Maqsud İbrahimbəyov

Maqsud İbrahimbəyov (11 may 1935, Bakı22 mart 2016, Bakı) — Azərbaycan yazıçısı, nasir, kinodramaturq, rejissor, 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976), Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili (1995, 2000, 2005), Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, ABŞ-nin Luiziana ştatının Fəxri Senatoru, ABŞ-nin Minneapolis şəhərinin Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN klubunun prezidenti.[2] "Şöhrət" (1995) və "İstiqlal" (2005), "Şərəf" (2015) ordenləri laureatı. Azərbaycan Respublikasının xalq yazıçısı Rüstəm İbrahimbəyovun böyük qardaşıdır.

Maqsud İbrahimbəyov
Maqsud Məmməd İbrahim oğlu İbrahimbəyov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Anna İbrahimbəyova[1]
Atası Məmməd İbrahim İbrahimbəyov
Təhsili Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsi (1955-1960)
Moskva Ali rejissorluq kurslarında müdavim (1971-1973)
Fəaliyyəti yazıçı, dramaturq, siyasətçi, kinorejissor, ssenarist, film ssenaristi[d]
Fəaliyyət illəri 1960-2016
Əsərlərinin dili Azərbaycan dili, rus dili
Janrlar nəsr, teatr pyesi
İlk əsəri "Mezozoy əhvalatı"
Mükafatları
maksudibragimbekov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Onun ilk kitabı 1961-ci ildə işıq üzü görüb. Yazıçının kitabları dünyanın bir çox ölkəsində dərc edilib. 36 xarici dilə tərcümə olunub. SSRİ-nin və Azərbaycanın Dərgilərində çap olunub. Maqsud İbrahimbəyovun ən məşhur romanları arasında "Bütün yaxşılıqlara görə ölüm", "Truskaveçə kim gedəcək" , "Ondan yaxşı qardaş yox idi", " Qoy o bizimlə qalsın", "Bayquş gəldi", "Kərgədan buynuzu" və digərlərinin adını çəkmək olar. Onun bir çox əsərləri həm Azərbaycanda, həm də ölkənin hüdularından kənarda müxtəlif kinostudyalarda ekranlaşdırılıb, pyesləri isə 50 teatrda tamaşaya qoyulub.

Azərbaycan SSR Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis (1960–1962), Moskva Ali Ssenaristlər Kursunda müdavim (1962–1964)[3], Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964–1971), Moskva Ali Rejissorluq Kurslarında müdavim (1971–1973) olmuşdur.

Maqsud İbrahimbəyov 22 mart 2016-cı ildə Bakı şəhərində gecə saatlarında vəfat etmişdir və 23 mart 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilərək I Fəxri Xiyabanda dəfn edilmişdir.[4][5][6]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Bədii yaradıcılığa 1960-cı illərdən başlamışdır. Nasir, dramaturq, kinossenarist[7] və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınmışdır. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutmuşdur. "Mezozoy əhvalatı", "Bayquş gəlmişdi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün — ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilmişdir.

"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılmışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. "Bayquş gəlmişdi" və "Bütün yaxşılıqlar üçün — ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatı verilmişdir.

Azərbaycan Penklubunun (beynəlxalq yazıçılar təşkilatının) sədridir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (Beynəlxalq əlaqələr üzrə katib) seçilmişdir (1991). Azərbaycan Respublikası Milli Məclisinin üzvüdür. Kuba (1967) və İspaniyaya (1980) sovet nümayəndə heyətinin tərkibində rəsmi səfərdə, Monqolustan (1978) və Almaniya Demokratik Respublikasında (1980) yaradıcılıq ezamiyyətində olmuşdur. Amerikanın Luiziana ştatının fəxri senatoru və Minneapolis şəhərinin fəxri vətəndaşı seçilmişdir.

2023-cü ildə Nadejda İsmayılovanın yazıçıya həsr olunmuş "Maqsud əbədidir" kitabı işıq üzü görmüşdür[8][9].

  1. Катастрофа. Баку: Азернешр, 1963, 72 стр.
  2. Фисташковое дерево. Баку: Азернешр, 1965, 114 стр.
  3. Последняя ночь детства. М.: Детская литература, 1968, 112 стр.
  4. Где та дорога. Баку: Гянджлик, 1969, 80 стр.
  5. Немного весенного праздника. М.: Советский писатель, 1973, 208 стр.
  6. Незнакомая песня. М.: Молодая гвардия, 1974, 271 стр.
  7. Две повести. Баку: Гянджлик, 1975, 157 стр.
  8. Мезозойская история. М.: Искусство, 1976, 68 стр.
  9. За всё хорошее — смерть. Баку: Гянджлик, 1978, 158 стр.
  10. В один прекрасный день. М.: Советский писатель, 1980, 526 стр.
  11. Пусть он останется с нами. Новосибирск, Изд. Западный Сибирь, 1982, 192 стр.
  12. История с благополучным концом. Баку: Язычы, 1983, 598 стр.
  13. История с благополучным концом (второе издание). Баку: Язычы, 1984, 598 стр.
  14. Böyük şəhərin nağılları. Bakı: Gənclik, 1985, 284 səh.
  15. Bütün yaxşılıqlara ölüm. Bakı: Azərnəşr, 1993, 376 səh.
  1. Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
  2. Aslan və iki öküz (film, 1970)
  3. Ayı və siçan (film, 1970)
  4. Azadlıq adasında (film, 1967)
  5. Azadlıq adasının elçiləri Azərbaycanda (film, 1968)
  6. Bakı qalası (film, 1973)
  7. Bakı. Müharibə illəri (film, 1985)
  8. Bayquş gələndə... (film, 1978)
  9. Bir az da Bahar bayramı (film, 1979)
  10. Bir nəfər hamıya görə (film, 1989)
  11. Bizim Cəbiş müəllim (film, 1969)
  12. Böyük ömrün anları (film, 2006)
  13. De ki, məni sevirsən! (film, 1977)
  14. Ən vacib müsahibə (film, 1971)
  15. Gənc qadının kişisi (film, 1988)
  16. Günlərin bir günü... (film, 1976)
  17. Heyif siqnalından (film, 1978)
  18. Məğlubedilməzlər (film, 1983)
  19. Mezozoy əhvalatı (film, 1976)
  20. Orijinal üsul (film, 1983)
  21. Super ağcaqanad (film, 1981)
  22. Sürücünün aqibəti (film, 1973)
  23. Uşaqlığın son gecəsi (film, 1968)
  24. Yarımçıq qalmış mahnı (film, 1979)
  25. Yaxşı qurtardıq (film, 1985)
  26. Yeddi gözəl (film, 1982)
  1. "Prezident İlham Əliyev Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.
  2. Maqsud İbrahimbəyov [ölü keçid]
  3. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  4. "Maqsud İbrahimbəyovu itirdik". 2016-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-22.
  5. "Maqsud İbrahimbəyov vəfat etdi". 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-22.
  6. "Səda — Maqsud İbrahimbəyovla vida mərasimi keçirilib (23.03.2016)". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-23.
  7. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 272–274.
  8. AzTV. "Maqsud İbrahimbəyova həsr olunan kitab təqdim olundu" (az.). Youtube.com. 03.06.2023. 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-04.
  9. Real TV. "M.İbrahimbəyova tədbir həsr edildi - Tədbirdə xalq yazıçısı haqqında kitab və tamaşa təqdim olundu" (az.). Youtube.com. 03.06.2023. 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-04.
  10. Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1976-cı il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il tarixli Qərarı Arxivləşdirilib 2017-09-25 at the Wayback Machineanl.az saytı
  11. Respublikanın ədəbiyyat xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2017-09-25 at the Wayback Machineanl.az saytı
  12. "M. M. İbrahimbəyovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  13. ""Xalq yazıçısı" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  14. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  15. "M. M. İbrahimbəyovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  16. "M.M. İbrahimbəyovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]