Gənc Əli Paşa (ö. 1 oktyabr 1730) — III Əhməd səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.
Gənc Əli Paşa | |
---|---|
الشاب علي باشا | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Atası | Xəlil ağa |
Həyat yoldaşı | Ümmügülsüm Sultan |
Uşaqları |
Sultanzadə Hacı Mustafa bəy Sultanzadə Hafiz Mehmed bəy |
Doğum tarixi bilinmir. Atası Lalə dövrünün sədrəzəmi Nevşəhərli İbrahim Paşanın qardaşı Xəlil ağadır. 1711-ci ildə atasının vəfatından sonra qardaşı Mustafa ağa ilə birlikdə əmisinin himayəsinə girdi. Saraya alınaraq Əndəruna təhsil aldı. Qapıçılar kəndxudası ikən 21 fevral 1724-cü ildə baş tutan mərasimlə Sultan Əhmədin qızlarından Ümmügülsüm Sultanla nişanlandı.[1] Cütlüyün toy mərasimi isə bir neçə ay sonra baş tutdu. Bu nigahdan paşanın Mehmed (ö. 1763) və Mustafa bəy (ö. 1780) adlı 2 oğlu dünyaya gəldi. Mərasimin ardından vəzir ünvanı alan Əli Paşa əmisinin nüfusundan istifadə edərək sürətlə yüksəldi. 1727-ci ildə Qarahisar sancaqbəyi, 1728-ci ildə isə Hələb bəylərbəyi təyin edildi.
Ancaq 1730-cu ildə baş verən Patrona Xəlil üsyanı hər şeyi alt-üst etdi. Belə ki, üsyan əsnasında üsyançılar tərəfindən edamı tələb edilənlər arasında onun da adı vardı. Sultan Əhməd kürəkənini qorumaq üçün bütün vəzifələrindən azad edib paytaxtdan uzaqlaşdırmaq istədi. Ancaq üsyançılar bununla qane olmadı. Nəticədə Əli Paşa, əmisi Nevşəhərli İbrahim Paşa, onun kürəkənləri Mustafa Paşa, Mehmed Paşa və digər tələb edilənlərlə birlikdə edam edilərək üsyançılara təslim edildi. Təslim edilən digər cəsədlərlə birlikdə Əli Paşanın bədəni də şəhərin küçələrində gəzdirildi. Dəfn olunub-olunmadığı barədə dəqiq məlumat yoxdur.
Qardaşı Mustafa Paşa isə Sultan Əhmədin qızlarından Zeynəb Sultanla nigahlanmışdır.