Zeynəb Asimə Sultan (Osmanlıca: زينب بن احمد - ساليس) (8 aprel 1714, İstanbul, Osmanlı imperiyası – 25 mart 1774, İstanbul, Osmanlı imperiyası) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı.
Zeynəb Sultan | |
---|---|
osman. زینب سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 aprel 1714 |
Doğum yeri | |
Vəfat tarixi | 25 mart 1774 (59 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | III Əhməd |
Anası | Rabiyə Şərmi Sultan |
Həyat yoldaşları |
|
Uşağı | Sultanzadə Mahmud bəy |
Ailəsi | Osmanlı xanədanı |
Zeynəb Sultan 1714-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası III Əhməd, anası isə Rabiyə Şərmi Sultandır. 14 yaşı olanda Nevşəhərli İbrahim Paşanın qardaşı oğlu miraxur Mustafa ağayla evləndirildi. Tamamilə siyasi məqsədlərlə baş tutan bu evlilik 5 il sonra 1733-cü ildə həqiqi evliliyə çevrildi. 30 illik evliliyinin ardından 1764-cü ildə əri vəfat etdi. Ertəsi il isə Mələk Mehmed Paşa ilə evləndirildi və bu evliliyi ölümünə qədər davam etdi. Bu evlilikdən Sultanzadə Mahmud bəy adlı bir oğlu dünyaya gəldi. Əri isə gələcəkdə sədarətə qədər yüksəldi. Öz adına inşa etdirdiyi Zeynəb Sultan külliyəsinin həyətindəki türbəyə dəfn olundu.