Avroviziya 2010 müsabiqəsində Azərbaycan təmsilçisinin adının nə vaxt bilinəcəyi məlum deyil. Seçim turlarında iştirak edən 30-dan artıq gənc ifaçının video yazıları yerli və xarici mütəxəssislər tərəfindən qiymətləndirilib. Yarımfinal mərhələsi fevralın 2-də Buta Palasda keçirilib. Seçim tam olaraq Avroviziya formatı ilə təşkil olunub. Bu mərhələ televiziya və internet vasitəsilə yayımlanıb. İştirakçılara mahnını ifa etmək üçün 3 dəqiqə vaxt verilib və səhnədə maksimum altı nəfərin olması mümkün olub.[3] Yarımfinal konsertində altı namizəddən üçü finala keçib.[4] Final martın ikisi Buta Palasda təşkil olunub. 3 namizəd seçilmiş dörd mahnıdan üçünü ifa ediblər.
2010 Avroviziya Mahnı Müsabiqəsi | ||
---|---|---|
Safuranın çıxışı | ||
Milli seçim | ||
Ölkə | Azərbaycan | |
Seçim prosesi | Land of Fire 2010 100% Münsif[1] | |
Seçim tarixi | Yarımfinal | |
Təmsilçi | Safura Əlizadə | |
Mahnı | Drip Drop[2] | |
Mahnının dili | İngilis | |
Musiqisi | Anders Bagge, Stefan Örn | |
Sözləri | Sandra Bjurman | |
Nəticələr | ||
YF nəticəsi | 2-ci yer, 113 xal. | |
Final nəticəsi | 5-ci yer, 145 xal. |
2010-cu ilin mayında keçiriləcək Avroviziya müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün yeni milli seçim həyata keçirilib. İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədov bildirib ki, bu milli seçimlərin ikinci turu deyil, yeni namizədlərin dinləməsi mərhələsi hesab olunur: "Milli seçimlərin növbəti mərhələsi ötən gün İTV-də yerli Təşkilat Komitəsinin iştirakı ilə keçirilib. Təşkilat komitəsi sözügedən müsabiqəyə qatılmaq istəyən gənc sənətçilərin müraciətləri nəzərə alınaraq milli seçim turunda əlavə seçim turu keçirilib. Təşkilat Komitəsi o namizədləri dinləmək qərarına gəlib və buna görə də dinləmə keçiriblər. Bundan öncə olan dinləmə kimi bu dəfə də qatılanların çıxışları lentə alınıb, onların fikirləri dinlənilib və yeni namizədlərlə söhbətlər aparılıb".
Tahir Məmmədovun sözlərinə görə, bu mərhələdə avqustun əvvəllərində keçirilmiş dinləmələrdə iştirak edənlər yox, yeni namizədlər iştirak edib. Azərbaycanın Avroviziya 2010 müsabiqəsində təmsilçisi məhz yerli münsiflər heyətinin və beynəlxalq ekspertlərin iştirakı ilə müəyyənləşəcək. Şöbə müdiri qeyd edib ki, 30 sentyabrdakı əlavə dinləmədə daha 8 namizəd dinlənilib. Onlardan altısı solo ifaçı, ikisi isə qrupdur.[5]
2 fevralda İctimai Televiziya və Radio Verilişləri Şirkəti təntənəli şəkildə milli seçimin yarımfinalını keçirib. Bu yarımfinal mərhələsi Bakıda fəaliyyət göstərən Buta Palasda baş tutub və seçimlərdə bir neçə turdan yarımfinalafinala vəsiqə qazanmış 6 namizəd münsiflər heyəti qarşısında çıxış edib. Bunlar Azad Şabanov, "Milk & Kisses" qrupu, Məryəm Şabanova, Səfurə Əlizadə, Elli Miçiyeva və Ülviyyə Rəhimovadır. Milli final konsertində xarici qonaqların da iştirak edib. Konsertdə 2009 Avroviziya Mahnı Müsabiqəsi müsabiqəsinin qalibi Aleksandr Rıbakın və 2004-cü ildəUkraynanı təmsil edən və müsabiqə birincisi olan Ruslananın iştirak edib.[6] Azərbaycanın 2009-cu ilin Avroviziya beynəlxalq mahnı müsabiqəsinin təmsilçisi Aysel də iştirak edib.[3]
Müğənni | Mahnı | Sözləri və Bəstəkarı |
---|---|---|
Milk & Kisses | "I Am On Fire" | Dilarə Kazımova, Fəridə Nelson, D.J. LOOPer |
Elli Miçiyeva | "Up, Up" | İsa Məlikov, Paulina Məlikova, Elli Miçiyeva |
Azad Şabanov | "Smile" | Zəhra Bədəlbəyli, Vüsal Qarayev |
Ülviyyə Rəhimova | "In Love" | Ülviyyə Rəhimova, Sergey Quliyev |
Səfurə Əlizadə | "Söz ver" ("Promise") | Günel Musayeva, Zəhra Bədəlbəyli, Elvin Musayev |
Məryəm Şabanova | "I've Had Enough" | Məryəm Şabanova |
Final konsertində qonaq qismində Rusiyanın "Fabrika zvezd" layihəsindən tanınan Dakota, Gürcüstanın Avroviziya 2010 namizədi Sofo Nijaradze və Azərbaycanın 2009 Avroviziya Mahnı Müsabiqəsi təmsilçisi Aysel Teymurzadə iştirak edib.[7][8] Final mərhələsində Safura 145 xal yığarkən 5-ci yeri tutur.
# | Müğənni | Mahnı | Müəllif(lər) |
---|---|---|---|
1 | Safura Əlizadə | "Drip Drop" | Stefan Örn, Sandra Bjurman |
2 | Safura Əlizadə | "Under My Skin" | Stefan Örn, Sandra Bjurman |
3 | Safura Əlizadə | "Soulless" | Anders Lundström |
4 | Milk&Kisses | "Under My Skin" | Stefan Örn, Sandra Bjurman |
5 | Milk&Kisses | "Drip Drop" | Stefan Örn, Sandra Bjurman |
6 | Milk&Kisses | "Cancelled" | Stefan Örn |
7 | Məryəm Şabanova | "Under My Skin" | Stefan Örn, Sandra Bjurman |
8 | Məryəm Şabanova | "Soulless" | Anders Lundström |
9 | Məryəm Şabanova | "Drip Drop" | Stefan Örn, Sandra Bjurman |
Bir müddət əvvəl 2009 Avroviziya Mahnı Müsabiqəsi yarışmasında Ermənistan təmsilçilərinə səs verən Azərbaycan vətəndaşlarının MTN-ə çağırılaraq dindirilməsi haqqında xəbərlər yayılmışdı. Avropa Yayım İttifaqı isə bu məsələdən xəbərdar olduğunu bildirərək, məlum məsələ ilə bağlı araşdırma aparıb. Araşdırma başa çatdıqdan sonra bir sıra xarici və yerli kütləvi informasiya vasitələri Azərbaycanın müsabiqədən üç il müddətinə uzaqlaşdırılacağı barədə məlumatlar dərc ediblər. Avropa Yayım İttifaqı qərarı ilə Azərbaycanın Avroviziya 2010 müsabiqəsində təmsil olunmasını şübhə altına alacaq məsələlər həll olunub.[9]