Güllələnmiş heykəllər (Şuşa)

Güllələnmiş heykəllərŞuşa şəhərində yerləşən abidə.

Güllələnmiş heykəllər
Üzeyir Hacıbəyov, Xurşidbanu NatəvanBülbülün heykəli
Ölkə Azərbaycan Azərbaycan
Yerləşir Şuşa, Azərbaycan
Layihə müəllifi Xanlar Əhmədov[1]
Vəziyyəti Normal
Material Tunc
Saxlanıldığı yer Əvvəl: İncəsənət muzeyi
İndi: Şuşa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

1982-ci ildə Heydər Əliyevin göstərişi ilə Şuşa şəhərində Üzeyir Hacıbəylinin, Xurşidbanu NatəvanınBülbülün heykəli ucaldıldı. 1992-ci il birinci Qarabağ müharibəsi zamanı heykəllər erməni vandalizmi nəticəsində zərər görmüşdür. Natəvanın baş barmağı yox idi, Üzeyir bəyin eynəyi sındırılmışdı, Bülbülün isə tunc alnı qabarmışdı. Ermənilər heykəlləri Ermənistana aparıb, orada əridib satmaq fikrində idilər. Lakin bundan xəbər tutan Polad Bülbüloğlu, Heydər Əliyevə müraciət etmişdir. Görülmüş tədbirlər nəticəsində, Heydər Əliyev tərəfindən 1993-cü ildə həmin heykəllər Bakıya gətirilib. 2000-ci ildən muzeyin kolleksiyasına daxil edilmişdir.[2]

2020-ci il ikinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Silahlı Qüvvələri noyabrın 8-i Şuşa şəhərini azad etmişdir.[3] 2021-ci ildə İlham Əliyevin göstərişi ilə heykəllər İncəsənət muzeyindən götürülüb, yenidən Şuşa şəhərinə gətirilmişdir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Dönməz Hüseyin. ""O gündən qələbəyə kökləndim" - Güllələnmiş heykəllərin müəllifi". qazet.az (az.). 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2021.
  2. Vüqar ORXAN. "Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır – "güllələnmiş heykəllər" əzəli məkanına qayıtdı". Medeniyyet.az (az.). İstifadə tarixi: 16 yanvar 2021.
  3. "Şuşa işğaldan azad edildi". asoiu.edu.az (az.). İstifadə tarixi: 8 noyabr 2020.[ölü keçid]