Fərhad Abbas (ərəb. فرحات عباس) (24 avqust 1899[1][2][…] – 24 dekabr 1985[3][1][…], Əlcəzair) — Əlcəzair siyasətçisi, ölkənin müstəqilliyi uğrunda mübarizənin liderlərindən biri. O, mülayim milliyətçi fikirlərə sahib idi.
Fərhad Abbas | |
---|---|
ərəb. فرحات عباس | |
| |
25 sentyabr 1962 – 15 sentyabr 1963 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 avqust 1899[1][2][…] |
Vəfat tarixi | 24 dekabr 1985[3][1][…] (86 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, təbib |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Fərhad Abbas 24 avqust 1899-cu ildə Fransanın bir hissəsi olan Əlcəzairin Tahir şəhərində anadan olmuşdur. O, Sətifdə əczaçı olaraq çalışırdı. Abbas 1938-ci ildə Əlcəzair Xalq İttifaqını təsis etmişdir. O, 1943-cü ildə "Əlcəzair xalqının manifesti"ni yayımlamış və Əlcəzair Bəyannaməsinin Demokratik Birlik Partiyasını təsis etmişdir. Abbas İkinci Təsis Məclisi, daha sonra 1948-ci ildə Əlcəzair Məclisinin üzvü olmuşdur. O, iğtişaşlar başlayandan sonra ölkəni tərk etmiş və Misirə getmişdir. Abbas 1958-ci ildə Qahirədə yaradılmış "Əlcəzair Müvəqqəti Hökuməti"nin rəhbəri olmuşdur. O, 1961-ci ilin avqustunda Milli Qurtuluş Cəbhəsində çoxluğun sosialist meyllərinə qarşı olduğu üçün sədrlikdən uzaqlaşdırılmış, əvəzinə Benyusif Benxedda vəzifəyə gəlmişdir. Abbas Sətif təmsilçisi kimi Əlcəzair Millət Şurasına millət vəkili olaraq daxil olduqdan sonra parlamentin sədri seçilmişdir, lakin Əhməd ben Bella hökumətinin radikalizmini dəstəkləmədiyi üçün 1963-cü ilin avqustunda istefa vermişdir. O, az sonra Milli Azadlıq Cəbhəsindən xaric edilmişdir. Abbas 1964-cü ildə həbs edilmiş, 1965-ci ildə buraxılmışdır.[5] O, 23 dekabr 1985-ci ildə Əlcəzair şəhərində vəfat etmişdir.