Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti

Paris şəhərindən 25 km məsafədə yerləşən Lövil-sür-Orj qəsəbəsindəki Gürcüstan Demokratik Respublikasının sürgün hökumətinin mənzil qərargahı.

Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti (gürc. საქართველოს დემოკრატიული რესპუბლიკის მთავრობა ემიგრაციაში) - Gürcüstan Demokratik Respublikasının parlamentinin üzvləri və hökumət rəhbərlərindən təşkil olunmuş Fransanın paytaxtı Paris şəhəri yaxınlığında uzun müddət fəaliyyət göstərmiş sürgün hökuməti. Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti 1921-ci ilin 17 mart tarixində Qızıl Ordunun Gürcüstanı işğalından sonra yaranmışdır və təşkilat özünü rəsmi yazışmalarda Gürcüstanın Milli Hökuməti şəklində adlandırmışdır.

Gürcüstan Demokratik Respublikasının II və III kabinetinin rəhbəri olmuş Noy Jordaniya.

Fransaya sürgün

[redaktə | mənbəni redaktə et]

1921-ci ilin mart ayında Qızıl Ordunun Gürcüstanı işğalı nəticəsində ölkədə idarə olunmaz vəziyyət yaranmışdır. 1921-ci ilin 18 mart tarixində Batumi şəhərində Nikolay Çxeidze[1] rəhbərliyi ilə keçirilmiş parlamentin son iclası zamanı Gürcüstan Demokratik Respublikasının Noy Jordaniya rəhbərliyi altında sürgünə göndərilməsinə qərar verilmişdir. Elə həmin gün hökumət üzvləri, Gürcüstanın Təsis Məclisinin bir neçə deputatı, bir neçə hərbçi və onların ailə üzvləri Ernest Renan adlı gəmiyə minərək əvvəlcə Türkiyənin İstanbul şəhərinə oradan isə Fransanın paytaxtı Paris şəhərinə gələrək burada siyasi sığınacaq üçün müraciət etmişdilər.

1924-cü il qiyamına hazırlıq

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Avqust qiyamı
Gürcüstan Demokratik Respublikasının ilk Baş Naziri olmuş Noe Ramişvili 1930-cu ilin 7 dekabr tarixində Paris şəhərində bolşevik xəfiyyələr tərəfindən öldürülmüşdür.

Hökumət rəsmiləri Gürcüstan Demokratik Respublikasının maliyyə fondlarından istifadə edərək Fransanın Paris şəhəri yaxınlığında yerləşən Lövil-sür-Orj (fr. Leuville-sur-Orge) qəsəbəsində 5 hektar sahəsi olan malikanə satın alınmışdır. Qala olaraq adlandırılan malikanə üç mərtəbəli olmaqla tikilmişdir. Leuville qəsəbəsi sürgündə olan hökumətin əsas mərkəzi olaraq hadisələrin sonuna qədər fəaliyyət göstərmişdir. Mühacirlərin hər zaman maddi çətinlik yaşamaqlarına baxmayaraq, sürgün hökuməti Gürcüstan Demokratik Respublikasının əsas hərəkətverici siyasi qüvvələrindən olan Sosial Demokrat PartiyasıGürcüstanda mövcud olan digər anti-sovet birləşmələrlə sıx əlaqələr qurmağı bacarmışdır.

Sürgün hökumətinin Gürcüstan Azadlıq Komitəsinə göstərmiş olduğu yardımlar nəticəsində 1924-cü ildə bütün ölkəni əhatə etmiş avqust qiyamı həyata keçirilmişdir. 1924-cü ilin avqust-sentyabr aylarında Gürcüstan Sovet Sosialist Respublikasında baş tutmuş avqust qiyamı SSRİ ərazisində həyata keçirilmiş ən böyük anti-sovet hərəkatı kimi qeyd edilməkdədir. Qiyamın əsas məqsədlərindən biri də, Gürcüstandakı bolşevik hakimiyyətinə son qoyub, Fransada məskunlaşmış sürgün hökumətini yenidən hakimiyyətə gətirmək olmuşdur. Qiyamdan az əvvəl sürgün hökumətin kənd təsərrüfatı naziri Noe Khomeriki[2] , Tbilisi şəhərinin keçmiş meri Benia Çxikvişvili[3] və Xalq Qvardiyasının keçmiş komandiri Valiko Jugheli[4] gizli olaraq Gürcüstana qayıtmışdır. Çeka tərəfindən izlənən hər üç şəxs həbs edilmiş və daha sonra isə edam edilmişdir.

Gürcüstana beynəlxalq diqqət

[redaktə | mənbəni redaktə et]
GDR sürgün hökumətinin 19531954-cü illərdə rəhbəri olmuş Yevgeni Gegeçkori.

Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti Fransada fəaliyyət göstərməyə başladığı ildən etibarən bir necə dəfə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışmışdır. Gürcüstandakı sovet hakimiyyətinə son qoymağa çalışan hökumət, 19221924-cü illərdə bir necə memordanumu Gürcüstanın suverenliyini dəstəkləyən İngiltərə, Fransaİtaliya hökumətlərinə, həmçinin Millətlər Liqasına göndərmişdir. Ümumiyyətlə, dünya dövlətləri Sovet Sosialist Respublikaları İttifaqının artmaqda olan gücü qarşısında Gürcüstanın işğal edilməsi məsələsinə laqeyd yanaşmışdır. Sürgün hökumətinin bütün səylərinə baxmayaraq, Gürcüstan probleminin işıqlandırılması bir necə qərb mətbuat orqanında və Oliver Vardrop kimi gürcüşünaslıqla məşğul olan şəxslərin fərdi təşəbbüslərindən uzağa getməməmişdir. Qərbi Avropa bu məsələdə tərəfsiz qalmağa üstünlük vermişdir.[5]

Gürcü mühacirlər zamanla böyük güc olaraq adlandırlan dövlətlərdən hər hansısa bir dəstəyin gəlməyəcəyinə əmin olmağa başlamışdılar. Nikolay Çxeidzenin 1926-cı ildə intihar etməsi[6]Gürcüstan Demokratik Respublikasının ilk dövlət başçısı olmuş mühacir hökumətin əsas simalarından sayılan Noe Ramişvilinin 1930-cu ilin 7 dekabr tarixində[7] Parisdə bolşevik cəsuslar tərəfindən öldürülməsi sürgün hökumətinin fəaliyyətinə ciddi formada mənfi təsir göstərmişdir.

SSRİ xüsusi xidmət orqanları Avropada və xüsusi ilə Fransada fəaliyyət göstərən əməkdaşlarının bir çoxu İkinci Dünya müharibəsindən əvvəl və sonra Gürcüstan Demokratik Respublikasının sürgün hökumətinin daxilinə sızmağı bacarmışdır. SSRİ-də Baş Dövlət Təhlükəsizliyi Komissarı olmuş Lavrenti Beriya sürgün hökumətin fəaliyyətinin zərərsizləşdirilməsində yaxından iştirak etmişdir.

Noy Jordaniya hökumətinin Gürcüstanı tərk etməsinə qədər Gürcüstan Demokratik Respublikasının beynəlxalq səviyyədə tanınması istiqamətində müxtəlif addımlar atılmışdır. Gürcüstan SSR-nin yaradılmasından sonra Noy Jordaniya və tərəfdarları sürgün hökumətinin tanınması yolunda Parisdəki mərkəzlərindən sistemli fəaliyyətə başlamışdılar. Sürgün hökumətini ilk tanıyan dövlətlər 1921-ci ilin 28 mart tarixində Liberiya1921-ci ilin 12 may tarixində isə Meksika olmuşdur. Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti bir müddət Polşa, Belçika, Böyük BritaniyaFransa tərəfindən Leqitim Gürcüstan hökuməti kimi tanınmışıdır.[8]

Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti praktiki olaraq 1932-ci ilə qədər Paris yaxınlığında yerləşən Lövil-sür-Orj qəsəbəsindəki iqamətgahında fəaliyyətlərini davam etdirmişdir. 1930-cu illərdən etibarən hökumət Gürcüstan Demokratik Respublikasının sabiq ədliyyə naziri olmuş Sosipatre Asatiani başçılıq etmişdir.[9] 1932-ci ilin 29 noyabr tarixində FransaSovet Sosialist Respublikaları İttifaqı arasında Qeyri-təcavüz Paktı imzalanmış və bu pakt əsasında Fransada fəaliyyət göstərən anti-sovet təşkilat və birliklərin fəaliyyətləri faktiki olaraq sonlandırılmışdır.

GDR sürgün hökumətinin rəhbərliyi

[redaktə | mənbəni redaktə et]