Firuzə Bədirbəyli

Firuzə Bədirbəyli (tam adı: Firuzə Xanlar qızı Bədirbəyli; 10 dekabr 1916, Morul, Yelizavetpol qəzası16 dekabr 1992, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1971).

Firuzə Bədirbəyli
Firuzə Xanlar qızı Bədirbəyli
Doğum tarixi
Doğum yeri Morul, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Uşağı Zemfira Əliyeva
Fəaliyyəti teatr akrisası
Fəaliyyət illəri 1939–1975
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1971

Firuzə Bədirbəyli 10 dekabr 1916-cı ildə Yelizavetpol qəzasının Morul kəndində (hazırda Şəmkir) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1939-cu ildə Şamxor Dövlət Teatrında başlamışdır. 1947-ci ilin sonlarında Kirovabad Dövlət Dram Teatrının truppasına qəbul edilmiş, 1 sentyabr 1975-ci ildə öz ərizəsi ilə teatrdan çıxmışdır.[1]

Aktrisa 16 dekabr 1992-ci ildə Gəncədə vəfat etmişdir.[1]

Xalq artisti Zemfira Əliyevanın anasıdır.

İfa etdiyi əsas rollar

[redaktə | mənbəni redaktə et]
Rol Tamaşa Müəllif
Tükəz Hacı Qara Mirzə Fətəli Axundov
Ziba xanım Lənkəran xanının vəziri Mirzə Fətəli Axundov
Mehri xanım Bəxtsiz cavan Əbdürrəhim bəy Haqverdiyev
Pəri Pəri cadu Əbdürrəhim bəy Haqverdiyev
Tükəzban Ölülər Cəlil Məmmədquluzadə
Yasəmən Eşq və intiqam Süleyman Sani Axundov
Şərəbanı Yaşar Cəfər Cabbarlı
Xanımnaz Almaz Cəfər Cabbarlı
Gülnisə Solğun çiçəklər Cəfər Cabbarlı
Dilbər Sevil Cəfər Cabbarlı
Susanna Aydın Cəfər Cabbarlı
Əzra Şeyx Sənan Hüseyn Cavid
Humay Əliqulu evlənir Sabit Rəhman
Ballı arvad Bahar suları İlyas Əfəndiyev
Gülbacı Qaçaq Nəbi Süleyman Rüstəm
Reyhan xanım Kəndçi qızı Mirzə İbrahimov
Fatma Anacan Yusif Əzimzadə
Pəri xala Qız atası Əfqan
Darçın xala Kişilər Altay Məmmədov
Rozina Uzaq sahillərdə İmran QasımovHəsən Seyidbəyli
Gülcamal Qatır Məmməd Zeynal Xəlil
Zeynəb Şikayət qəbul edilmir Toktobolat Əbdümöminov
Aşura Dağlı qızı Rəsul Həmzətov
Varvara Karpovna Həyətdə qapan it var Kita Buaçidze
Marfa Özgə uşağı Vasili Şkvarkin
Minlekay Aygül diyarı Mustay Kərim
Həcər nənə 72-ci kamera Orxan Kamal
  1. 1 2 Rəhimli, 2016. səh. 408–409
  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7.