Frantiska Plaminkova

Frantiska Plaminkova (çex. Františka Plamínková) — Çex siyasətçisi, jurnalist, feminist, Çexoslovakiya və beynəlxalq qadın hərəkatının təşkilatçısı. Heydrixiad dövründə edam edilir.

Frantiska Plaminkova
çex. Františka Plamínková
Doğum tarixi 5 fevral 1875(1875-02-05)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 30 iyun 1942(1942-06-30)[1][2][…] (67 yaşında)
Vəfat səbəbi güllə yarası[d]
Vətəndaşlığı
Fəaliyyəti yazıçı, jurnalist, siyasətçi, sufrajist
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Frantiska Plaminkova Praqa ayaqqabıçı ailəsində anadan olub və ailənin üç qızının ən kiçiyi olub. İbtidai və orta məktəbi, həmçinin Praqa Pedaqoji İnstitutunu bitirib. 1894-1895-ci illərdə Tabor və Sobeslavda müəllimlik etməyə başlayır. 1895-ci ildən Praqada işləməyə başlayır. 1908-ci ildə o, Praqa-Bubnıda (Qoleşovisenin bir hissəsi) orta məktəbə müəllim təyin edilir. Avstriya-Macarıstan qanunlarına görə müəllimlərə evlənmək və uşaq sahibi olmaq qadağan edildiyi üçün o, evlənir. Gənc yaşlarından Masarikovlar ailəsi ilə əlaqə saxlayır.

İctimai-siyasi fəaliyyət[redaktə | mənbəni redaktə et]

1897-ci ildə Çexoslovak qadınlarının birinci qurultayında iştirak edir. O, Çex Müəllimlər Assosiasiyasının üzvü olmuş, Çex Qadınlar Klubunun (1903) və Qadınların Seçki Hüququ Komitəsinin (1905) qurucusu olmuşdur. 1908-ci ildə Ottonun Elmi Ensiklopediyası üçün qadınların azadlığı (feminizm) şüarının qurulmasında Albina Xonzakova ilə əməkdaşlıq edir. 1907-ci ildə o, ictimaiyyətin diqqətini 1861-ci ildə Bohemiya Krallığının Landtaqına seçkilər üçün seçki qanunu qadınların səsvermə hüququnu istisna etmədiyinə çəkir. Buna görə də 1908, 1909 və 1912-ci illərdə ilk qadın deputat seçilmək üçün səy göstərir. Bu 1912-ci ildə, Bozena Vikova-Kunetitskanın deputat seçildiyi zaman baş verir. Frantiska Plaminkova, həmçinin müəllimlər üçün subaylığın ləğvi, ailədə və cəmiyyətdə kişi və qadınların bərabər hüquqları üçün fəal şəkildə kampaniya aparıb. 1923-cü ildə Beynəlxalq Qadınlar Alyansının tərkibində olan “Qadınların Milli Şurası”nı təsis edir. 1918-ci ildə Çex Milli Sosial Partiyasına (daha sonra Çexoslovakiya Sosialist Partiyası) qoşulur və Praqa Şəhər Məclisinə namizəd olur. 1919 və 1923-cü il bələdiyyə seçkilərində Praqa Şəhər Məclisinin deputatı seçilir. 1925-ci ildə keçirilən parlament seçkilərində Senata daxil ola bilir. Daha sonra 1929-cu ildə və 1935-ci ildə yenidən seçilir[4][5]. 1939-cu ilin martında Senat buraxılana, Bohemiya və Moraviya Protektoratının qurulmasına qədər o, senator olaraq qalır. 1938-ci ildə İkinci Çexoslovakiya Respublikasının qurulmasından sonra Çexoslovakiya Sosialist Partiyası qadağan edilir, lakin Frantiska Plaminkova Milli Birlik Partiyası və Milli Əmək Partiyasına qoşulmaqdan imtina edir və fraksiyadan kənar senator olaraq qalır[6].

Sudet böhranı zamanı, 14 sentyabr 1938-ci ildə Frantiska Plaminkova Adolf Hitlerə açıq məktub yazır və orada prezident Edvard Beneşi müdafiə edir. O, Almaniya kanslerini çex xalqı haqqında milli və tarixi yanlış təsəvvürlərdə ittiham edib[7].

Ölüm[redaktə | mənbəni redaktə et]

1939-cu ildə Beynəlxalq Qadınlar Alyansının Kopenhagendə keçirilən konfransında ona təklif edilən siyasi sığınacaqdan imtina edərək almanlar tərəfindən işğal olunmuş ölkəyə qayıdır. İlk dəfə 1939-cu il sentyabrın 1-də, İkinci Dünya müharibəsinin başladığı gün həbs olunur. Altı həftə sonra o, sərbəst buraxılır və Qadınların Milli Komitəsində işləməyə davam edir. 1942-ci ilin fevralında o, işğal rejiminə passiv müqavimət göstərdiyinə görə jurnalist Karl Verner tərəfindən mətbuatda tənqid olunur. Reynhard Heydrixin ölümündən bir həftə sonra, 11 iyun 1942-ci ildə həbs olunur və Terezin konsentrasiya düşərgəsinə göndərilir. 30 iyun 1942-ci ildə Kobıliski poliqonunda güllələnir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Frantiska Plamínková // [Frantiska Plamínková Frauen in Bewegung 1848–1938] (alm.). Österreichische Nationalbibliothek, 2006.
  2. 1 2 3 The Fine Art Archive. 2003.
  3. Database of the Terezín Memorial.
  4. https://web.archive.org/web/20141214202532/http://www.senat.cz/informace/z_historie/tisky/2vo/rejstrik/jmenny/p.htm
  5. https://web.archive.org/web/20141214172554/http://www.senat.cz/informace/z_historie/tisky/3vo/rejstrik/jmenny/p.htm
  6. https://web.archive.org/web/20141213010218/http://www.senat.cz/informace/z_historie/tisky/4vo/rejstrik/jmenny/p.htm
  7. "Франтишка Пламинкова | Radio Prague International". 2021-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.