Portuqaliya Şahzadəsi Henrike, Viseu Hersoqu (4 mart 1394, Portu, Portuqaliya krallığı[3] – 13 noyabr 1460[1][2][…]) — daha çox "Gəmiçi" Henri ( port. Infante Dom Henrique, o Navegador) adı ilə tarixdə məşhurlaşıb. Henrik "Gəmiçi" adlandırılsa da heç vaxt açıq dənizə səyahətə çıxmamışdır, lakin coğrafi kəşflərə çıxan səyyahlara maddi dəstək vermişdir. Henrike Portuqaliya Kralı I Joao-nun dördüncü oğlu idi və heç vaxt Portuqaliya kralı olmayıb. Anası Filippa İngiltərə kralı IV Henrinin bacısı idi.[5]
Gəmiçi Henri | |
---|---|
port. Henrique de Avis, 1.º Duque de Viseu | |
Doğum tarixi | 4 mart 1394 |
Doğum yeri | |
Vəfat tarixi | 13 noyabr 1460[1][2][…] (66 yaşında) |
Atası | I Juan[4] |
Anası | Lankasterli Filipa[4] |
Fəaliyyəti | zabit |
Vikianbarda əlaqəli mediafayllar |
Henri dənizçiliyi inkişaf etdirərək həm yeni ticarət yollarının kəşf edilməsini, həm də Qərbi Afrikada xristianlığın yayılmasını istəyirdi. O, 21 yaşı olarkən atasını müsəlman Marinilər dövlətinin ərazisi olan Keuta limanını işğal etməyə razı saldı. Bu liman Cəbəllütariq boğazında yerləşdiyindən strateji əhəmiyyəti var idi. Digər tərəfdən bu liman, Portuqaliya sahillərində soyğunçuluq edən dəniz quldurlarının bazası idi. Bu uğurdan sonra Henrike avropalı dənizçilərə patronluq edərək Qərbi Afrikada kəşflər aparılmasına və buradakı qızıl ticarətinin mənbəyini axtarmağa başladı.
Həmin vaxt Aralıq dənizindəki gəmilər çox ağır və yavaş idi. Bu səbəbdən də kəşflər mümkün deyildi. Henrikenin göstərişi və dəstəyi ilə yeni gəmi növü, karavella gəmiləri inşa edilməyə başlandı.[6] Bu gəmilər daha sürətli idi və daha uzağa gedə bilirdi. Bu kəşf Portuqalları qısa müddətdə okeanlarda ən güclü dövlətə çevirəcəkdi.[7]
1419-cu ildə atası Henrikeni Algarve bölgəsinə vali təyin etdi.
Algarve valisi olduğu dövrdə Saqres yarımadasında özünə malikanə tikdirən Henrike, dənizçiləri və kartoqrafları bura yığaraq, Mavritaniya sahilləri və yeni kəşf ediləcək ərazilər haqqında müzakirələr aparırdı. Bu malikanə sonradan bir çoxları tərəfindən böyük coğrafi kəşflərin təməllərinin atıldığı yer kimi tanınacaqdı. Dəstək verdiyi dənizçilərlə əldə etdiyi razılaşmaya görə Henrike dənizçilərin kəşflərdə qazandığı gəlirdən 20 faiz vergi alacaqdı.
Bu dövrdə portuqal dənizçilər Volta do Mar ( "dənizi dövrələmək") prinsipini kəşf etdilər. Bu prinsipə görə ticrət küləklərinin köməkliyi ilə Atlantik okenının şimalındakı bir çox ərazini kəşf etmək. Ticarət küləklərindən istifadənin öyrənilməsi, Böyük coğrafi kəşflər tarixindəki ən böyük tapıntılardan hesab edilir. Xristofor Kolumb da Amerika qitəsini məhz bu vasitəylə kəşf edə bilmişdi
İlk kəşlər, 1415-ci ildə Keutanın işğalından qısa müddət sonra həyata keçirildi. Atası I Joao, Joao Qonçalves Zarko ve Triştao Vaz Teyşeiraya Afrikanın qərb sahillərini kəşf etmək tapşırığı verdi. 1418-ci ildə Zarko və Teyşeiranın gəmilərinin güclü fırtınaya məruz qalaraq qərbə doğru getdi, onlar Porto Santo adı verdikləri bir adada dayana bildilər. Henrike Porto Santonu koloniyalaşdırmaq göstərişi verdi. 1420-ci ildə isə Porto Santo yaxınlığındakı Madeyra adası koloniyalaşdırıldı.
Katalon kartoqrafı Qabriel de Vallsekanın çəkdiyi bir cədvəl, ilk dəfə 1427-ci ildə Dioqo de Silveş tərəfindən Azor adalarının kəşf edildiyini göstərirdi. 1431-ci ildə Qonçalo Velhoya, de Silves tərəfindən kəşf edilən adaların dəqiq yerini tapmaq üçün tapşırıq verildi. Təxmin edilir ki, pis hava səbəbiylə Velho Saqresə qayıtmazdan əvvəl Şərq Arxipelaqının cənubundakı Formiqasa qədər gedib çıxdı.
Həmin vaxt, portuqal dənizçilər Sarqass dənizinə çatmışdılar, sarqassum dəniz yosunları yetişdiyi üçün bu adı vermişdilər.
Henrikeyə qədər, Afrika səhralarının sahilindəki Bojador burnu Avropanın ən cənub nöqtəsi idi. 1434-cü ildə Henrikenin xidmətində çalışan Gil Eanes Bojador burnundan cənuba keçən ilk avropalı kimi tarixə keçdi. 1441-ci ildə Nuno Tristao və Antao Gonçalves yeni gəmi növündəndən istifadə edərək Blanko burnuna çatmağı bacardı. Portuqallar 1443-cü ildə Arquin körfəzinə çatmağı bacardılar və 1448-ci ildə onun sahilində starteji əhəmiyyətli qala tikdilər. 1444-cü ildə Dinis Diaş Seneqal çayını keçdi və Kabo-Verde yarımadasını dövrələdi. Bununla da dənizçilər Qərbi Sahara çölünün cənubuna çata bilmişdi. Bu hadisə Henrinin əsas arzularından birini reallaşdırmışdı: portullar müsəlman torpaqlarının ətrafından dolanaraq kölə və qızıl ticarəti ilə məşğul ola bilirdilər. Ticarət yollarının yenidən formalaşması Əl-Cəzair və Tunisi kasıblaşdırdı, Portuqaliya isə sürətlə varlanmağa başladı. 1452-ci ildə Portuqaliya ilk qızıl sikkəsi olan kruzado (cruzado) zərb etməyə başlamışdı.
1455-1456-cı illərdə Alvise Kadamosto Kabo-Vere arxipelaqını kəşf etdi. Kadamosto Kabo-Verde adalarına çatan ilk avropalı oldu. Lakin, sonradan Antonio Nolinin adaları daha əvvəl kəşf etdiyini iddia edəcəkdi. Henrikenin ölümündən sonra da Qərbi Afrikanın kəşfi davam etdi. 1462-ci ildə portuqal dənizçilə Syerra Leone sahillərinə çıxdılar. Daha sonra onlar bu dəniz yollarından istifadə edərək Hindistana dəniz yolunu kəşf edəcəkdilər.
Ölümündən sonrakı 3 əsr boyunca heç bir tarixi mənbədə Şahzadə Henrike haqqında "Gəmiçi" təxəllüsü işlədilməyib. Bu termin ilk dəfə alman tarixçilər: Haynrix Şefer və Qustav de Veer tərəfindən istifadə edilib. Sonrada iki ingilis müəllif Henri Meycor və Raymond Bizli Şahzadə Henrike haqqında yazdıqları bioqrafiyada bu təxəllüsü işlədib. Lakin, portuqallar analoji epitetin əvəzinə "İnfante dom Henrique" deməyə üstünlük verirlər.