Göztəpə İdman Klubu — İzmir mərkəzli Türkiyə 1-ci Liqasında mübarizə aparan Türk idman klubu.
Göztəpə | ||||
---|---|---|---|---|
Klubun tam adı | Göztəpə İdman Klubu | |||
Ölkə | Türkiyə | |||
Ləqəb(lər) |
Göz-göz Sarı-qırmızlar İzmirin ağası |
|||
Kodu | Göztəpə İK | |||
Yaranma tarixi | 14 iyun, 1925[1] | |||
Stadionu | Gürsel Aksel Stadionu [2] | |||
Tutumu | 20 035 | |||
Prezidenti | Rasmus Ankersen | |||
Baş məşqçisi | Əkrəm Dağ | |||
Liqa | Türkiyə 1-ci Liqası | |||
2022-23 | 7-cu | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
14 iyun 1925-ci İldə Altay İdman Klubunun Aydında iştirak etdiyi idman müsabiqəsində rəhbərlikdə olan Fərid Bəyə söz haqqı verilməməsi nəticə, qayıdış yolunda qatarda çıxan münaqişələrdən sonra Altayda oynayan Nəbil ilə Vədat qardaşları, Müzəffər Koral, Fərid Simsaroğlu, Nəcati Bəy və Nüsrət Bəy bir idman klubu qurmağa qərar verirlər. 14 iyun 1925-ci ildə, bərə keçidi yanındakı Mez-Qazinoda toplanan Göztəpə səmtinin stajlı futbolçuları və gəncləri Göztəpə İdman Klubunu qururlar. Keçirilən ilk konqresdə Göztəpə Fəxri Sədrliyinə o dövrün Meri Kazım Dirik seçilir. İdari heyətində isə bu adlar yer alır; Sədr Fəhmi Simsaroğlu, ikinci sədr Turan Diri, mühəndis Əziz Bəy, Mustafa Bəy, Murtuza Bəy, müəllim Şərif Bəy, Ələddin Bəy və Adil Burqas. Ümumi Rəhbərliyə isə Əhməd Özgirgin gətirilir.
1937-1939 arası, dövrün İzmir Valisi Fazalı Güləçin təşəbbüsləri nəticəsidə, İzmirspor və Egesporla birləşmiş və Doğanspor adı altında mübarizə aparmışdır. Qısa zaman sonra təkrar köhnə adını alan klub, Türkiyəyə Avropadakı ilk idman uğurları gətirən idman klubu olmuşdur. Ən böyük uğurunu 1950-ci ildə Türkiyə çempionu olaraq yaşamışdır. 14 il fasilədən sonra, 2017-ci ildə yenidən Super Liqaya çıxıb.
1941, 1942, 1943, 1945 və 1949-cu illərdə İzmir Çempionu oldu. 1950-ci ildə Türkiyə Futbol Çempionatına qatılmağa haqq qazandı və bundan əvvəl Gənçlərbirliyi, ardından Beşiktaşa qarşı qələbə qazanaraq Çempion adına layiq görülüb.
1968-1969 və 1969-1970 mövsümlərində 2 dəfə Türkiyə Kubokunu öz muzeyinə aparmağı bacarmışdır.
Peşəkar liqaların başladığı 1959-cu ildən etibarən 25 il Super Liqa, 25-ci il 1-ci Liqada mübarizə aparan və 3 dəfə 1-ci Liqa çempionluğu qazanan komanda, bir çox kuboku da muzeyinə gətirmişdir.
13 avqust 2014-cü il tarixində İzmirin Urla ilçəsində tikintisi başa çatan Adnan Süvari Obyektləri istifadəyə verilmişdir.
4 iyun 2017-ci il tarixində 14 illik bir fasilədən sonra yenidən 1-ci Liqadan Super Liqaya yüksəlib.
|
|