Mağavuz nahiyəsi

Mağavuz nahiyəsiQarabağ əyalətinin bir bölgəsi idi. 1747-ci ildən sonra Qaraçorlu mahalının, 1840-cı ildən sonra Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının, 1930-cu ildən sonra Laçın rayonunun tərkibində olub.

Məğavuz nahiyəsi 1593-cü ildə

[redaktə | mənbəni redaktə et]

1593-cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyə

1593-cü ildə Osmanlı dövləti Məğaviz nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıdan çıxarış belədir:

  • Vəqazin
  • Əritaq
  • Çorman
  • Bozdoğan
  • Ərdəş
  • Pərixan
  • Qarıqışlaq
  • Qarasaqqal
  • Şılk
  • Gündüz
  • Bayındır
  • Səgaxar
  • Xəsili
  • Abdallar
  • Bozdoğan II
  • Godgai
  • Daşlı böyük
  • İlxılı
  • Moracıq məzrəsi
  • Ağbulaq
  • Həzili
  • Sos
  • Rəraxsi
  • Daşlı kiçik

Mağavuz nahiyəsi 1727-ci ildə

[redaktə | mənbəni redaktə et]

1727-ci ildə Məğavuz nahiyəsi Xaçın nahiyəsinin tərkibində yerləşirdi. Məğavuz nahiyəsinin kəndləri:

Ələyi kəndi. Kənddə heç kim yaşamırdı. Acıkənd kəndi. Kənddə heç kim yaşamırdı. Ağcakənd kəndi. Gözəlməzrə kimi tanınan bu kənddə heç kim yaşamırdı. Ağatlı kəndi. Kənddə heç kim yaşamırdı. Malayataq kəndi. Kənddə heç kim yaşamırdı. Ardəşin kəndi. Kənddə heç kim yaşamırdı. Bucanis kəndi. Kənddə heç kim yaşamırdı. Dinarin kəndi. Kənddə heç kim yaşamırdı. Sarı Hacı kəndi. Kənddə heç kim yaşamırdı. Şəqifçi kəndi. Kənddə heç kim yaşamırdı. Bircan kəndi. Kənddə heç kim yaşamırdı. Araxoş kəndi. Kənddə heç kim yaşamırdı. Caqmüşk kəndi. Kənddə heç kim yaşamırdı. Ələyi kəndi. Fərman kimi tanınan bu kənddə heç kim yaşamırdı. Isfəndiyar kəndi. Qarqar çayının yaxasında yerləşən bu kənddə heç kim yaşamırdı. Sarıbulaq yaylağı. Xoşman kimi tanınan Alpağuddakı Məğaviz ərazisindədir. Burada yaylayanlar Otuzikilər tayfasının (Hacı) Turəli oymağındandırlar. Pirmutaq kəndi. Kənddə heç kim yaşamırdı. Şəlvə kəndi. Kənddə heç kim yaşamırdı. Besibə kəndi. Heç kimin yaşamadığı bu kənd Qarqar çayının yaxasında yerləşirdi. Bəxtiyar kəndi. Kənddə heç kim yaşamırdı. Carmutaq kəndi. Kənddə heç kim yaşamırdı. Sav və Sarıquşçu kəndləri. Heç kimin yaşamadığı bu kəndlər Məğavizdədirlər. Pəhlivan kəndi. Heç kimin yaşamadığı bu kənd Məğavizdədir. Curəxaç kəndi. Kənddə heç kim yaşamırdı. Həsən Bahadır kəndi. Kənddə heç kim yaşamırdı. Dizəli kəndi. Kənddə heç kim yaşamırdı. Əşkivan kəndi. Kənddə heç kim yaşamırdı. Qarxın kəndi. Kənddə heç kim yaşamırdı. Qorçu kəndi. Göycan da adlanan bu kənd Qarqar çayının yaxasında yerləşirdi. Qoçu kəndi. Heç kimin yaşamadığı bu kənd Məğavizdədir. Güləfşar kəndi. Heç kimin yaşamadığı bu kənd Məğavizdədir. Münəvvərə kəndi. Başqa adı Mığa dərə olan bu kənddə heç kim yaşamırdı. Qarıqışla kəndi. Kənddə heç kim yaşamırdı. Qocaqurd kəndi. Kənddə heç kim yaşamırdı. Peğin məzrəsi. Heç kimin yaşamadığı bu məzrə Məğavizdədir. Böyük məzrəsi. Bu məzrə Məğavizdədir. Muncuqlu məzrəsi. Bu məzrə Məğavizdədir. Qurd Hacı məzrəsi. Bu məzrə Məğavizdədir. Kirhəzar məzrəsi. Bu məzrə Məğavizdədir. Hizin məzrəsi. Bu məzrə Məğavizdədir. Meyvətaq məzrəsi. Bu məzrə Məğavizdədir. Qaramisqal məzrəsi. Bu məzrə Məğavizdədir.