"Vətəndaş A" – Azərbaycan çoxseriyalı filmi. Müasir dövrə adaptasiya edilməklə, Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilmişdir.
Vətəndaş A | |
---|---|
Janr | Dram |
Əsaslanır | Cəfər Cabbarlının "Almaz" əsəri |
Rejissor | Elvin Rüstəmzadə |
Operator | Vasif Vəlizadə |
Prodüser | Sevinc Əliyeva |
Ssenarist | Asiman Ağa Rövşən |
Rollarda |
Qurban İsmayılov Günəş Mehdizadə Şamil Süleymanlı Nəsibə Eldarova Şövqi Hüseynov |
Bəstəkar | Vüqar Məmmədzadə |
Rəssam | Vüqar Qurbanov |
İstehsalçı ölkə | Azərbaycan |
İl | 2024 |
Studiya | SFN Film |
Dil | azərbaycanca |
İlk çıxış tarixi | 21 sentyabr 2024 |
Növü | çoxseriyalı film |
Rəng | rəngli |
Mövsüm sayı | 1 |
Seriya sayı | 12 |
Telekanal | İctimaiTV |
Vətəndaş A - 1ci Bölüm |
Dram janrında olan çoxseriyalı film, "SFN film" studiyası istehsal etmişdir və 21 sentyabr-7 dekabr 2024-cü ildə İTV-də yayımlanmışdır.
Çoxseriyalı film vətəndaşın kimliyini, bu kimliyin bir cəmiyyətin timsalında təşəkkül prosesini vurğulamağı və vətəndaş kimliyinin formalaşmasında təhsilin həlledici əhəmiyyətini göstərməyə çalışır. Filmin baş qəhrəmanı Almaz (Günəş Mehdizadə) Bakıdan Abdalbəyli adlı ucqar dağ kəndində məktəbdə işləməyə təyinat almış tarix müəllimidir. Kəndə gələn Almaz dərs dediyi məktəbdə və kəndin özündə baş verən qanunsuzluqlar, özbaşınalıqlar, həmçinin qadın hüquqları uğrunda mübarizə aparır.[1]
"SFN Film" şirkəti istehsal olunub. Serialın ssenarisini Asiman Ağa Rövşən Cəfər Cabbarlının "Almaz" pyesindən təsirlənərək yazmışdır. Lakin ssenari həm süjeti, həm obrazları, həm dialoqları etibarilə pyesdən tamam fərqlidir. Prodüseri Sevinc Əliyeva olan "Vətəndaş A" rejissor Elvin Rüstəmzadə tərəfindən 2024-cü ildə ekranlaşdırılmışdır.
Teleserialın çəkilişlərinə 2023-cü ilin başlanılıb və 2024-cü ildə yanvar ayında yekunlaşıb.[2] Serialdan ilk fraqmentlər isə 19 may 2024-cü ildə yayımlanıb. Çəkilişlər Daşkəsənin Bayan kəndində, Şamaxı və Bakı şəhərlərində baş tutmuşdur.[3] Ekran işinin ilk bölümündə Almazın rayona gəldiyi avtobus səhnəsi üç bölgədə – Şamaxı, Lahıc və Daşkəsəndə lentə alınıb. Bir neçə dəqiqəlik səhnə 7 gün ərzində çəkilib.[4]
Rol | Adı |
---|---|
Prodüser | Sevinc Əliyeva |
Ssenari müəllifi | Asiman Ağa Rövşən |
Qurluşçu rejissorlar | Elvin Rüstəmzadə Dilarə Vəliyeva Anar Almazov |
Operatorlar | Vasif Vəlizadə Çingiz Qulaməliyev |
Bəstəkar | Vüqar Məmmədzadə |
Səs rejissoru | Nadir Mahmudov |
Səs operatoru | Emin Mahmudov |
Qurluşçu rəssam | Vüqar Qurbanov |
Montaj | Ruslan Hümmətov Vəsfi Bulud |
Gaffer | Məhəmməd Əhmədov |
Rəng korreksiyası | Etka Kızıltepe |
Geyim | Ülviyyə Verdiyeva |
Qrim | Samirə Mustafayeva Nərmin Hacıyeva |
İcraçı | Orxan Cahangir |
Rol | Aktyor/Aktrisa |
---|---|
Almaz | Günəş Mehdizadə |
Hacı Əhməd | Qurban İsmayılov |
Sadıq müəllim | Şamil Süleymanlı |
Səid | Elsevər Rəhimov |
Fərqanə | Zəhra Əlisoy |
Səadət | Zülfiyyə Qurbanova |
Vidadi | Niyaz İlyasoğlu |
İqbal | Əlibəy Məmmədli |
Yunis | Eltəkin Xan |
Dadaş | Emil Həmidov |
şair Dünyamalı | Rauf Şahsuvarov |
Fəttah | Şövqi Hüseynov |
Ülvi (Fərqanənin atası) | Anar Səfiyev |
bələdiyyə sədri Cümşüd | Oqtay Mehdiyev |
Validə | Nəsibə Eldarova |
Gülzar | Nigar Mürsəlova |
Cabbar (Fərqanənin babası) | Ötkəm İsgəndərov |
Təvəkkül | Rasəf Mehdiyev |
Təranə müəllimə | Xalidə Əliməmmədova |
Fəqan | Elşad Şirinov |
İsmayıl | Toğrul İsabəyli |
Əşrəf Orucov | |
müəllim | Elnur Axundov |
Cavid Baba | |
çoban | Vaqif Kərimov |
notarius | Rüstəm Rüstəmov |
№ | Başlıq | Orijinal yayım tarixi |
---|---|---|
1 | "1-ci bölüm" | 21 sentyabr 2024 |
2 | "2-ci bölüm" | 28 sentyabr 2024 |
3 | "3-cü bölüm" | 5 oktyabr 2024 |
4 | "4-cü bölüm" | 12 oktyabr 2024 |
5 | "5-ci bölüm" | 19 oktyabr 2024 |
6 | "6-cı bölüm" | 26 oktyabr 2024 |
7 | "7-ci bölüm" | 2 noyabr 2024 |
8 | "8-ci bölüm" | 9 noyabr 2024 |
9 | "9-cu bölüm" | 16 noyabr 2024 |
10 | "10-cu bölüm" | 23 noyabr 2024 |
11 | "11-ci bölüm" | 30 noyabr 2024 |
12 | "12-ci bölüm" | 7 dekabr 2024 |