Gürsel Qüdrət oğlu İsmayılzadə (15 yanvar 1971, Bakı) — Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.
Gürsel İsmayılzadə | |
---|---|
İsmayılzadə Gürsel Qüdrət oğlu | |
16 avqust 2011 – 15 yanvar 2019 | |
Əvvəlki | Azər Hüseyn |
Vəzifədədir | |
12 mart 2020-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 yanvar 1971 (53 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | diplomat |
Atası | Qüdrət İsmayılzadə |
|
|
Təltifləri |
Gürsel İsmayılzadə 1971-ci il yanvarın 15-i Bakı şəhərində anadan olub. Bakıda fars dili təmayüllü 62 saylı məktəbi gümüş medalla bitirib. 1992-ci ildə BDU Şərqşünaslıq fakültəsi ərəb mütərcimləri bölməsindən məzun olub.
1992–93-cü illərdə AMEA Şərqşünaslıq İnstitutunda çalışıb. 1993-cü ildən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə III katib vəzifəsinə qəbul edilib.
1996-cı ildən XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə Yaponiyaya təhsil almağa ezam edilib, Tokionun Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə tədqiqatçı kimi daxil olub. 2000-ci ildə Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin doktorluq proqramına (Ph. D.) daxil olub, 2004-cü ildə Beynəlxalq Əlaqələr üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2005-ci ildə Yaponiyadakı səfirliyimizdə birinci katib, 2006-cı ildə Səfirliyin müşaviri vəzifəsinə təyin edilib.
2010–11-ci illərdə Xarici İşlər Nazirliyi İkinci (Şərq) Ərazi İdarəsinin müşaviri, nazirin katibliyinin müdiri və nazirin köməkçisi vəzifələrində çalışıb.
16 avqust 2011-ci ildə AR Prezidentinin sərəncamı ilə AR-ın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib[1].
Prezident İlham Əliyev 15 yanvar 2019-cu il tarixində Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel Qüdrət oğlu İsmayılzadənin vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb[2].
12 mart 2020-ci ildə AR-ın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri təkrar təyin edilib[3].
İngilis, yapon, rus, ərəb dillərini bilir. Evlidir, bir övladı var.
Atası alim, arxeoloq Qüdrət Seyfulla oğlu İsmayılzadədir. 1934-cü il təvəllüdlü Q. İsmayılzadə tarix elmləri doktoru, professor, BDU Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiridir.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |