Gecələr sənsiz (mahnı)

Gecələr sənsiz — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri müğənni Elnarə Xəlilovaya, musiqisi isə İsa Məlikova aiddir. Mahnı R&B janrındadır. Azərbaycan musiqisində R&B janrında ifa olunan ilk mahnılardan biridir.[1] Mahnı təqdim olunduğu zaman dinləyicilərin diqqətini çox da cəlb etməmişdir. Bunu nəzərə alan Aygün Kazımova mahnını Pop janrında 2007-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunda verdiyi "Öpsən" adlı konsertində ifa etmişdir.

sinql
Gecələr sənsiz
İfaçı Aygün Kazımova
Albom Sevərsənmi
Yayımlanıb 2005
Janr R&B
Dil azərbaycanca
Müddət 03:38
Bəstəkar İsa Məlikov
Sözlərin müəllifi Elnarə Xəlilova
Prodüser Aygün Kazımova

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İsa Məlikov: Bioqrafiya və Bəstələri". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]