Ümmügülsüm Sultan (III Əhmədin qızı)

Ümmügülsüm Sultan (Osmanlıca: أم كلثوم بن أحمد ط ساليس) (7 fevral 1708, İstanbulnoyabr 1732, İstanbul) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı.

Ümmügülsüm Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 7 fevral 1708(1708-02-07)
Doğum yeri
Vəfat tarixi noyabr 1732 (24 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası III Əhməd
Anası Əminə Mehrişah Sultan
Uşaqları Sultanzadə Hacı Mustafa bəy
Sultanzadə Hafiz Mehmed bəy
Ailəsi Osmanlı xanədanı

Ümmügülsüm Sultan 1708-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası III Əhməd, anası isə Əminə Mihrişah Sultandır. Əkizi olan Zeynəb Sultan 7 aylıq ikən vəfat etmişdir. 2 yaşı olanda yaşlı vəzirlərdən Əbdürrəhman Paşayla nişanlandı. Bu hadisə isə paşa üçün baha başa gəldi. Topqapı sarayında baş tutan nişan mərasimi əsnasında bütün saray əhalisinə, o cümlədən Sultan Əhmədə, baş qadınəfəndisi Əmətullah Sultana, bütün şahzadə və sultanlara hədiyyələr göndərildi. Ancaq nişandan sonra Əbdürrəhman Paşa Rumeliyə göndərildi və sultanla evlənmədən 1715-ci ildə burada vəfat etdi.

21 fevral 1724-cü ildə isə Nevşəhərli İbrahim Paşanın qardaşı oğlu Əli ağayla nişanlandı və bir neçə ay sonra evləndi. Qapıçılar kəndxudası oln Əli ağaya vəzir ünvanı verildi. Bu evlilikdən 2 oğlu - Mehmed (ö. 1763) və Mustafa bəy (ö. 1780) dünyaya gəldi. Patrona Xəlil üsyanı əsnasında Əli Paşa da üsyançılar tərəfindən öldürüldü. Beləliklə, Ümmügülsüm Sultan dul qaldı. 1732-ci ildə isə özü vəfat etdi və Yeni məsciddə dəfn olundu.

  • Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, Oğlak Yyaınları, 4. baskı, s. 311-313
  • Fanny Davis (1986). The Ottoman Lady: A Social History from 1718 to 1918. Greenwood Publishing Group. ISBN 978-0-313-24811-5
  • Mustafa Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ankara, Ötüken