Fridrix Paulus

Fridrix Paulus (alm. Friedrich Wilhelm Ernst Paulus‎; 23 sentyabr 1890[1] və ya 21 sentyabr 1890[2]1 fevral 1957[3][1][…], Drezden[3]) - İkinci dünya müharibəsində mühüm rol oynamış alman general-feldmarşalı, 6-cı ordunun komandanı.

Fridrix Paüls
alm. Friedrich Wilhelm Ernst Paulus
Fridrix Paüls hərbi uniformada
Fridrix Paüls hərbi uniformada
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Hessen, Almaniya İmperiyası
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Drezden, ADR
Vəfat səbəbi Yan amiotrofik skleroz
Dəfn yeri
Vətəndaşlığı Almaniya Almaniya
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Alman
Qoşun növü Almaniya İmperiyası ordusu, Reyxşiir, Heer (Vermaxt)
Hərbi hissə 6-cı ordu
Xidmət illəri 1910-1943
Rütbəsi general-feldmarşal
Döyüşlər
Təltifləri I dərəcəli Dəmir xaç ordeni II dərəcəli Dəmir xaç ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müharibə başladıqdan sonra Almaniya Donanmasına qoşulmaq istəsə də, müraciəti qəbul edilmədi. Münxen Universitetində hüquq üzrə təhsil aldıqdan sonra 1909-cu ildə Alman ordusuna daxil oldu və gizir rütbəsində hərbi xidmətə başladı. 1910-cu ilin fevralında 111-ci Piyada Alayında xidmətə başladıqdan sonra, 1911-ci ildə 3-cü Baden piyada bölüyünə rəhbərlik edərkən leytenant rütbəsini əldə edir. 4 iyul 1912-ci ildə Yelena Rozetti-Solesku ilə ailə həyatı qurur.

Birinci dünya müharibəsi ərzində 3-cü taborda qərargah zabiti vəzifəsində xidmət edir. Həm şərq, həm də qərb cəbhəsində bir çox uğurlu əməliyyatlarda iştirak edir. Xidmət zabiti olaraq Alpenskopa daxil olduqdan sonra Makedoniya, FransaSerbiya ərazisində baş verən döyüş əməliyyatlarında iştirak edir. Müharibə başa çatdıqda o, artıq mayor rütbəsinə qədər yüksəlmişdi.

1940-cı ilin avqust ayında general-leytenant rütbəsinə yüksəlir və bir ay sonra Almaniya Ordusu Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin olunur. O, bu vəzifədə Sovet İttifaqının işğalı üçün planın hazırlanmasına kömək etmişdir. General der Panzertruppe rütbəsinə yüksəldikdən sonra 1942-ci ilin yanvar ayında 6-cı Orduya komandan təyin olunur.

İkinci dünya müharibəsi zamanı Qərb cəbhəsində vacib rol oynayırdı. Döyüşlərdə onun rəhbərliyi altında olan birliklər benzin problemi yaşasa da, çox böyük uğurlar qazandı. Yeni vəzifəsi Stalinqradı ələ keçirmək idi. Sovet qoşunları 600,000 nəfərlik hərbi birləşmə ilə bu şəhəri müdafiə edirdi. Çətin vəziyyətdə qalan Paulusun köməyinə feldmarşal Paul Evald fon Kleytsin rəhbərliyi altında olan 1-ci Tank Ordusu gəldi. Yenidən toplanan 6-cı Ordu Stalinqrada daxil olmağa başladı. Əsas birliklərdən uzaqlaşan almanlar tankların çətin hərəkət etdiyi dağılmış evlərdən snayper atəşinin altında çoxsaylı itki verməyə başladılar. Sovet qoşunları köməyə gələn əlavə qüvvələrlə birlikdə almanları mühasirəyə almağa başladı. Bu zaman, Hitler 4-cü Tank Ordusunun köməyə göndərilməsini əmr edir, lakin Erix fon Manşteyn bu tapşırığı yerinə yetirə bilmir. Hitler general Paulusa sonuncu dəfə mühasirə xəttini yarmağa cəhd etməyi əmr edir, lakin Paulus bunu qəbul etmir. Paulusun təslim olmağı düşündüyünü başa düşən Hitler ona "Sizi feldmarşal elan edirəm və bunu da unutmayın ki, indiyə qədər heç bir alman feldmarşalı əsir düşməmişdir" deyir, lakin Paulus ertəsi gün təslim olur.

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]
Paulus (solda) və köməkçiləri polkovnik Vilhelm Adam (orta) və general-leytenant Artur Şmit (sağda). Stalinqradda təslim olarkən.

Müharibə başa çatdıqdan sonra 1946-cı ildə günahkar elan olunaraq həbsə məhkum edildi. 1953-cü ilə qədər həbsxanada qaldı. Nürnberq məhkəməsi əsnasında ona bir jurnalist tərəfindən Stalinqradda əsir düşənlərin aqibəti barədə soruşurlar. Stalinqradda əsir düşən 91,000 alman məhkumun yarısı Sibirdə yerləşən əsir düşərgələrinə yürüş zamanı ölmüşdü. Müharibə bitdikdən sonra sadəcə olaraq 6,000 əsir öz ölkəsinə qayıda bilmişdi. 1953-cü ildə Almaniya Demokratik Respublikasına köçməsinə icazə verildi və 1953-1956-cı illər aralığında Drezden şəhərində həyatını davam etdirdi. Şərqi Almaniya Hərbi Tarix Araşdırma İnstitutu mülki idarəsinin başçısı olaraq işlədi.

Drezden şəhərində 1 fevral 1957-ci il tarixində, Stalinqradda təslim olmasından 14 il 1 gün sonra vəfat etdi. Vəsiyyəti ilə cənazəsi Qərbi Almaniyanın Baden şəhərində səkkiz il əvvəl vəfat edən həyat yoldaşının yanında dəfn olunmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Deutsche Nationalbibliothek Record #118739654 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. 1 2 Паулюс Фридрих // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.