Fuad Şükr (ərəb. فؤاد شكر), həmçinin Əl-Həcc Mohsen və Mohsen Şükr təxəllüsləri ilə tanınır[3] (15 aprel 1961 – 30 iyul 2024[1], Haret-Xreyk[d], Cəbəl Lübnan mühafəzəsi[d]) — Livan hərbi lideri, "Hizbullah"ın yüksək səviyyəli üzvü. "Hizbullah"ın qurucu generasiyasının üzvü olan Şükr 1980-ci illərin əvvəllərindən təşkilatda yüksək səviyyəli hərbi lider olmuşdur. Qırx ildən artıq müddətdə qruplaşmanın aparıcı hərbi xadimlərindən birinə çevrilmiş və onun rəhbəri Həsən Nəsrullahın hərbi məsləhətçisi olmuşdur.
Fuad Şükr | |
---|---|
ərəb. فؤاد شكر | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 aprel 1961 |
Vəfat tarixi | 30 iyul 2024[1] (63 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | hava zərbəsi[2] |
Təhsili | |
Fəaliyyəti | hərbi aktivist[d], siyasətçi |
Dini | islam |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
30 iyul 2024-cü ildə Beyrutda İsrailin hava hücumu nəticəsində öldürülmüşdür.[4][5]