Azərbaycanın tarixi qoruqlarının siyahısı — Azərbaycan Respublikası ərazisində mövcud olan 30 tarixi qoruğun siyahısı. Bunların 18-i tarixi-mədəniyyət, 8-i tarixi-memarlıq , 2-i tarixi-bədii qoruqlardır. Yanardağ və Tuğ həm tarixi-mədəniyyət, həm də təbiət qoruğu olaraq fəaliyyət göstəririr. Qoruqlardan 4-ü Naxçıvan Muxtar Respublikasında, 1-i isə Gürcüstanla mübahisəli ərazidədir. İçərişəhər, Qobustan və Yuxarı Baş qoruqları Ümumdünya irsidir, Atəşgah, Ordubad, Xınalıq və Şuşa qoruqları isə namizəd siyahısındadır.[1]
"Abidə qoruqlarının nümunəvi Əsasnaməsi"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına görə qoruq tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan, tarix və mədəniyyət abidələrinin, arxeoloji və memarlıq obyektlərinin, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallarının, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan binaların, xatirə yerlərinin, əşyaların yerləşdiyi və dövlət tərəfindən mühafizə edilən ərazilər və məskənlərdir. Xüsusi əhəmiyyət kəsb edən arxeoloji, etnoqrafik, memarlıq, şəhərsalma və digər komplekslər Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qoruq elan edilir.[2]
YUNESCO Ümumdünya irsi siyahısındadır. | YUNESCO Ümumdünya irsi namizəd siyahısındadır. | ||
Yalnız Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısındadır. | Yalnız Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrinin siyahısındadır. |
№ | Adı | Şəkil | Daxildir | İstinad |
---|---|---|---|---|
1 | Gülüstan tarix-mədəniyyət qoruğu | Cuğa abidələri: Cuğa körpüsü • Cuğa karvansarayı • Cuğa qalası • Cuğa türbəsi • Cuğa kilsəsi • Cuğa nekropolu Xanəgah abidələri: Əlincəçay xanəgahı • Xanəgah hamamı • Xanəgah təkiyəsi • Xanəgah nekropolları |
[7] | |
2 | Ordubad tarix-mədəniyyət qoruğu | Kilsələr: Yuxarı Əylis kilsəsi • Müqəddəs Foma kilsəsi
Məscidlər: Cümə məscidi • Meyrəmçə • Yetim • Aşağı Ambaras • Yuxarı Ambaras • Sultan Murad • Sərşəhr • Malik İbrahim • Dilbər • Mingis • Qırxayaq • Hacı Madalı • Hacı İbrahim • Hacı Məmməd Həsən • Hacı Abutalıb • Hovuz • Əngəm məscidi • Kərbəlayi Əkbər • Üçtürləngi • Çınqılbaşı • Meyramca Türbələr: Dər • Eyvaz |
[8][9] | |
3 | Gəmiqaya tarix-bədii qoruğu | [10] | ||
4 | Arpaçay tarix-mədəniyyət qoruğu | [10] |
№ | Adı | Şəkil | Daxildir | İstinad |
---|---|---|---|---|
1 | Yuxarı Baş tarix-memarlıq qoruğu | Qalalar: Nuxa qalası Saraylar: Şəki xan sarayı • Şəkixanovların evi Karvansaralar: Aşağı Karvansara • Yuxarı Karvansara Məscidlər: Xan məscidi• Cümə məscidi • Ömər Əfəndi məscidi • Giləhli məscidi • İmam Əli məscidi Hamamlar: Aqvanlar hamamı • Dərya hamamı • Yeraltı hamam Digər: Dairəvi məbəd • Xan çinarı |
[14] | |
2 | Kiş tarix-mədəniyyət qoruğu | [15] | ||
3 | İlisu tarix-mədəniyyət qoruğu | [16] | ||
4 | Zaqatala tarix-mədəniyyət qoruğu | 19 yerli əhəmiyyətli abidə | [8] | |
5 | Qəbələ tarix-mədəniyyət qoruğu | [8] |
№ | Adı | Şəkil | Daxildir | İstinad |
---|---|---|---|---|
1 | Basqal tarix-mədəniyyət qoruğu | 2 yerli əhəmiyyətli abidə | [15] | |
2 | Lahıc tarix-mədəniyyət qoruğu | 93 yerli əhəmiyyətli abidə | [8][15] | |
3 | “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu | [12] |
№ | Adı | Şəkil | Daxildir | İstinad |
---|---|---|---|---|
1 | Gəncə tarix-mədəniyyət qoruğu | Qədim Gəncə • Qədim Gəncə qalası • Comərd Qəssab türbəsi • İmamzadə türbəsi | [8][19] |
№ | Adı | Şəkil | Daxildir | İstinad |
---|---|---|---|---|
1 | “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu | [12] | ||
2 | Keşikçidağ tarix-mədəniyyət qoruğu | Keşikçidağ monastırı: Qabırrıçayın sağ sahili: Bertuban monastırı • Çiçikuri monastırı • Udabno monastırı |
[13] | |
3 | Avey tarix-mədəniyyət qoruğu | [8] |
№ | Adı | Şəkil | Daxildir | İstinad |
---|---|---|---|---|
1 | Pir Hüseyn Xanəgahı tarix-memarlıq qoruğu |
№ | Adı | Şəkil | Daxildir | İstinad |
---|---|---|---|---|
1 | Yanardağ tarix-mədəniyyət və təbiət qoruğu | [20] |
№ | Adı | Şəkil | Daxildir | İstinad |
---|---|---|---|---|
1 | Qobustan tarixi-bədii qoruğu | Ana zağa düşərgəsi • Firuz-1 düşərgəsi • Ceyranlar düşərgəsi • Firuz-2 düşərgəsi • Şonqar düşərgəsi • Maral düşərgəsi • Qobustan petroqlifləri • Qaval daşı | [8][21] |