Gül Baba (əsl adı Cəfər; v. 2 sentyabr 1541[1] və ya 1 sentyabr 1541[2], Buda, Macarıstan[1]) — bir Bəktaşi Babası, dərviş və şair olub. Doğum yeri Amasyanın Merzifon ilçəsidir.
Gül Baba | |
---|---|
osman. جعفر | |
Vəfat tarixi | 2 sentyabr 1541[1] və ya 1 sentyabr 1541[2] |
Vəfat yeri | |
Fəaliyyəti | dərviş, şair, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Osmanlı Sultanı Qanuni Sultan Süleymana təsir edən və Avropa hücumlarına qatılan önəmli bir Bəktaşi Babasıdır. Həyat yolu Övliya Çələbi tərəfindən yazılı mənbələrə köçürüldü. Rəvayətə görə, başından gülü, əlindən isə taxta qılıncı əskik olmazmış. Döyüşlərdə başının üstündə bir gül daşıdığı üçün "Gül Baba" deyə adlandırırdılar. Bu rəvayət nəsildən-nəslə ötürülür.