Fərid Məmmədov (müğənni)

Fərid Məmmədov (30 avqust 1991, Bakı) — Azərbaycan müğənnisi.

Fərid Məmmədov
Fərid Məmmədov
Fərid Məmmədov 2013 Avroviziya Mahnı Müsabiqəsinin I Yarım-Finalında (15 may 2013)
Fərid Məmmədov 2013 Avroviziya Mahnı Müsabiqəsinin I Yarım-Finalında (15 may 2013)
Ümumi məlumatlar
Doğum tarixi 30 avqust 1991(1991-08-30) (32 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Fəaliyyət illəri 2000-ci ildən
Janr pop musiqisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fərid Məmmədov 30 avqust 1991-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Fərid Məmmədov orta təhsilini İlyas Əfəndiyev adına Elitar Gimnaziyada almışdır. İlk musiqi təhsilini isə Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində fortepiano sinfində almışdır. Fərid Məmmədov Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın tələbəsidir.

Avroviziya Mahnı Müsabiqəsi

[redaktə | mənbəni redaktə et]

Fərid Məmmədov 2013-cü ildə İsveçin Malmö şəhərində keçirilən sayca 58-ci olan Avroviziya Mahnı Müsabiqəsində ölkəmizi "Hold me" mahnısı ilə təmsil edərək 234 xalla ikinci yeri tutmuşdur. Bu göstərici ilə Azərbaycanın Avroviziya tarixində ən yüksək xal göstəricisi olmuşdur. Lakin onun rəqibi Danimarka təmsilçisi Emelie de Forest "Only Teardrops" mahnısı ilə 281 xalla 2013 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olmuşdur.

İl Mahnı
2012 "Gəl yanıma"
2013 "Hold Me"
"İnan"
2014 "Hər an Yanımda"
Əvvəlki:
Səbinə Babayeva
"When the Music Dies"
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində

2013 Malmö
"Hold Me"
Sonrakı:
Dilarə Kazımova
"Start a Fire"