Fizzə

Fizzə (ərəb. فضه نوبیه‎) — Fatimə bint Məhəmmədin xadiməsi. İslam peyğəmbərinin zamanındakı döyüşlərin birində Fizzə müsəlmanların vasitəsi ilə əsir olaraq sonra peyğəmbərin yanına gətirilib, döyüşçü payı adı ilə Əli bin Əbu Talibin evinə göndərmişdir.[1] Onun hansı döyüşdə əsir olduğuna görə bir sənəd yoxdur. Əlbəttə Əllamə Məclisi Biharül Ənvar kitabında bir rəvayətdə nəql edir ki, Fizzə Hind şahlarının birinin qızıymış ki, bu rəvayət sənəd baxımından araşdırılmalıdır.[2]

YAŞAYIŞI
Ad və Ləqəbləri · Fədəkiyyə xütbəsi · Fədək ·
FATİMƏ QURANDA
İnsan surəsi · Kovsər surəsi · Təthir ayəsi · Mübahilə ayəsi · Nur ayəsi
YERLƏR
Fədək · Beytül Əhzan · Bəni Haşim məhəlləsi · Səqifə
İNSANLAR
AİLƏMəhəmməd · Xədicə · Əli
ÖVLADLARHəsən · Hüseyn · Zeynəb · Ümmü Külsüm · Möhsün
YAXINLARIFizzə · Ümmü İmən · Əsma
BAŞQALARIÖmər bin Xəttab · Qonfoz · Müğəyrə
BAĞLI
Fatimə təsbihatı · Fatimə kitabı · Fatimə lövhəsi hədisi · Mübahilə günü · Fatimiyə günləri

Məşhurluğunun səbəbi

[redaktə | mənbəni redaktə et]

Fizzənin Məşhurluğunun nədəni onun Fatimə Məhəmməd qızından nəql etdiyi hədislərə görədir eləki Ömər onun üçün demişdir: Əbu Talib tayfasının bir teli Odəy (ərəb. عدى‎) elinin hamısından bilici və daha fəqihdir.[3] deyiblər ki o, 20 il Fatimənin vəfatından sonra Qurandan başqa söz danışmayıb və camaatla Quran yolu ilə danışıb.[4][5]

Dualarının qəbul olunması

[redaktə | mənbəni redaktə et]

Onun dualarının Allah tərəfindən tez qəbul olunması məşhurdur.[6][7]

Məsabihül Qulubda yazılıb:Əmirəl Möminin,Fatimə,HəsənHüseyn hər biri bir gecə orucluq ayında Rəsulullahı iftar üçün qonaq çağırdılar, Fizzənin özündən evi olmamağına baxmayaraq peyğəmbəri çox sevdiyi və qonaq çağırmaq həvəsi ilə beşinci axşamda o, peyğəmbəri dəvət etdi. peyğəmbər beşinci axşam Fizzənin gözləri gəlməsinə inanmayaraq Fatimənin evinə gəldi. ev əhalisi bundan təəcüblənərək Fizzəyə dönüb dedilər ən azından deyərdin hazırlıq edərdik! Fizzə ki peyğəmbərə ev sahibliyi etmək sevdasındaydı, Allah dərgahından yemək istədi, yemək hazır olduğunda isə süfrəni açdı.[8][9][10]

Onun eşq və məhəbbəti Fatiməyə oqədərdidi ki onun adı gələndə göz yaşları sel kimi axmağa başlayırdı. bir gün Vərəqə bin Əbdullah (ərəb. ورقه بن عبدالله‎) Fatimənin adını gətirdi, göz yaşları Fizzənin üzündə sel kimi axmağa başlayıb dedi ey vərəqə mənim yatmış dərdimi oyandırıb ürəyimdə örtülü olan musibət və hüznü açığa çıxartdın.[11] hər zaman o, büzürgəvarın gönlü və istədiyini öz gönlü və istədiyindən üstün tutardı.[12]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Məaref və Məarif,Seyid Mustafa Hüseyni Dəşti,Qum çapı, 1376H.Ş,c. 8,s. 69(معارف و معاریف، سید مصطفی حسینی دشتی ، قم، 1376، ج8، ص 69.)
  2. Əllamə Məclisi, Biharül Ənvar,çap. Beyrut,c. 9,s. 575(بحار الأنوار، علامة المجلسي ، چاپ : 1403 - 1983 م ، ناشر : دار إحياء التراث العربي - بيروت - لبنان، ج9، ص 575 .)
  3. Rəyahinül Şəriə,c. 2,s. 317, Xəsaisi Fatimiyyədən nəql etmişdir.(ریاحین‏ الشریعة، ج ۲، ص ۳۱۷ نقل: خصایص فاطمیّه)
  4. Hüseyn İmadzadə, İslam peyğəmbərinin zövcələri,s. 435(زنان پیامبر اسلام ، حسین عمادزاده ، ص 435 .)
  5. Rəyahinül Şəriə,c. 2,s. 313-dən 326-dək(رياحين الشريعه ، شيخ زبيح الله محلاتي ،دار الكتب الاسلاميه،تهران، ج2، ص 313 تا 326 .)
  6. Əlesabə fi Təmyizül Səhabə,c. 8.s. 75.(الاصابه فی تمییز الصحابه، ج 8،ص 75، ردیف 1628;)
  7. Məali Əlsebtəyn,s. 136,Ləməl Beyzadan nəql edir.(معالی السبطین، ص 136، نقل لمعه البیضاء. )
  8. Risaleyi Hilaliyə,s. 317, Məsabihül Qulubdan nəql etmişdir.(رساله هلالیه، ص 317)
  9. Məaliül Sebtəyn, Şeyx Mehdi Mazəndərani,s. 136(معالی السبطین شیخ محمد مهدی مازندرانی، ص 136 (نقل اللمعه البیضاء))
  10. Şam xatirələr yurdu,s. 113(شام سرزمین خاطره ها، ص 113)
  11. Rəyahinül Şiə,c. 2,s. 317(ریاحین الشیعه، ج 2، ص 317. )
  12. Rəyahinül Şiə,c. 2,s. 314(ریاحین الشیعه، ج 2، ص 314. )