Kiçik Mustafa Paşa (v. 11 fevral 1764) — Osmanlı sultanı III Əhməd, I Mahmud, III Osman və III Mustafa dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Kiçik Mustafa Paşa | |
---|---|
avqust 1762 – aprel 1763 | |
Əvvəlki | Hacı Həsən Paşa |
Sonrakı | Qarabağlı Süleyman Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 11 fevral 1764 |
Dəfn yeri | |
Atası | Xəlil ağa |
Həyat yoldaşı | |
Uşağı | Yusif bəy |
Doğum tarixi bilinmir. Atası Lalə dövrünün sədrəzəmi Nevşəhərli İbrahim Paşanın qardaşı Xəlil ağadır. 1711-ci ildə atasının vəfatından sonra qardaşı Əli ağa ilə birlikdə əmisinin himayəsinə girdi. Saraya alınaraq Əndərunda təhsil aldı. Ardından baş qapıçı və miraxur vəzifələrində xidmət etdi. 1728-ci ilin mayında vəzir rütbəsi alaraq Sultan Əhmədin qızlarından Zeynəb Sultanla nigahlandı. O əsnada hələ 8 yaşında olan sultanın toy mərasimi 5 il sonra baş tutdu.
1730-cu ildə baş tutan Patrona Xəlil üsyanı əsnasında ailəsindən bəzi şəxslərin və bəzi mühüm dövlət adamlarının görülməmiş işgəncələrlə qətlə yetirilməsinə şahid oldu və əqli xəstəliyə tutuldu. Bu səbəblə vəzifələrindən azad edilib uzun müddət müalicə edildi. Ardından 1746-cı ilin oktyabrında vəzirliklə Trabzon, 1748-ci ilin mayında Adana valisi oldu. 1757-ci ildə xanımının qardaşı III Mustafanın taxta cülusu ilə paytaxta çağırıldı. 1759-cu ilin iyununda Hələb bəylərbəyi təyin edilsə də, ertəsi il təqaüdə ayrıldı. 1760-cı ilin avqustunda Anadolu, 1761-ci ildə Bursa və Saloniki valisi, 1762-ci ilin avqustunda kaptanı-dərya oldu. 1763-cü ilin aprelində vəzifədən alındı və yenidən qübbə vəzirliyinə gətirildi. Bu vəzifədə ikən 11 fevral 1764-cü ildə vəfat etdi. Cənazəsi əmisinin Şahzadəbaşı məscidindəki məzarının yanına dəfn olundu.
Öncəki evliliyindən Yusif bəy adlı oğlunun olduğu bilinir.