Fraykor

Hərb naziri Qustav Noske Hülzen fraykorunu yoxlayır. 1919-cu ilin yanvarı.

Fraykor (alm. Freikorps‎, alman: [ˈfʁaɪˌkoːɐ̯]; mənası – azad korpus, könüllülər korpusu)[1] — XVIII–XX əsrlərdə AlmaniyaAvstriyada mövcud olmuş bir sıra hərbiləşdirilmiş vətənpərvər birləşmələrin adı. Birinci Dünya müharibəsindən sonra Veymar Respublikasında dövlətin xüsusilə kommunistlərə qarşı təşkil etdiyi nizamsız silahlı birləşmələr fraykor adlanırdı.

Napoleon müharibələrinin ən məşhur könüllü korpuslarından biri Adolf fon Lütsovun rəhbərliyi altında Lütsov fraykoru idi. Alaylar yerli könüllülərdən və düşmən fərarilərindən ibarət idi. Bəzən ekzotik təchiz olunmuş qoşunlar piyada, süvari və daha nadir hallarda artilleriya kimi istifadə olunurdu. Bir bölükdən bir neçə min nəfərə qədər olan qarışıq birləşmələr və legionlar da var idi. General fon Kleystin tabeliyində olan Prussiya fraykorları piyadalar, yegerlər, draqunlarqusarlardan ibarət idi.

Birinci Dünya müharibəsindən sonra əsasən müharibə veteranlarından ibarət olan fraykor hərbiləşdirilmiş milislər kimi yetişdirilmişdir. Onlar Veymar Respublikasını devirməyə cəhd etdikləri iddia olunan[2][3] Almaniya kommunistlərinə dəstək verən Rusiya Sovet Federativ Sosialist Respublikasına qarşı hökumət adından döyüşmək üçün toplanmışdılar.[4] Bununla belə, bir çox fraykor üzvü respublikaya böyük ölçüdə xor baxmış və onun tərəfdarlarının sui-qəsdində iştirak etmişdir.[5][6]

1919-cu ildə Adolf Hitler siyasi karyerasına başlamış, Münhendə kiçik və tanınmayan Almaniya Fəhlə Partiyasına qoşulmuşdur. Bu partiya 1920-ci ildə Nasional Sosialist Alman Fəhlə Partiyasına çevrilmiş və Hitler 1921-ci ildə partiyanın lideri olmuşdur. Nasional Sosialist Alman Fəhlə Partiyasının bir çox gələcək liderləri fraykorda olmuşdur: 1939-cu ildə İkinci Dünya müharibəsinin ilin dövründə Almaniyanın Polşaya hücumu zamanı yaradılan "Ebbinghaus Freikorps" düşmən xəttinin arxasında təxribat etmək üçün təyin edilmişdi, lakin onlar uğursuzluğa düçar olmuş və elə həmin il nizami qoşunlara tabe edilmişdilər.

  1. Wichmann's German Dictionary, or Pocket Dictionary of the German And English Languages, by K Wichmann, Pg 109. Published by George Routledge & Sons, Ltd, London, E P Dutton & Co, New York, and The Mission Book Co., Ltd., Toronto. 1935.
  2. William L. Shirer, The Rise and Fall of the Third Reich: A History of Nazi Germany, New York, NY, Simon & Schuster, 2011, p. 55
  3. Heiden, Konrad. Der Fuehrer: Hitler's Rise to Power. Boston, MA: Houghton Mifflin Company. 1944. 21-22.
  4. Haffner, Sebastian. Defying Hitler. Picador. 2000. 30–31, 33. ISBN 0-312-42113-3.
  5. Heiden, Konrad. Der Fuehrer: Hitler's Rise to Power. Boston, MA: Houghton Mifflin Company. 1944. 23-24.
  6. Heiden, Konrad. Der Fuehrer: Hitler's Rise to Power. Boston, MA: Houghton Mifflin Company. 1944. 88-89.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]