Güllərim (mahnı)

Güllərim — sözləri Nəbi Xəzriyə, musiqisi Arif Məlikova aid Azərbaycan mahnısı. Mahnının ilk ifaçısı Zeynəb Xanlarovadır. Sonralar mahnı Nisə QasımovaBrilliant Dadaşovanın ifasında da özünəməxsus məşhurluq qazanıb.

"Güllərim"
İfaçılar Zeynəb Xanlarova
Nisə Qasımova
Brilliant Dadaşova
Yazılma tarixi 1974
Dil azərbaycanca
Müddət 5:36
Bəstəkar Arif Məlikov
Sözlərin müəllifi Nəbi Xəzri

1974-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Nəbi Xəzrinin "Əks-səda" pyesi hazırlanır. Tamaşanın quruluşçu rejissoru Əşrəf Quliyev, bəstəkarı isə Arif Məlikov olur. Əsərin məzmununa görə qəhrəmanlardan biri – taleyi gətirməmiş Çinarə Bakıda xəstəxanada müalicə alarkən öz hisslərini, həyatındakı gərgin məqamları ifadə edən bir mahnı oxumalıdır. Mahnının adı isə "Güllərim"dir. Mahnın oxunması, bəstəkar Arif Məlikovun seçimi ilə Zeynəb Xanlarovaya həvalə edilir.

Mahnı işlənib hazırlandıqdan sonra lent yazısının bir nüsxəsi Azərbaycan Radiosuna təhvil verilir, bir nüsxəsi də tamaşada istifadə edilmək üçün teatra göndərilir. Lakin tamaşada həmin yazıdan istifadə olunmur. Yaradıcı heyət, tamaşada bu mahnını Çinarə rolunun ifaçısı – gənc aktrisa Sevil Xəlilovanın özü tərəfindən ifa edilməsini təklif edir. Sonralar aktrisa Sevil Xəlilova etiraf edib ki, radioda bu mahnını Zeynəb Xanlarovanın ifasında eşidərkən qəribə hisslər keçirirmiş.

Haqqında deyilənlər

[redaktə | mənbəni redaktə et]
" Axşamüstü mətni mənə gətirdilər. Royalın arxasına keçib bir qədər işlədikdən sonra mahnını yazdım. Mahnını yazmaq üçün partitura lazım deyildi, o mahnıya da nə lazım olduğunu bilirdim: xalq çalğı alətlərinin müşayiəti gərək idi, müğənni olaraq da Zeynəb xanımı gördüm. Zeynəb xanımla elə studiyada görüşüb məşq etdik və mahnını lentə aldıq.
"
" Mən mahnının tamaşa üçün yazıldığını bilmirdim, ürəyimə yatdığı üçün oxudum.
"
Vida ömrün qışına,
Güllər yağsın başına,
Batım gül yağışına.

Nəqərat:

Töksün leysan güllərim,
Əlvan-əlvan güllərim,
Şirin sözlü güllərim,
Mavi gözlü güllərim.
Ləklərdən güllər aşır,
Güllər yanır, alışır,
Güllər nədən danışır?..