Frankenşteyn — ingilis yazıçı Meri Şellinin romanı.
Frankenşteyn | |
---|---|
ing. Frankenstein | |
Janr | Epistolyar ədəbiyyat, elmi fantastika[1], fantaziya, Epopeya |
Müəllif | Meri Şelli[2] |
Orijinal dili | ingilis dili |
Yazılma ili | 1810 |
Nəşr ili | 1 yanvar 1818[3], 1818 |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
"Frankenşteyn" ingilis yazıçı Meri Şelli tərəfindən 1818-ci ildə qələmə alınmış romandır. Əsərdə Victor Frankenşteyn adında bir kimyaçının həyatından bəhs olunur. Gənc yaşlarından kimya və fəlsəfə elimlərinə maraq salan Frankenşteyn bu sahə ilə bağlı kitablar oxuyaraq marağını daha da gücləndirir, nəhayət daxil olduğu universitetdə onunla eyni marağa sahib fəlsəfəçilərin yönləndirməsi ilə ciddi olaraq bu işlə məşğul olmağa başlayır. Kimyaçı, uzun müddətli elmi fəaliyyətlər nəticəsində özünəməxsus bir idea mənimsəyir. Onun ilkin fikri, insan cisminin gözəlliyini qaçınılmaz bir çirkinliyə məruz qoyan ölüm məvhumunu yerüzündən silmək olur. Bu fikri bir müddət sonra tamamilə yeni bir məxluq yaratma düşüncəsi əvəz edir. Qəti olaraq bu fikrə yiyələnən kimyaçı gecə saatlarında gizlincə qəbirləri eşərək müxtəlif insan qalıqlarını toplayır. Nəhayət iki illik bir fəaliyyətin bəhrəsini görmək üçün həvəslə planını həyata keçirməyə niyyətlənir. Topladığı insan qalıntılarını evin döşəməsinə düzərək əldə etdiyi qarışımla fikrindəki məxluqu yaratmaq üçün ilk addımı atır. Səhnə kitabda belə təsvir olunur:
Çətin fəaliyyətlərimin uğurla nəticələnməsini görməyim sıxıcı bir noyabr gecəsinə təsadüf etmişdi. Ayağımın dibində uzanan cansız varlığa həyat vermək üçün ləvazimatlarımı ətrafıma topladım. Saat gecə 1 idi. Yağmurun kədərli damlaları pəncərəmə çırpılırdı. Yandırdığım şamın sönməyə üz tutduğu bir anda nəhayət məxluqun donmuş gözlərinin titrək işıqda aralandığını gördüm. Dərin bir nəfəs aldı, ardınca qolları və qıçları şiddətli bir şəkildə sarsılaraq dartıldı.
Düşüncələrində gözəl görünüşə malik və daim yaxşı işlərlə məşğul olacaq bir varlıq yaratmağı təxəyyül edən kimyaçı, realda ərsəyə gələn məxluq qarşısında dəhşətə düşərək olduğu yeri tərk edir və uzun müddət xəstə yatır. İnsanlara yaxınlaşma cəhdi daim uğursuzluqla nəticələnən məxluq isə daxilində tədricən bütün insanlığa qarşı nifrət bəsləməyə və fürsət tapdıqca onlara zərər vurmağa başlayır. Onun üçün bir dişi yaratma tələbi yaradıcısı tərəfindən rədd cavabı aldığı zaman isə nifrət və qəzəbi daha da alovlanır. Nəticədə onu yaradan Frankenşteynin bütün sevdiklərini yox edəcəyinə and içir. Meri Şelli qələminin bir məhsulu olan bu roman "Qotik" və əfsanəvi ədəbiyyat növünə daxil olsa da, eyni zamanda reallığı da özündə əks etdirir. Mümkün və namünkünün ahəng içində birləşdiyi, insan və şeytan mübarizəsinin bir bənzəri olan bu əsər halhazırda dünya klassikləri arasında özünəməxsus bir yerə sahibdir.