Fəridə Məmmədova (tarixçi)

Fəridə Cəfər qızı Məmmədova (8 avqust 1936, Zubovka8 dekabr 2021, Bakı) — Azərbaycan alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü,[1] AMEA-nın Tarix İnstitutunun əməkdaşı, Azərbaycan SSR əməkdar elm xadimi (1990), Azərbaycan SSR Dövlət mükafatı laureatı.

Fəridə Məmmədova
Doğum tarixi
Doğum yeri Zubovka, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Salyan rayonu
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı AMEA-nın müxbir üzvü
İş yerləri AMEA Tarix İnstitutu;
Milli Aviasiya Akademiyası
Təhsili
Tanınır albanşünas
Mükafatları
"Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1990 Azərbaycan SSR Dövlət mükafatı — 1990
"Şöhrət" ordeni — 2004

Fəridə Məmmədova 8 avqust 1936-cı ildə Zubovkada (hazırkı Şirvan şəhəri) anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Bakı Dövlət Universitetində, ADPU-də, 1997–1998-ci illərdə Xəzər Universitetində və 1998-ci ildən Qərb Universitetində dərs demişdir. 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. 2006-ildən Milli Aviasiya Akademiyasında ictimai fənlər kafedrasının müdiridir.

Fəridə Məmmədova 8 dekabr 2021-ci ildə 85 yaşında vəfat etmişdir.[mənbə göstərin]

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

İlk dəfə onun tərəfindən Albaniyada feodal münasibətlərinin genezisi problemi tədqiq olunmuşdur. F.Məmmədova tarixşunaslıqda uzun müddət hakim olmuş I–VII əsrlərdə Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut etmiş, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə əsaslandırmışdır. O, Moisey Kalankatuyskinin alban mənşəli olmasını və ilk dəfə alban hüquqi abidəsini tədqiq etmişdir. F.Məmmədova Alban dövlətinin e.ə. IV- b.e. VII əsrlərinə aid sərhədlərini müəyyən etmiş, Albaniyada xristianlığın yayılması və alban kilsəsinin yaranması tarixini tədqiq etmiş, Ermənistan dövlətinin kiçik Asiyada mövcud olmasını sübut etmiş və Qarabağ tarixini yazmışdır.

Əsas elmi əsərlərin adları

[redaktə | mənbəni redaktə et]
  • Moisey Kalankatuyskinin "Alban tarixi" əsəri Qafqaz Albaniyasının ictimai quruluşu üzrə bir mənbə kimi. Bakı: 1977, (rus dilində).
  • Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası. Bakı: 1986, ( rus dilində).
  • Azərbaycanın tarixi coğrafiyası. Bakı: 1987, (kollektiv monoqrafiya).
  • Qarabağ probleminin səbəb və nəticələrində əlaqə (alman və azərbaycan dillərində).
  • Le probleme de l'ethnos albano-caucasien, "L'antropoloqie sovietique". Paris: 1990,
  • Qafqaz Albaniyası və albanlar-Bakı:2003(rus dilində)
  • Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 96, 5 monoqrafiya
  • Xaricdə çıxmış elmi əsərlərinin sayı: 20

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan tarixi" (PDF). 2022-05-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-01-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]