Frank Şervud Rouland (28 iyun 1927[1][2][…], Delaver[d], Ohayo – 10 mart 2012[3][1][…], Nyuport-Biç[d], Kaliforniya) — Amerika kimyaçısı, Yer kürəsinin ozon təbəqəsinin tükənməsində qaz haloalkanların roluna dair işinə görə Nobel mükafatı laureatı, mükafatı Mario Molina və Paul Krutzen ilə paylaşan və atmosfer kimyası və kimyəvi kinetika sahəsində əsərlərin müəllifidir. Fəlsəfə doktoru (1952il), İrvaynedə Kaliforniya Universitetinin professoru. ABŞ Milli Elmlər Akademiyasının (1978il)[5] və Amerika Fəlsəfə Cəmiyyətinin (1995il)[6] üzvü, London Kral Cəmiyyətinin xarici üzvü (2004il)[7].
Frenk Şervud Roulend | |
---|---|
ing. Frank Sherwood Rowland | |
Doğum tarixi | 28 iyun 1927[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 10 mart 2012[3][1][…] (85 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | Parkinson xəstəliyi |
Elm sahəsi | kimya |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Frank Şervud Rouland kiçik Delaver (Ohayo) şəhərində anadan olub. O, Sidney və Marqaret Roulandın üç oğlundan ikincisi idi. Atası Ohayo Uesleyan Universitetində (Ohio Wesleyan University) riyaziyyat professoru və riyaziyyat kafedrasının müdiri işləyib. Frank Rouland 12 yaşında orta məktəbə getmiş və 1943-cü ildə on altı yaşına bir neçə həftə qalmış oranı bitirən erkən uşaq idi.[8] 18 yaşında məcburi hərbi xidmətə məruz qaldığı üçün dərhal Ohayo Uesleyan Universitetinə daxil olur. İki il sonra F. Rouland Hərbi Dəniz Qüvvələrinə radar operatoru stajçısı kimi qatıldı. İkinci Dünya Müharibəsi Çikaqo yaxınlığında əsas təlimdə olarkən başa çatdı. Xidməti bitdikdən sonra Frank universitetə qayıtdı və iki il sonra kimya, fizika və riyaziyyat üzrə ixtisaslaşmış məzun oldu. Valideynlərinin yolu ilə Frank Çikaqo Universitetinə keçdi və burada onun rəhbəri Uillard Libbi oldu.
F. Rouland siklotronda istehsal olunan radioaktiv brom atomlarının[9] kimyəvi vəziyyəti haqqında doktorluq dissertasiyasını tamamladıqdan sonra 1952-ci ildən 1956-cı ilə qədər Prinston Universitetində dərs dedi. Bu dörd il ərzində F. Rouland hər il yay ayını Brokheyvendə Milli Laboratoriyasında keçirdi və burada tritium etiketli üzvi birləşmələrin sintezi üçün "isti atom kimyası"ndan istifadəni inkişaf etdirdi. Xüsusilə bu mövzu və ümumiyyətlə radiokimya F. Roulandın növbəti 20 il ərzində sonrakı tədqiqatlarının bünövrəsini qoydu. Elə həmin illərdən başlayaraq o, 40 il ərzində müxtəlif formalarda ona verilən ABŞ Atom Enerjisi Komissiyasından dəstək almağa başladı. 1956-cı ildə F. Rouland Kanzas Universitetində dosent kimi işə düzəldi və burada radiokimyəvi tədqiqatlarla məşğul olan laboratoriyaya rəhbərlik etdi. Onun tədqiqatının əsas istiqaməti enerjili tritium atomlarının kimyəvi reaksiyalarını anlamaq[10][11], xlor və brom radioizotoplarının reaksiyalarını öyrənmək idi[12][13]. 1963-cü ildə F. Rouland professor vəzifəsinə təyin olundu. Daha sonra professor Uillard Libbi ona Kaliforniya Universitetində, İrvaynedə kimya departamentinin ilk sədri olmaq fürsətini təklif etdi. 1965-ci ildə yeddi professor-müəllim heyəti, beş işçi heyəti, üç birinci kurs aspirantı və bir neçə bakalavrdan ibarət kafedra açılmışdı. 1970-ci ildə F. Rouland rəhbər vəzifəsindən istefa verdi, lakin kafedranın maraqlarına sadiq qaldı. O, sonradan 1990-cı ildə Yer Elmləri Departamentinin formalaşmasında mühüm rol oynadı, dostu və görkəmli həmkarı Ralf Siseronu rəhbər vəzifəyə işə götürməyə köməklik etdi. Kaliforniya Universitetinə keçdikdən sonra ultrabənövşəyi işığın fotolizi ilə başlayan reaksiyaları əhatə etmək üçün F. Rouland tədqiqat sahəsini dahada genişləndirdi. Atmosfer problemlərini həll etmək üçün radiokimyadan istifadəni araşdırmağa başladı. Onun ilk ekoloji tədqiqatı, civə səviyyələri fonunda muzeydəki qılınc və tuna balığı nümunələrindəki civə səviyyəsinin ölçülməsi haqqında məlumat idi. Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü (1977il).
F. Roulandın ən məşhur işi xlorflorkarbonların (XFK) ozon təbəqəsinin məhvinə kömək etdiyini kəşf etməsi idi. O, qaz halında olan sintetik üzvi maddələrin günəş radiasiyasının təsiri altında stratosferdə parçalanaraq, ayrı-ayrılıqda çoxlu sayda ozon molekulunu məhv etməyə qadir olan xlor və xlor monoksit atomlarını buraxmasını təklif etdi. İlk dəfə 1974-cü ildə Nature[14] jurnalında("Təbiət") nəşr olunan Roulandın tədqiqatı problemin elmi tədqiqinin başlanğıcını qoydu. 1978-ci ildə ABŞ aerozol qutularında xlorftorkarbonlar(XFK) əsaslı aerozolların istifadəsinə ilk qadağa tətbiq etdi. Lakin faktiki istehsal dayanmadı və tezliklə əvvəlki səviyyəsinə qayıtdı. Qlobal tənzimləmə siyasətlərinin ortaya çıxdığı 1980-ci illərə qədər davam etdi. Rouland bir çox atmosfer tədqiqatları apardı. Təcrübələrdən biri dünyanın müxtəlif şəhərlərindən və yerlərindən hava nümunələri toplayaraq CCl3F-nin şimal-cənub qarışmasını müəyyən etməkdən ibarət idi. Müxtəlif enliklərdə konsentrasiyaları ölçməklə, Rouland CCl3F-nin yarımkürələr arasında olduqca tez qarışdığını görə bildi. 8 il sonra eyni ölçmə təkrarlandı və nəticələr CCl3F konsentrasiyalarında davamlı artmasını göstərdi. Roulandın işi[15] həmçinin ozon təbəqəsinin sıxlığının mövsümi olaraq necə dəyişdiyini, noyabrda artdığını və aprelə qədər azaldığını, sonra yayda bərabərləşdiyini və noyabrda yenidən artdığını göstərdi. Sonrakı illər ərzində toplanmış məlumatlar ümumi ozon səviyyələrinin azaldığını göstərdi. Rouland və onun həmkarları həm ictimaiyyət, həm də siyasətçilər ilə qarşılıqlı əlaqədə oldu və XFK-ların təsirini tədricən azaldacaq müxtəlif həllər təklif etdi. XFK tullantıları ilk dəfə Kanada, ABŞ, İsveç və Norveçdə tənzimlənmişdir. 1980-ci illərdə Vyana sazişi və Monreal protokolu qlobal tənzimləmənin başlanmasına icazə verdi. 1995-ci ildə Frank Şervud Rouland, Mario Molina və Paul Krutzen Yer Kürəsinin ozon təbəqəsinin tükənməsinde qaz haloalkanlarının roluna dair işlərinə görə Nobel mükafatı aldılar.
Əvvəlcə XFK parçalanması ilə bağlı ilkin iş zamanı Rouland qərara gəldi ki, elmi araşdırmalarına əlavə olaraq, bu məsələdə ictimai xadim olmaq onun vəzifəsi idi. O, 1997-ci ildə iqlim dəyişikliyi ilə bağlı Ağ Evdə keçirilən dəyirmi masada verdiyi bəyanatda fikirlərini ümumiləşdirib: "Ətraf mühitə təsir edə biləcək bir şey kəşf edən bir alimin məsuliyyəti deyilmi, bu barədə nəsə etmək sizin də məsuliyyətiniz deyilmi? Tədbir görülməsi üçün kifayət qədər edin?… Biz deyiliksə, o zaman kim? İndi deyilsə, nə vaxt?" qərarını verən Rouland heç vaxt bu nöqteyi-nəzərdən və öz vəzifəsini yerinə yetirməkdən çəkinməmişdi. Rouland mürəkkəb məsələləri aydın və əyani şəkildə ümumiləşdirmək üçün nadir qabiliyyətə malik idi və ondan istifadə etməyin yollarını tapmışdı. O, tez-tez Kaliforniya və ABŞ qanun orqanları qarşısında ifadə verirdi. Bundestağa gedib orada ozon təbəqəsi və iqlim dəyişikliyi haqqında qeyri-ixtisas nəşrlərində yazırdı. 1994-cü ildə Milli Elmlər Akademiyasının Xarici Əlaqələr katibi seçilib və 2002-ci ilə qədər bu vəzifədə işləyib. Şervud Rouland, həmişə beynəlxalq əməkdaşlığa yüksək qiymət verib və uzun illər Almaniya, Yaponiya və Çindən olan həmkarları ilə, eləcə də digər ölkələrlə əməkdaşlıq etmişdi. Bu şəxsi təcrübə onun Milli Elmlər Akademiyasındakı işində yaradıcılığının əsasını təşkil etmişdir ki, buda 2004-cü ildə Kral Cəmiyyətinin Xarici Təqaüdçüsü olmasına gətirib çıxartdı. 1995-ci ildə Hindistandan olan professor Prakeş Tandon ilə o, rəsmi müraciət edən təşkilatlara və hökumətlərə qlobal əhəmiyyət kəsb edən məsələlər üzrə məsləhət və təlimat vermək üçün dünya elm akademiyalarının beynəlxalq şəbəkəsinin yaradılmasına kömək etdi. İndi bu şəbəkəyə 130-dan çox elm, tibb və mühəndislik akademiyaları daxildir. 1992-ci ildə Şervud Rouland "Bəşəriyyətə Xəbərdarlıq" imzaladı[16]
Elmlə məşğul olarkən, Rouland universitetin beysbol və basketbol komandasında oynadı, bacardı və yayda Kanadanın Ontario şəhərində yarı peşəkar beysbol komandasında oyunçu meneceri kimi fəaliyyət göstərdi. 10 mart 2012-ci ildə Parkinson xəstəliyinin yaratdığı ağırlaşmalardan öldü[17].
1998-ci ildə İrvayn Kaliforniya Universitetində fiziki elmlər binasına Roulandin adı verildi və foyedə onun büstü qoyuldu. 2007-ci ildə Rouland dağı və asteroid (9681) Sherwoodrowland (Şervud Rouland) onun şərəfinə adlandırıldı.[20]