Gecələr keçir (mahnı)

Gecələr keçir — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Vahid Əzizə, musiqisi isə Eldar Mansurova aiddir.

sinql
Gecələr keçir
İfaçı Aygün Kazımova
Yayımlanıb 1998
Janr pop
Dil azərbaycanca
Müddət 03:48
Bəstəkar Eldar Mansurov
Sözlərin müəllifi Vahid Əziz

Mahnı haqqında[redaktə | mənbəni redaktə et]

Mahnını 1995-ci ildə Eldar Mansurov bəstələmişdir. Şair Vahid Əziz müsahibəsində deyir: "Səhər saat 6 idi. Gördüm ki, artıq hava işiqlanır. Pəncərədən baxdım ki, "səhərə nə qalır, ulduzlar sönür". Bu şeir də yazıldı. Bu şeiri də Eldar Mansurov bəstələdi və Aygün Kazımova ifa etdi." "Mahnının ilk ifaçısı jurnalist Sevil Nuriyeva olub. 1998-ci ildə mahnını Flora Kərimova və Aygün Kazımova lentə almışdır. Tədbirlərin birində lentə alınmış videoda Flora xanım Kərimova: "Bu ifadan sonra (red: Aygün Kazımovanın ifasını deyir), mən öz ifamdan keçdim" sözlərini deyib.[1] Eldar Mansurov isə, öz şəxsi youtube hesabında "Mahnını mən 1995-ci ildə yazmışam. Flora xanım da, Aygün də bu mahnını 1998-ci ildə oxuyublar. Onlardan başqa bu mahnını daha 3 nəfər oxuyub. Ən sonuncu və ən uğurlu Aygün Kazımova oxuyub". 2015-ci ildə müğənni Diana Hacıyeva mahnını yenidən aranjeman edərək ifa edərək və ekranlaşdırıb. Tarzən Zamiq Əliyev mahnını tarda ifa edərək, mahnıya başqa bir nəfəs vermişdir.

Klip haqqında[redaktə | mənbəni redaktə et]

Klipdə Aygün Kazımovanın 1998-ci ildəki stilist və vizajisti Raf Sərdarov çəkilib. Həmçinin 1999-cu ildə Aygün Kazımovanın konsertdən görüntülərindən istifadə olunub. Aygün Kazımovanın klipdəki aksessuarlarını ingiltәrәli dizayner və zәrgәr Andrew Logan eksklüziv olaraq hazırlamışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2017-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-29.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]