Frigiya dili

Frigiya dili (yun. Φρυγική γλώσσα) — Hind-Avropa dillərindən biri, Balkanlardan Kiçik Asiyaya miqrasiya edən frigiyalıların dili. Hind-Avropa dil qrupunun ayrı bir qoluna aiddir və daha çox qədim yunan dilinə bənzəyir. Dilin yunan əlifbasına oxşayan xüsusi bir əlifbası var. Frigiya dili e.ə. VIII əsrdə meydana gəlmişdir və adı canlı olaraq son dəfə V əsrdə çəkilmişdir. Buna baxmayaraq, bəzi tarixşünaslar və dilşünaslar dilin VII əsrərəb yürüşlərindən sonra məhv olduğunu irəli sürür.

Frigiya dili
Orijinal adı yun. Φρυγική γλώσσα
Ölkə Frigiya
Region Kiçik Asiya (Orta Şərq)
Ölü dil V və ya VII əsr
Təsnifatı
Hind-Avropa dilləri
Frigiya dili
Yazı Frigiya əlifbası
Dil kodları
ISO 639-1
ISO 639-2
ISO 639-3 xpg
IETF xpg
Glottolog phry1239

Frigiya dilinin tarixinin iki dövrü var. Onlar, qədim Frigiya (e.ə. VIII–V əsrlər) və yeni Frigiyadır (b.e. I–III əsrlər). Frigiya dili üzərində elmi tədqiqatlar XIX əsrin 20-ci illərində başlamışdır.

Frigiya (çəhrayı) e.ə. IX–VII əsrlərdə

"Frigiya" və "Frigiyalılar" adları qədim yunan dilindəki ΦρυγίαΦρύγες sözlərindən törənib. Frigiya dilində xalqın adı "Bruq"lar adlanır. Bu, Balkan yarımadasında yaşayan briqlər tayfasına bənzəyir.[1][2].

Sinifləşdirmə

[redaktə | mənbəni redaktə et]

Frigiya dili Hind-Avropa dil ailəsinin tərkibində olan ayrı bir qrupa – Yunan-Frigiya qrupuna aiddir.[3] Frigiya dilinə ən yaxın dillər qədim yunanqədim makendon dilləridir. Frigiya dilinin qədim yunan dili olan oxşarlıqların sayı Hind-Avropa dil ailəsindəki digər dillərdən daha çoxdur. Məsələn:[4][5][6][7][8]

  • -eyo- şəkilçisinin mövcud olması.
  • feli sifətlərə -meno- şəkilçisinin əlavə edilməsi.
  • auqementdən istifadə etməsi.

Frigiya dilinin Frakiyaerməni dillərinə yaxınlığı linqvistik maddələrdə öz əksini tapmır.[6][7][9]

Antik dövrlərdə Frigiya dili yunan əlifbasına bənzər bir əlifbadan istifadə edirdi. Dildə cümlələr ya sağdan sola, ya da bustrofedon üsulu ilə yazılırdı. Sözlər bir-birlərindən üç və ya dörd nöqtədən ibarət işarələrlə ayrılırdı. Yeni Frigiya dövründə yunan əlifbası və ona bənzər əlifbalar köhnəlmişdi və artıq istifadə edilmirdi.[2][10]

Bunlara əlavə olaraq, Frigiya və qədim yunan əlifbalarının e.ə. VIII əsrin birinci yarısında yaranmış bir əlifbadan törədiyinə dair bir fərziyyə var. Bundan əvvəl Kiçik Asiyada sami hərflərindən istifadə edilirdi.[11]

Linqvistik xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Fonetika və fonologiya

[redaktə | mənbəni redaktə et]

Qədim Frigiya dilinin samitləri:[12][13]

Dodaq Diş Alveolyar Damaq Damaqarxası
Partlayıcı p b t d k ɡ
Burun m n
Sürtünən s
Affrikat t͡s d͡z
Süzgün w l r j

Yeni Frigiya dövründə dz affrikatı z ilə dəyişdirildi.[14]

Qədim Frigiya dilinin saitləri:[13][14]

Yüksəliş\cərgə Ön Orta Arxa
Üst i u
Orta e o
Alt a

Prahind-Avropa dillərindəki ē Frigiya dilində ā, uzun ē qoşasaitli ei monofonqlarına çevrildi. Bunlara əlavə olaraq, qoşasaitli oi, ai , au , ōiāi monofonqları da var idi.[14] Dilin tarixi boyu vurğudan azad şəkildə istifadə olunurdu və çox hərəkət edirdi. Həssas saitlər azalmağa meyilli idi.[13]

İsmin halları

[redaktə | mənbəni redaktə et]

Frigiya dilində ismin ən azı dörd halı var. Onlar, adlıq, yiyəlik, yönlüktəsirlik hallarıdır.[15][16][17] İsmin sonları:[15][16]

-ā- -o- -i- səssiz
Ad. -a -os -is
Yiy. -as -ovo -os
Yön. -ai, -a(n) -oy, -oi -e -e(i)
Təs. -an -un -in -an
Ad. cəm -as -oi -es
Yiy. cəm -un
Yön. cəm -ias -ōs -si(n)
Təs. cəm -as

Xüsusi əvəzliklər Frigiya dilinə aid yazılı abidələrdə bu günə gəlib çatmayıb. Hind-Avropa köklərindəki se/ote/o kimi əvəzliklərdən istifadə edilib. Nisbi ios və sual kos (kişi) və kin (orta) əvəzlikləri bu günə qədər qorunub saxlanıb.[18][19].

Tapılan yazılı abidələrdə sadəcə oyvos (bir), duoi (iki) və protos (birinci) saylarına rast gəlinib.[19]

Frigiya dilindəki fellər şəxs, say (təkdə və cəmdə), sübut (fəal və yarımpassiv), meyl (səciyyəvi, məcburi, birləşdirici) və vaxt (indiki, aorist, bitməmiş, bitmiş, gələcək) kateqoriyalarına bölünürdü.[19] Aorist auqementdən yaranmışdır. Bu, Frigiya dilini qədim yunan, erməniHind-İran dillərinə daha yaxınlaşdırır.[20]

Frigiya dilindəki yeganə feli sifət (passiv) -meno- şəkilçisinin köməyi ilə yaranmışdır.[19][20][21]

Frigiya dilindəki cümlələrin quruluşu — SOV (mübtəda – əlavə – xəbər).[19]

  1. Briks, K. Phrygian // The Ancient Languages of Asia Minor. Nyu-York: Cambridge University Press. 2008. səh. 69.
  2. 1 2 Biçovski, Y. Vademecum starými indoevropskými jazyky. Praqa: Nakladatelství Univerzity Karlovy. 2009. səh. 109. ISBN 978-80-7308-287-1.
  3. Neroznak V. P. Фригийский язык. Лингвистический энциклопедический словарь. 1990. səh. 563.
  4. Vavrouşek, P. Frýžština // Jazyky starého Orientu. Praqa: Univerzita Karlova v Praze. 2010. 128–129. ISBN 978-80-7308-312-0.
  5. Fortson, B. Indo-European language and culture. An Introduction. Padstou: Blackwell Publishing. 2004. səh. 403.
  6. 1 2 Mallori, C. P.; Adams, Duqlas K. Encyclopedia of Indo-European culture. London: Fitzroy Dearborn Publishers. 1997. səh. 419. ISBN 9781884964985.
  7. 1 2 Briks, K. Phrygian // The Ancient Languages of Asia Minor. Nyu-York: Cambridge University Press. 2008. 72.
  8. Otkupşikov, Y. V. Догреческий субстрат. У истоков европейской цивилизации. Издательство СПбГУ. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-30.
  9. Vavrouşek, P. Frýžština // Jazyky starého Orientu. Praqa: Univerzita Karlova v Praze. 2010. səh. 129. ISBN 978-80-7308-312-0.
  10. Briks, K. Phrygian // The Ancient Languages of Asia Minor. Nyu-York: Cambridge University Press. 2008 . səh. 73.
  11. Yanq, R. S. =Old Phrygian Inscriptions from Gordion: Toward a History of the Phrygian Alphabet. 38 (2). Hesperia. 1969. 252–296.
  12. Briks, K. Phrygian // The Ancient Languages of Asia Minor. Nyu-York: Cambridge University Press. 2008. 74.
  13. 1 2 3 Biçovski, Y. Vademecum starými indoevropskými jazyky. Praqa: Nakladatelství Univerzity Karlovy. 2009. səh. 110. ISBN 978-80-7308-287-1.
  14. 1 2 3 Briks, K. Phrygian // The Ancient Languages of Asia Minor. Nyu-York: Cambridge University Press. 2008 . 75.
  15. 1 2 Bednarçuk, L. Język frygijski // Języki indoeuropejskie. Varşava: PWN. 1986. səh. 483.
  16. 1 2 Briks, K. Phrygian // The Ancient Languages of Asia Minor. Nyu-York: Cambridge University Press. 2008. səh. 76.
  17. Biçovski, Y. Vademecum starými indoevropskými jazyky. Praqa: Nakladatelství Univerzity Karlovy. 2009. 110–111. ISBN 978-80-7308-287-1.
  18. Briks, K. Phrygian // The Ancient Languages of Asia Minor. Nyu-York: Cambridge University Press. 2008. 76–77.
  19. 1 2 3 4 5 Biçovski, Y. Vademecum starými indoevropskými jazyky. Praqa: Nakladatelství Univerzity Karlovy. 2009. 111. ISBN 978-80-7308-287-1.
  20. 1 2 Bednarçuk, L. Język frygijski // Języki indoeuropejskie. Varşava: PWN. 1986. səh. 484.
  21. Briks, K. Phrygian // The Ancient Languages of Asia Minor. Nyu-York: Cambridge University Press. 2008. səh. 77.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]