Machine / Görkəmli tarixçi-alim S.Aşurbəylinin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu" VI Respublika elmi konfransının materialları. Bakı, 2016.