Firdovsi Umudov (azərb. Firdovsi Qəminalı oğlu Umudov; 5 yanvar 1977, Qazax rayonu) — Sərhədçi İdman Mərkəzinin rəis müavini (hal-hazırda), İdman bölməsinin rəisi, "Sərhədçi" Peşəkar İdman Klubunun prezidenti, Milli Olimpiya Komitəsinin üzvü, Dövlət Sərhəd Xidmətinin polkovniki, Vətən müharibəsi iştirakçısı.
Firdovsi Umudov | |||||||
---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||
Tam adı | Firdovsi Qəminalı oğlu Umudov | ||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||
Doğum tarixi | |||||||
Doğum yeri | Aslanbəyli, Qazax, Azərbaycan | ||||||
İdman növü | Güləş | ||||||
Hərbi rütbəsi | Polkovnik | ||||||
Medallar
|
|||||||
7 noyabr 2016 tarixində yenilənib. | |||||||
Vikianbarda əlaqəli mediafayllar |
Firdovsi Umudov Qazax rayon 1 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Orta məktəbi əla qiymətlərlə oxumaqla yanaşı, aktiv şəkildə idmanın sərbəst güləş növü ilə də məşğul olmağa başlayıb. Hələ orta məktəbdə oxuyarkən bu idman növündə çoxsaylı qələbələrə imza atıb. Naxçıvan Universitetinin hüquq fakültəsini müvəffəqiyyətlə başa vurub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur.
F. Umudov 1993–2004-cü illərdə sərbəst güləş üzrə Milli Yığma Komandanın üzvü olub. Yeniyetmə, gənclər və böyüklər arasında dəfələrlə ölkə çempionu olub. Beynəlxalq turnirlərin qalibidir. Sərbəst güləş üzrə gənclər arasında Avropa birinciliyinin, tələbələr arasında dünya çempionatlarının mükafatçısıdır. Dünya kubokunun sahibidir.2008-ci ildə Qazaxıstanın Almata şəhərində Beynəlxalq Güləş Federasiyasının Ali Məşqçilik Kursunu uğurla bitirib.
2005-ci ildə Milli Yığma Komandada məşqçi;
2007–2008-ci illərdə Sərbəst Güləş üzrə Yeniyetmələrdən ibarət Azərbaycan Yığma Komandasında baş məşqçi;
2008–2016-cı illərdə sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan Milli Yığma Komandasında böyük məşqçi kimi çalışıb.
2016–2018-ci illərdə Milli Yığma Komandanın baş məşqçisi; 2018-ci ilin yanvarın 11-də Azərbaycan Güləş Federasiyasının birinci vitse prezidenti və yığma komandanın baş məşçisi kimi fəaliyyət göstərib.[1] 2020-ci ilə qədər Federasiyada vitse-prezident kimi fəaliyyətini davam etdirib.[2]
İdman sahəsində əldə olunan böyük uğur və nailiyyətlərə görə, 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu və 2016-cı ildə "Tərəqqi" medalı ilə təltif edilib.
2009, 2012, 2015-ci illərdə Azərbaycanda ilin məşqçisi seçilib. Və ilk azərbaycanlı olaraq 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi adına layiq görülüb.[3]
Azərbaycan Respublikasının idman ustası və əməkdar məşqçisidir.
2023-cü il sentyabrın 28-də Azərbaycan Ağırlıqqaldırma Federasiyasının 1-ci vitse -prezidenti vəzifəsinə təyin olunub.
2002-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin əməkdaşı olan Firdovsi Umudov göstərdiyi xidmət və fəaliyyətə görə 2015-ci ildə Polkovnik-leytenant hərbi rütbəsi ilə təltif edilib.[4]
2017-ci il iyunun 7-də "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edilib.
2022-ci ildə isə Dövlət Sərhəd Xidmətinin Polkovniki hərbi rütbəsi ilə təltif olunub.[5]
Firdovsi Umudov digər sərhədçilər kimi, 44 günlük Vətən savaşında ön və arxa xətdə tapşırıqlar icra edərək, xidməti vəzifəsini uğurla yerinə yetirib.