Qüdrət Seyfulla oğlu İsmayılzadə (24 oktyabr 1934, Bakı) — Azərbaycan arxeoloqu, tarix elmləri doktoru, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının professoru, "Şöhrət" ordeni laureatı (2019).[1]
Qüdrət İsmayılzadə | |
---|---|
Qüdrət Seyfulla oğlu İsmayılzadə | |
Doğum tarixi | 24 oktyabr 1934 (88 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Arxeologiya |
Elmi dərəcəsi | |
Elmi adı | professor |
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | Otari Çaparidze |
Mükafatları |
1934-cü il 24 oktyabrda Bakı şəhərində neftçi ailəsində anadan olmuşdur. 1952-ci ildə 208 saylı orta məktəbi bitirmişdir. Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadənin atasıdır.
1952-1957-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi olmuşdur. 1960-1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasının aspirantı olmuşdur. Namizədlik dissertasiyası – «Qərbi Azərbaycanın qədim mədəniyyəti tarixinə dair», Tbilisi Dövlət Universiteti, 12 fevral 1964-cü il Qarabağ, Azıx, Sarıtəpə və digər arxeoloji ekspedisiyalarında iştirak etmişdir. 1964-1988-ci illərdə Füzuli arxeoloji ekspedisiyasına rəhbərlik etmişdir. Doktorluq dissertasiyası – «Azərbaycanın erkən tunc dövrü mədəniyyəti», Gürcüstan Elmlər Akademiyası, Tarix İnstitutunun Elmi Şurası, 28 oktyabr 1983-cü il.
1957-1958-ci illərdə Azərbaycan SSR Yardımlı rayonu Arus və Mirimli kənd məktəblərində tarix və rus dili müəllimi işləmişdir. 1958-1977-ci illərdə Azərbaycan Elmlər Akademiyası: Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya sektorunun əməkdaşı olmuşdur; hal-hazıradək Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlıq edir. 1977-ci ildən hal-hazıradək Bakı Dövlət Universiteti: «Ümumi tarix» kafedrası, «Qədim dünya və Orta əsrlər tarixi» kafedrası, «Arxeologiya və Etnoqrafiya» kafedrasında çalışır 1989-1990-cı illərdə AFR-də Azərbaycanın maddi mədəniyyəti haqqında mühazirələr oxumuşdur Troya, Boğazköy və Altıntəpə kimi dünya əhəmiyyətli abidələrdə arxeoloji qazıntılarda iştirak etmişdir. 200-dən artıq elmi məqalə və monoqrafiyanın müəllifidir. 1971-2008-ci illərdə Bakı Dövlət Universitetində Qədim Şərq, Yunanıstan və Roma svilizasiyaları haqqında mühazirələr oxumuşdur. Hal-hazırda Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri vəzifəsində çalışır, Ümumi arxeologiya və Azərbaycan arxeologiyası üzrə mühazirələr oxuyur. Beynəlxalq arxeoloqlar Assosiasiyasının üzvü, Türkmənistan prezidenti yanında Şərqin mədəni irsinin öyrənilməsi üzrə Elmi Şuranın və Rusiya arxeoloqlar cəmiyyətinin Azərbaycan bürosunun üzvüdür. «Miras» jurnalının beynəlxalq redaksiya şurasının üzvüdür. «Azərbaycan Arxeologiyası» jurnalının baş redaktorudur. Ümumi arxeologiya və Azərbaycan arxeologiyası dərslərini aparır 150-dən artıq elmi məqalənin, 3 elmi monoqrafiyanın, 2 elmi-populyar kitabın, 1 dərs vəsaitinin müəllifidir. 1 elmlər doktoru və 5 elmlər namizədi yetişdirmişdir
Ümumi arxeologiya, Azərbaycan arxeologiyası, Qədim mədəniyyətlər və sivilizasiyalar BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI Müxtəlif illərdə Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Aşqabad, Bakı, Tbilisi, İrəvan, Təbriz, Tehran, Berlin, Saar-Brükke, Astana və digər şəhərlərdə keçirilən elmi konfranslarda iştirak etmişdir.[2]