Divriği böyük məscidi və darüşşəfası — Məngüçlü bəyi Əhməd şah və Məleykə Turan tərəfindən, bəyliyin mərkəzi Sivas, Divriğidə inşa etdirilmiş böyük məscid və darüşşəfa (xəstəxana) kompleksi. Kompleks 1228-1229-cu illərdə inşa edilmişdir. Kompleksə daxil olan abidələrin memarı Əhlətli Xürrəmşah və Tiflisli Əhməddir. Kompleksə daxil olan məscidin xeyriyyə fondu 5 iyul 1243-cü ildə fəaliyyətə başlamışdır. Kompleksi ziyarət etmiş məşhur səyyah Övliya Çələbi yazır: "Ustad,...mərmər,bu camiyə elə əmək sərf edib, qapı və divarları elə naxışlamışdır ki, onu mədh eləməyə nə söz yetər, nə qələm yazar..." Kompleks Türkiyədən UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınmış ilk abidədir.[1]
Divriği böyük məscidi və Darüşşəfası | |
---|---|
Divriği Ulu Camii ve Darüşşifası | |
39°22′16″ şm. e. 38°07′17″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | Sivas |
Yerləşir | Divriği ilçəsi |
Aidiyyatı | Mengücəklü bəyliyi |
Memar | Muğis oğlu Xürrəm Şah |
Sifarişçi | Ərzincan bəyi Fəxrəddin Bəhramşahın Qızı Turan Mələk |
Tikilmə tarixi | 1228—1229 |
Üslubu | Səlcuqlu memarlığı |
Vəziyyəti | stabil |
Tipi | Mədəni |
Kriteriya | i,iv |
Təyin edilib | 1985 |
İstinad nöm. | 358 |
Dövlət | Türkiyə |
Region | Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kompleks Məngucuk bəyi Əhməd şahın xanımı Məleykə Turan tərəfindən inşa etdirilmiş və məscid, hamam və xəstəxanadan ibarət olmaqla Anadolunun bu tipli külliyələri içərisində ən qədimidir. Kompleksə daxil olan məscidin memarı Əhlətli Xürrəmşahdır. Darüşşəfa binası məscidin cənub divarına bitişik inşa edilmişdir. Bina üstü işıqlıq qübbəylə örtülmüş, giriş ilə birgə dörd eyvandan ibarətdir. Darüşşəfanın şimal-şərqində isə bir türbə vardır.
Məscidin sahəsi xayəli beş hissəyə bolunmuşdur ki, onlardan da ortada olanı digərlərinə nisbətən daha böyük ölçüyə malikdir. Burada yerləşən dilimli mehrab qübbəsi bayırdan piramidaya bənzər gumbəzlə ortulmuş və daxildən məscidin əsas kompozisiya elementi kimi vurğulanmışdır. Orta hissənin xüsusilə işıqlandırılması diqqəti cəlb edir. Məscidin interyerində, qübbəyə keçid hissədə türk memarlığında geniş yayılmış üçbucaqlardan ibarət naxış kompozisiyası yaradılmışdır. Məscidin sahələrinin hər biri digərindən fərqlənən ulduz naxışları ilə bəzədilmişdir. Binada həm Səlcuqlu memarlığına xas olan, həm də Əməvilər dövrü memarlığının məscid tikmə ənənələrini bir arada görmək mümkündür.[2]
Abidə planlaşdırılması və bəzəklərinə görə bənzəri olmayan bir memarlıq əsəridir. Aralarında üslub birliyi olmaya üç portalında naxışları bir-birindən fərqlidir. İkibaşlı qartal motivinin də yer aldığı naxışlar son dərəcə qabarıq və barokko xarakterlidir. Qərb portalında Əlaəddin Keyqubadın gerbi olan ikibaşlı qartal və Əhməd şahın gerbi yerləşdirilmişdir.[3]
Qoz ağacından hazırlanmış və qabartma süls xəttli yazılarla naxışlanmış minbər də ulduz naxışları ilə bəzədilmişdir. Abidənin barokko xarakterli və iri palmetlərlə bəzədilmiş mehrabı isə bənzərsizdir. Bundan başqa məscidin əsas giriş qapısına günəş şüaları düşdüyü zaman qapıda, Quran oxuyan insan görüntüsü ortaya çıxır.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |