Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu

Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğu1988-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən, qədim Gəncənin ərazisi qoruq elan edilib.

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu
Sahəsi 1482 hektar
Yaradılma tarixi 1988
İdarəetmə orqanı ARMTN
Yerləşməsi
40°40′58″ şm. e. 46°21′38″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Yerləşməsi Gəncə
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu xəritədə
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu

Qədim Gəncə ərazisində tarixən müəyyənləşmiş ərazi və landşaftının qorunması, onun fərdi simasının saxlanması, bərpası məqsədilə Qoruq yaradılmışdır. Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin "Qədim Gəncə ərazisinin Tarix – Mədəniyyət Qoruğu elan edilməsi haqqında" 18 aprel 1988-ci il tarixli 136 №li qərarına əsasən elmi – tədqiqat müəssisisəsi kimi təşkil olunmuşdur. Qoruq ərazisində yerləşən elmi, tarix və yaxud bədii əhəmiyyət kəsb edən bütün tarix – mədəniyyət abidələri dövlət tərəfindən qorunur.

Qoruğun Əsasnaməsi Azərbaycan SSR Nazirlər Sovetinin 25 noyabr 1988-ci il tarixli 420 №li qərarı ilə təsdiq olunmuşdur. Qoruq bütün fəaliyyəti boyu bu Əsasnaməni rəhbər tutmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 1998-ci il tarixli 725 №li fərmanı ilə "Tarix və Mədəniyyət abidələri haqqında" qanunun qüvvəyə minməsi tarix mədəniyyət abidələrinin qorunması işində böyük addım oldu.

Qoruğun yaradılması haqqında əsasnamə 1988-ci ildə təsdiq edilsə də, Qoruq 1989-cu il 23 yanvar tarixindən fəaliyyətə başlamışdır.

Qədim Gəncə ərazisi – Qoruq 1482 ha sahəyə malikdir. Bu ərazinin 610 ha Samux rayonu inzibati ərazisi daxilindədir.

Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğunda 21,5 ştat vahidindən ibarət - rəhbər heyət, fond şöbəsi, elmi-tədqiqat şöbəsi, kütləvi ekskursiya şöbəsi və texniki heyət fəaliyyət göstərir. Qoruğun əsas vəzifəsi – qədim ərazidəki tarix və mədəniyyət abidələrinin toxunulmazlığını, abidələrin tarix və memarlıq simasını qorumaq, abidələrin aşkar edilməsi, öyrənilməsi, tədqiq olunması, biblioqrafik və tarixi tədqiqatlar, arxeoloji qazıntılar, abidələrin qeydiyyatını aparmaq, abidələrin siyahısını tərtib etmək, abidələrin təmiri, bərpası və regenerasiyası üzrə işlərin təşkili, sərgilər, fotoşəkillər, mühazirələr təşkil etmək, ekskursiyalar aparmaq, Gəncə abidələrinin elmi tarixi mədəni əhəmiyyəti haqqında əhali arasında təbliğat aparmaqdır.

IV qrup dərəcəsi ilə fəaliyyətə başlayan Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğunun Azərbaycanın qədim tarixinin, tarix və mədəniyyət abidələrini qorunmasında, onların təbliğində aparılan kütləvi iş fəaliyyəti Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəyərləndirilmiş və buna görə də 1990-cı ildə III, 1997-ci ildə II, 2002-ci ildə isə I qrup dərəcəsinə layiq görülmüşdür.

Qoruğun nəzdində arxeoloji qazıntılar və kəşfiyyat xarakterli axtarışlar zamanı qoruq ərazisindən aşkar edilmiş, eyni zamanda əhalidən əvəzsiz olaraq toplanmış Gəncə sənətkarlarının hazırladığı özünəməxsus naxışları, yazıları və ustaların möhürləri olan saxsı, küp, ayrı-ayrı qab nümunələri və fayans qab nümunələrindən, mis pullardan, mis və saxsı məişət əşyaları, tirmə parça və s. məişət əşyalarından ibarət fond muzeyi təşkil olunmuşdur. Bu muzeydə Gəncənin orta əsr sənətkarlığını əks etdirən 300-dən çox eksponat toplanmışdır. Bu eksponatların hamısı invertar nömrəsi ilə qəbul kitabına daxil edilmişdir. Qoruq işçiləri vaxtaşırı məktəblərdə təşkil edilən tədbirlərdə muzeyimizdə yerləşən eksponatların sərgisini keçirir. Muzey eksponatlarının qəbulu, qorunması yerləşdirilməsi işi ciddi rejim əsasında qurulmuşdur.

Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğuna daxil olan tikililər

[redaktə | mənbəni redaktə et]
  • Qala divarlarının qalıqları XI-XII əsrlər Köhnə Gəncə
  • 1 N-li Körpü qalıqları XI-XII əsrlər Köhnə Gəncə
  • 2 N-li Körpü qalıqları XI-XII əsrlər Köhnə Gəncə
  • 3 N-li Körpü qalıqları XI-XII əsrlər Köhnə Gəncə
  • İmamzadə türbəsi (Gəncə) XVII-XIX əsrlər Köhnə Gəncə
  • Məscid və başqa tikililər XIV-XVII əsrlər Köhnə Gəncə
  • Hasar və darvaza XVII-XVIII əsrlər Köhnə Gəncə
  • Dəyirman daşı XII əsr Köhnə Gəncə
  • Hamam qalıqları XVI əsr Köhnə Gəncə
  • Türbələr XVII-XIX əsrlər Köhnə Gəncə, qəbiristanlıqda
  • İnzibati bina 1950-ci il Gəncə şəhərinin mərkəzi
  • Gəncə qalasının divar qalıqları XVII əsr Gəncə şəhərinin mərkəzi
  1. Comərd Qəssab türbəsi
  2. Gəncə qalası (Köhnə Gəncə)

Gəncə Dövlət Tarix-Mədəniyyət qoruğunun direktorları

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]