Gürcüstan zadəganlarına qarşı sui-qəsd (1832)

Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (gürc. 1832 წლის შეთქმულება) — Gürcüstan dövlətçiliyini və Baqrationilər sülaləsinin hakimiyyətini bərpa etmək üçün Gürcüstanın çar ailəsi və zadəganları tərəfindən hazırlanmış çevriliş və ya sui-qəsd hadisəsi olmuşdur.

1801-ci ildə imzalanmış Georgiyevsk müqaviləsinə əsasən Şərqi Gürcüstan (Kartli-Kaxetiya) Rusiya imperiyasına ilhaq edildi. Gürcüstanın zadəgan ailələri isə Rusiyanın digər vilayətlərinə sürgün edildilər. Rus hakimiyyətindən narazı olan gürcülər, Rusiyanın bölgədən çıxmasını və gürcü zadəganlarının yenidən hakimiyyətə gəlməsini istəyirdilər.[1] Şərqi Gürcüstanın son hökmdarı XII Georginin oğlu knyaz Okropir[2] də müstəqilliyə can atan zadəganlar içərisində idi. Okropir və digər yoldaşları MoskvaSankt-Peterburqdakı gürcü tələbələr ilə toplantılar keçirərək onlara rus hakimiyyəti altındakı ölkələrinə qarşı vətənpərvərlik hissi aşılamağa çalışırdılar.[3] Beləliklə, Tiflis şəhərində Baqrationilər sülaləsini hakimiyyətə gətirmək isətəyən və gizli fəaliyyət göstərən cəmiyyət yarandı.Okropir 1830-ci ildə Gürcüstana səfər etdi. O, səfəri zamanı Gürcüstandakı sui-qəsdçilər və filosof Solomon Dodaşvili ilə görüşlər keçirdi. Həmçinin sui-qəsd planı Qərbi Gürcüstandakı Rusiya tərəfindən ləğv edilmiş İmereti çarlığından olan gürcülər və Abxaziyanın hakim sülaləsi olan Şervaşidzelər tərəfindən də dəstəklənirdi.[4]

Sui-qəsd cəhdi

[redaktə | mənbəni redaktə et]

Gürcü sui-qəsdçilərin çoxu liberal-respublikaçılar yox, monarxistlər və milliyyətçilər idi. Sui-qəsdçilərin aldığı qərara əsasən Rusiyanın Gürcüstandakı baş komandanı və ölkənin idarəetməsində rol oynayan digər şəxslər ziyafətə dəvət olunmalı və orada ödürülməli idilər.[5] Sonrakı plana isə Dəryal keçidini ələ keçirərək rusların bölgəyə göndərəcəyi dəstəyin qarşısını almaq və Qacar İranında yaşayan keçmiş Kartli-Kaxeti çarı II İraklinin oğlu Aleksandrı çar elan etmək daxil idi.[6]

Sui-qəsdin planlaşdırıldığı ziyafət 20 noyabr 1832-ci ilə planlaşdırılmışdı. Lakin ziyafət gözlənilmədən 9 dekabra və ardınca isə 20 dekabra təxirə salındı. Dekabr ayında sui-qəsdçilərin sıralarına daxil olan Palavandişvili tərəfindən bütün plan barədə səlahiyyətli şəxslərə məlumat verildi. Bundan sonra sui-qəsdçilərin hamsı həbs edildilər. Həbs olunmuş şəxslərdən on nəfərinə ölüm cəzası verildi, lakin sonradan bu qərar təxirə salındı və onlar Rusiyanın uzaq vilayətlərinə sürgün edildilər.[7]

  1. Jones, 1987, p. 57.
  2. Suny, p. 71
  3. Вачнадзе, 2008.
  4. Jones, 1987, p. 62.
  5. Jones, 1987, p. 70.
  6. Suny, 1994, p. 71.
  7. Suny, p. 72
  • Suny, R. G. The making of the Georgian nation / R. G. Suny. — 2nd ed. — [Bloomington, IN] : Indiana University Press, 1994. — 418 p. — ISBN 0-253-20915-3.
  • Jones, Stephen F. Russian Imperial Administration and the Georgian Nobility: The Georgian Conspiracy of 1832 : [англ.] // The Slavonic and East European Review. — 1987. — Vol. 65 (January). — P. 53–76.
  • Вачнадзе, Мераб. История Грузии (с древнейших времен до наших дней) часть 2, глава 2, § 3 / Мераб Вачнадзе, Михаил Бахтадзе, Вахтанг Гурули. — 2008.
  • Stephen F. Jones, "Russian imperial administration and the Georgian nobility: the Georgian conspiracy of 1832." Slavonic and East European Review 65.1 (1987): 53-76. Online