Süsən Məcidova (1916, Bakı – 24 iyun 1985) — Azərbaycan aktrisası.
Süsən Məcidova | |
---|---|
Süsən Hacıaslan qızı Məcidova | |
Doğum tarixi | 1916 |
Doğum yeri | |
Vəfat tarixi | 24 iyun 1985 |
Fəaliyyəti | aktrisa |
Mükafatları |
Süsən Məcidova 1916-cı ildə Bakıda doğulub. Dördillik ibtidai təhsil alıb. Səhnəyə ilk dəfə 1929-cu ildə dram dərnəyində çıxıb. Tezliklə Türk İşçi Teatrının tamaşalarında kütləvi səhnələdə iştirak edib, epizod rollar oynayıb. 1933-cü ildən GTT-nin aktyor truppasına daxil olub və ömrünün sonuna kimi bu səhnədən ayrılmayıb.
17 iyun 1943-cü il-də Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Duzlu yumoru, canlı dinamikası, güclü səhnə temperamenti, əlvan və realist ifadə vasitələri vardı. Romantik ruhlu, monumental səpkili, epik pafoslu rolları da şövqlə oynayıb. Çılğın ehtiraslı və qroteskii rollarda məharəti daha parlaq şəkildə səhnə təcəssümü tapırdı.
Teatrda yüzdən çox rol oynayan aktrisamn daha çox uğur qazandığı əsas səhnə obrazları bunlardır: Yetər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Nərgiz ("Nərgiz", Mirmehdi Seyidzadə), Javklina, Zerbinetta ("Zorən təbib" və "Skapenin kələkləri", Jan Batist Molyer), Arabella Qlenervan ("Kapitan Qrantın uşaqları", Jül Vern), Qaraca qız, İfritə, Badam ("Qaraca qız", "Vətən" və "Xasay", Abdulla Şaiq), Sevgül ("Azad", Əyyub Abbasov), Anacan ("Anacan", Yusif Əzimzadə), Nabat ("Tamahkar", Süleyman Sani Axundov), Şərəbanı ("Yaşar", Cəfər Cabbarlı), Səkinə xala ("Keçən ilin son gecəsi", Anar), Sərvinaz ("Aqil və Sərvinaz", Əyyub Abbasov), Dayə ("Romeo və Cülyetta", Vilyam Şekspir), Yuliya ("Ovod", Etil Voyniç), Məhəbbət ("Dağ seli", Əfqan Əsgərov), Nabat ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli), Şaban nənə ("Danabaş kəndinin məktəbi", Cəlil Məmmədquluzadə), Faina ("Qastello", İsidor Ştok), Ana ("Rübailər aləmində", Məmmədhüseyn Təhmasib), Balaca ataman ("Qarlar Kraliçası", Yevgeni Şvarts), Sənubər ("İmtahan", Həsən Seyidbəyli), Həlimə ("Etibar", Rauf İsmayılov).